Rusiya ABŞ raketlərini vurmağa hazırlaşır - Bacaracaqmı?

Rusiya ABŞ raketlərini vurmağa hazırlaşır
Rusiyanın SSRİ-nin mənəvi-siyasi mirası üzərində qurulmuş daxili və xarici siyasəti üçün müharibə amili və bu amil üzərində həyata keçirilən ultrapatriotizm siyasəti bu ölkədə ictimai rəyi yönləndirmək üçün çox böyük əhəmiyyət kəsb edir. Son illərdə isə bu amil aparıcı xəttə çevrilib.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli Rusiyanın Livandakı səfiri Aleksandr Zaspikin ABŞ-ın Suriyaya atacağı raketləri dərhal vuracaqları ilə bağlı bəyanatını şərh edərkən deyib. O bildirib ki, müharibə ehtimalını daha çox Rusiya ekspertləri dilə gətirir:

“Rusiyada ictimai rəyi bu istiqamətə yönləndirmək üçün bu ölkənin kütləvi informasiya vasitələri ABŞ-la Rusiya arasında müharibənin baş verə biləcəyi ehtimalını daha çox qabardır. Bu da şübhəsiz ki, məqsədyönlüdür. Çünki xarici düşmən və müharibə amili çox ciddi birləşdirici, həm də kənar meyillərdən çəkindirici amildir. Sanksiyaların ölkə iqtisadiyyatını çökdürdüyü bir dövrdə isə mövcud Rusiya hakimiyyətinin xalqa verə biləcəyi başqa alternativlər yoxdur. İnsanlara “yaxşı həyat” əvəzinə dünyanı dağıda biləcək “yaxşı silah” vəd olunur. Göründüyü kimi, bu amil hələ də Rusiya cəmiyyəti üçün keçərlidir və Putin hakimiyyəti də bundan məharətlə istifadə edir”.

Analitik qeyd edib ki, proseslərin lokal qarşıdurmalara gətirib çıxara biləcəyi mümkündür:

“Əgər Kreml sadəcə müharibə təbliğatı ilə ictimai sabitliyi uzun müddət qoruyub saxlaya bilməsə, o zaman hərbi provakasiyalarla təbliğatın effektini gücləndirməyə can ata bilər. Amma reallıq ondan ibarətdir ki, bu gün “yaxşı silah” haqqında nağıllarla qlobal iqtisadi proseslərin qarşısını ala bilməzsən. Trampın vergi siyasəti ABŞ iqtisadiyyatını xeyli gücləndirib. Ölkəyə yatırılan investisiyaların həcmi ən yüksək həddə çatıb. Vaxtilə daha ucuz işçi qüvvəsi və əlverişli vergi sisteminə görə ABŞ-ı tərk edən yerli şirkətlər də artıq geriyə qayıtmağa başlayıblar. Rusiyada isə bu proses əks istiqamətdə cərəyan edir. Bu səbəbdən də Kremlin silah və patriotizm təbliğatının uzun müddət effektli olacağını düşünmürəm”.

E.Mirzəbəyli vurğulayıb ki, S-400 zenit raket kompleksidir və hava hücumundan müdafiə üçün nəzərdə tutulub:

“Bu kompleks NATO-nun “Patriot” kompleksinin alternatividir. Amma biz Suriyada Rusiya hərbi texnikasının ABŞ-ın “Tomahavk” qanadlı raketlərinin qarşısında necə aciz durumda olduğunun şahidi olmuşuq. Təbii ki, bu məsələ ətrafında ciddi müqayisə aparmaq üçün nəinki hərbi mütəxəssis olmaq, hətta Hava Hücumundan Müdafiə sistemləri üzrə ciddi informasiyaya malik olmaq da yetərli deyil. Hərbi mütəxəssis olmasam da, faktlara əsaslanıram. Suriya hökumət qüvvələrinin, əslində isə Rusiyanın nəzarətində olan Şayrat aviabazasının taleyi düşünürəm ki, hər kəsin yadındadır”.

Qeyd edək ki, Rusiyanın Livandakı səfiri Aleksandr Zaspikin Hizbullaha yaxınlığı ilə tanınan “Manar” kanalına müsahibəsində ABŞ-ın Suriyaya atacağı raketlərin dərhal vurulacağını bildirib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Tramp:
Tramp: - “Bir ay əvvəl Suriyada ABŞ və Rusiya arasında şiddətli toqquşma olub"
D.Tramp həmçinin bildirib ki, bir ay əvvəl Suriyada ABŞ və Rusiya
Ermənilərin yaraladığı Ağcabədi sakininin bədənindən qəlpəni götürmək mümkün olmayıb
Ermənilərin yaraladığı Ağcabədi sakininin bədənindən qəlpəni götürmək mümkün olmayıb
“Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd sakini Rahim Hacıyev
Qızıl və neft bahalaşıb
Qızıl və neft bahalaşıb
Amerika fond bazarında "Dow Jones" indeksi 0,16% - 24 748,07 bəndədək
reklam
ETSN:
ETSN: - Bakıda tozun miqdarı normadan 30 faiz yuxarıdır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli
Bakının İrəvan siyasəti:
Bakının İrəvan siyasəti: - Sərkisyan elə bir etiraf etdi ki...
Bu sözləri Axar.az-a açıqlamasında Serj Sərkisyanın ötən gün Ermənistan
Erməni ordusu cəbhədə təxribat törətdi:
Erməni ordusu cəbhədə təxribat törətdi: - yaralı var
Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci
 
XİA.az - TƏQDİMAT