Türkiyə təhlükəsizlik problemlərini aradan qaldırmaq haqqına sahibdir - NATO baş katibi

Türkiyə təhlükəsizlik problemlərini aradan qaldırmaq haqqına sahibdir - NATO baş katibi














NATO baş katibi Yens Stoltenberq bir daha Türkiyənin Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı keçirdiyi "Zeytun budağı” əməliyyatına münasibət bildirib.
APA-nın "Milliyet”ə istinadən verdiyi məlumata görə, Y. Stoltenberq Brüsseldəki NATO qərargahında keçirdiyi mətbuat konfransında Türkiyənin ötən həftə "Zeytun budağı” əməliyyatı ilə bağlı NATO-nu məlumatlandırdığını, özünün isə davamlı olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə əlaqə saxladığını açıqlayıb.
Y. Stoltenberq Türkiyənin təhlükəsizliklə bağlı real problemlərinin olduğunu söyləyib: "Heç bir NATO üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb. Türkiyə bu təhlükəsizlik problemlərini aradan qaldırmaq haqqına sahibdir. Ancaq Türkiyə bu addımları müəyyən çərçivədə və ölçüdə atmalıdır”.
Y. Stoltenberq Avropa İttifaqının müdafiə xərclərini artırmasını müsbət qarşıladığını vurğulayıb: "Ancaq Avropa İttifaqının səyləri NATO-ya alternativ deyil, NATO-nun tamamlayıcı formada olmalıdır. Avropa İttifaqında yaşayan insanların 90 faizi NATO torpaqlarında yaşayır".
Qeyd edək ki, sabah Brüsseldə NATO müdafiə nazirlərinin toplantısı keçiriləcək.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Energetika Nazirliyinin kollegiyasının tərkibi dəyişdirildi
Energetika Nazirliyinin kollegiyasının tərkibi dəyişdirildi
Baş nazir Artur Rasi-zadə “Azərbaycan Respublikası Energetika Nazirliyinin
Prezident nekroloq imzaladı
Prezident nekroloq imzaladı
“Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının
reklam
Suriya ordusu Afrinə girdi
Suriya ordusu Afrinə girdi - Türkiyə ilə dəhşətli döyüş BAŞLANIR
"Afrin bölgəsinin Türkiyə sərhədinə qədər olan ərazisi Şam qüvvələrinin
Abşeronda ağır qəza:
Abşeronda ağır qəza: - ölən və yaralanan var - VİDEO
Fevralın 16-da saat 12 radələrində Abşeron rayonunun Saray qəsəbəsində
Ukrayna tezliklə dağıla bilər
Ukrayna tezliklə dağıla bilər - Saakaşvilidən qorxunc proqnoz
“Ukrayna getdikcə oliqarxların iqtisadi maraqları ucbatından böyük mafioz
 
XİA.az - TƏQDİMAT