Çində yeni “Fusin” sürət qatarının sınağı keçirilib

Çində yeni “Fusin” sürət qatarının sınağı keçirilib
Çinin sürət qatarları istehsalçısı olan CRRC Tangshan Co. kompaniyasının mühəndisləri saatda 350 kilometr sürət yığan və eyni vaxtda 1100-dən çox sərnişin daşıya bilən "Fusin” qatarının sınağını keçiriblər.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, 16 vaqondan ibarət yeni qatarın uzunluğu 415 metrə çatır. Bu da hazırda Çin dəmir yollarında istismarda olan "Fusin” qatarlarına nisbətən iki dəfə çoxdur. Kütləvi istehsalına icazə alınması üçün yeni qatar daha bir sıra testlərdən keçməlidir. O, bütünlüklə Çində işlənib hazırlanıb və qurulub.

Saatda 350 kilometr sürətlə hərəkət edən "Fusin” qatarı ötən ilin avqustundan Pekin-Şanxay dəmiryol xəttində işləyir. Bu qatar sərnişinləri mənzil başına əvvəllər olduğuna nisbətən 1 saat 30 dəqiqə tez çatdırır.

Çinin bütün sürət qatarları saatda 350 kilometr sürət yığmağa hesablansa da, ölkənin hakimiyyət orqanları hələ yeddi il əvvəl hərəkəti saatda 300 kilometrədək məhdudlaşdıran qərar qəbul edib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Vaqif Vəliyev: Prezidentin diqqət və qayğısı teatr işçilərini yaradıcılığa daha da ruhlandırır
Vaqif Vəliyev: Prezidentin diqqət və qayğısı teatr işçilərini yaradıcılığa daha da ruhlandırır
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın martın 1-də
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi uğurla davam edir
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi uğurla davam edir
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Koçaryan: “Əliyev Paşinyanı asanlıqla məğlub etdi”
Koçaryan: “Əliyev Paşinyanı asanlıqla məğlub etdi”
Müsahibəsi zamanı Koçaryan Nikol Paşinyan hökumətinin Dağlıq Qarabağ
reklam
Azərbaycan və İtaliya önəmli tərəfdaşlardır
Azərbaycan və İtaliya önəmli tərəfdaşlardır
Martın 4-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə
Prezident Gəncəyə 11 milyon manat ayırdı
Prezident Gəncəyə 11 milyon manat ayırdı
Prezident İlham Əliyev “Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam
 
XİA.az - TƏQDİMAT