Qərbin "əvvəl demokratiya, sonra bomba" siyasəti...

Qərbin "əvvəl demokratiya, sonra bomba" siyasəti...

Qərbin "demokratiya oyunu" və günahsız qurbanlar...

Şərqə demokratiya gətirəcəklərini deyirdilər, indi isə hər yer bombalanır...
Son vaxtlar dünyaya “demokratiya dərsi” keçmək iddiasında olan imperialist mərkəzlərin Azərbaycana qarşı böhtan kampaniyası yeni mərhələyə qədəm qoyub. Belə ki, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın konkret cinayət işində şübhəli bilinərək həbs olunması bəzi Qərb dairələrini fəaliyyətə keçirmişdi. Bu dəfə isə Qərb öz köhnə üsullarından istifadə edir.
Dünyaya ağalıq iddiasında olan Qərbin bir sıra dairələrinin öz daxillərindəki demokratik prinsiplər məgər qorunurmu? Görəsən, bu dairələrin ədalətdən, beynəlxalq hüquqdan, insan haqlarının qorunmasından xəbərləri varmı? Ermənistan 20 ildən çoxdur ki, Azərbaycan ərazilərinin bir hissəsini işğal edib. Bu işğal nəticəsində 1 milyondan çox Azərbaycan vətəndaşının hüquqları pozulub. Nə üçün həmin demokratiya carçıları bu hüquqları müdafiə etmirlər? Niyə bu barədə susurlar? Çünki bu barədə danışmaq onlara sərf etmir. Və yaxud, son zamanlar ABŞ-da baş verən hadiəsələrə nəzər yetirək. Bu gün Amerikada qaradərililərə qarşı irqçi ayrı-seçkilik quldarlıq dövrünü xatırladır, amma nə psakilər, nə digərləri bununla bağlı bir kəlmə də demirlər. Deməli, “demokratiya” Qərbin təsəvvüründə dünyaya ağalıq etməsi üçün əsas təzyiq alətidir. Bunu qərbli siyasətçilərin özləri də bəzən etiraf edirlər. Onlar üçün demokratiya sadəcə bir oyundur. Azərbaycan kimi gənc dövlətlər isə Qərb üçün “yağlı tikə”ni xatırladır. Bu tikədə çoxlarının gözü var və olacaq da. Çünki Azərbaycan zəngin neft-qaz ölkəsidir, yerləşdiyi geosiyasi və geostrateji coğrafi mövqeyi bir çox dövlətin bura tamah salmasına səbəb olub. Rəsmi Bakı öz təbii ehtiyatlarından hansısa güclərin marağı üçün yox, bu torpaqlarda yaşayan insanların rifahının yüksəldilməsi üçün istifadə edir. Və “demokratiyanı” təzyiqə çevirənlər, məhz bunu, rəsmi Bakının müstəqil siyasətini həzm edə bilmir.
Qərbin bizə verdiyi “demokratiya” mesajları Azərbaycan cəmiyyətində heç də rəğbətlə və birmənalı qarşılanmır. Hər kəs bunu acı həqiqət olaraq ikili standartların növbəti səhifəsi kimi qəbul edir. Bir milyona yaxın qaçqın və məcburi köçkünü olan bu dövlətin mütləq əksəriyyəti ABŞ-a, bütövlükdə Qərbə qəhrəman gözü ilə baxa bilməz. Çünki bu xalq 90-cı illərin əvvəllərində Azərbaycanda olduğu kimi və bu gün də Yaxın və Orta Şərqdə, Ukraynada baş verən hadisələrdən özü üçün yaxşı nəticə çıxarıb. İndi Azərbaycan xalqı yaxşı dərk edir ki, Qərbin “burun soxduğu” ərazilərdə heç zaman sabitlik, demokratiya və əmin-amanlıq olmayıb. Vyetnam, Əfqanıstan, İraq, Misir, Liviya, Suriya və daha nə qədər ölkələrin əhalisi Qərbin illərlə onlara söz verdiyi “demokratiya halvası”ndan nə yazıq ki, hələ də dada bilmirlər. Onlar üçün Qərbdən qalan “xatirələr” yalnız və yalnız kütləvi insan qırğınları, müharibələr, münaqişələr və fəlakətlərdir.
Əslində, demokratiya təbii prosesdir. Bu prosesə kənardan təsir edəndə, o əks effekt verə bilir. Demokratiya həm də insanların şüurunda dəyişiklik deməkdir. 15-20 ildə isə insan şüuru köklü dəyişə bilməz. Əgər belə olsaydı, o zaman əsrlərlə müstəqillik yaşı olan ABŞ-da, Böyük Britaniyada, Fransada və digər Qərb dövlətlərində “demokratiya halvası” tam bişmiş olardı. Bütün bunlara rəğmən, Azərbaycan dövləti demokratiya yolunda çox sürətlə irəliləyir, azad söz və mətbuat üçün hər cür şərait yaradılır, ölkədə demokratik seçki sistemi mövcuddur.
Cənablar, sizcə “demokratiya dərsinə” son verməyin vaxtı deyilmi? Gözlərinizi bir qədər geniş açın, görmək istəmədikləriniz heç də uzaqda deyil...
Qərb dəyərləri, Avropa demokratizminin ölkəmizdə də alovlu müdafiəçiləri və təbliğatçıları var.Azərbaycanda bəlli siyasi güclərin təbliğ etdiyi bu "dəyərlər"in ölkələrə hansı fəlakətlər gətirdiyi indi daha aydın görünür. İllər öncə "ərəb baharı"nın Azərbaycanda da təkrarlanmasının az qala labüdlüyünü isbatlamağa çalışanlar indi ərəb dünyasında yaşananlara necə baxır görəsən? Axı heç də xoş mənzərə deyil; Qərb bu ölkələrə demokratiya gətirəcəyini deyirdi, indi isə bomba səsləri dayanmaq bilmir.
Təxminən ilk öncə Tunisdə başlayan "Ərəb baharı"nı böyük qələbə kimi qeyd edənlər indi Ərəb dünyasını başına götürən terror dalğasının ziyanlı tərəflərindən qorunmaq haqqında düşünürlər. Əslində, bu proses çoxdan başlamışdı. Qərbin istifadə etdiyi "Parçala, hökm sür" nəzəriyyəsi və öz iqtisadi maraqlarını təmin etmək üçün ölkələri dağıtmaq ssenarisi bu dəfə özünü Yəməndə göstərməyə başlayıb. Tunis, Misir, Liviya, Suriya və Yəmən. Təbii ki, davamı olacaq.
Heç kimə sirr deyil ki, bəzi Ərəb ölkələrində Qərb artıq neçə illərdir ki, hakimi-mütləqdir. Orada hökuməti də Qərb formalaşdırır, siyasi kursu da Qərb müəyyən edir. Qərbin ikili standartlar yürütdüyü, çirkin planları elə həmin proseslərin sonunda bir daha faş oldu. Necə ki, Dağlıq Qarabağ münaqişəsinə Qərbin baxışında da bu özünü aydın şəkildə göstərir.
Yəmən od-alovun içərisində idi. Məsələnin rəsmi tərəfi odur ki, bu ölkədə hakimiyyətlə ona qarşı olan şiə müxaliflər - Husi qruplaşması arasında ciddi qarşıdurma var idi. Doğrudanmı bu qədər sadə və bayağı. Qeyd edək ki, son olaraq Yəməndə vəziyyət 2012-ci ildə qarışmışdı. Belə ki, Qərbin, xüsusilə də ABŞ-ın dəstək verdiyi "Ərəb baharı" dalğası Yəməni də vurmuş, hadisələrin gedişi 2012-ci ildə o zamankı prezident Salehin istefası və yerinə indiki prezident Hadinin gəlməsi ilə yekunlaşmışdı. Göründüyü kimi, Yəməndə "inqilab" xalqın arzusu ilə deyil, Qərbin istəyilə baş tutmuşdu. Bu gün də Yəməndə baş qaldırmış proseslərdə xarici dairələrin birbaşa və ya dolayısı ilə iştirakı şəksizdir.
Müşahidələr göstərir ki, Qərb bir çox dövlətlərə öz iradəsini yeritməyə çalışır və bu zaman müxtəlif təzyiq metodlarından istifadə edir. Bunlara dövlətlərin daxili işlərinə müdaxilə, müxtəlif terror qruplaşmalarının yaradılması, silahlı müxalifətin dəstəklənməsi və s. daxildir. Belə olmasaydı, Qərbin Suriya müxalifətinə dəstəyi, onları silahla təmin etməsi İŞİD kimi vəhşi terror qruplaşmasının yaranmasına gətirib çıxarmazdı.
Bu mövzu aktuallığını qoruyur və nə qədər ki, ABŞ və Avropa ikili standartlardan əl çəkməyib, hələ uzun illər aktual olaraq qalacaq. Çünki günahsız insanların taleyi müzakirə mövzusudur. Günahsız insanları qurban verməklə, şəxsi maraqlarını həyata keçirmək və bunun fonunda "demokratik dəyərlər"dən dəm vurmaq, insanlıq adına utanc gətirir. Müasir dünya Qərbin "demokratiya oyunu"nun əsirinə çevrilib. Bu isə bəşəriyyətə hər il minlərlə günahsız insanın qanı bahasına başa gəlir.
Göründüyü kimi, Yəməndə “inqilab” xalqın arzusu ilə deyil, Qərbin istəyilə baş tutmuşdu. Bu gün də Yəməndə baş qaldırmış proseslərdə xarici dairələrin birbaşa və ya dolayısı ilə iştirakı şəksizdir.
Müşahidələr göstərir ki, Qərb bir çox dövlətlərə öz iradəsini yeritməyə çalışır və bu zaman müxtəlif təzyiq metodlarından istifadə edir. Bunlara dövlətlərin daxili işlərinə müdaxilə, müxtəlif terror qruplaşmalarının yaradılması, silahlı müxalifətin dəstəklənməsi və s. daxildir.
Məsələn, Qərbin Suriyada silahlı müxalifətin yaradılması, terrorçu qruplara öz maraqları çərçivəsində dəstəyi sonda İŞİD kimi az qala qarşısıalınmaz bir terror təçkilatını meydana çıxardı. Hazırda Suriya ərazisinin böyük bir qismi terrorçuların əlindədir. Lakin hələ ki, Qərb öz arzusuna tam şəkildə çata bilmədiyi üçün terrorçu qruplaşmalara dəstəyi də kəsmir.
Eyni variantdan İraqa qarşı da istifadə olundu. İŞİD vasitəsilə təzyiq son dövrlər Qərbin maraqlarına cavab verməyən Nuri əl-Maliki hökumətinin istefası ilə nəticələndi.
Qərbin “qəzəbinə” tuş gələn ölkələrdən biri də qardaş Türkiyə olmuşdu. Məlum olduğu kimi, bir müddət əvvəl Türkiyədə hakimiyyətin devrilməsinə “paralel yapı” adlanan gizli qruplaşma vasitəsilə ciddi cəhd olunmuşdu. Lakin Qərb bu ölkədə demək olar ki, məğlub oldu. Lakin Qərbin Türkiyədən əl çəkdiyini söyləmək olmaz. Hər vəchlə Türkiyədə hakimiyyət dəyişikliyi etməyə, bu məqsədlə müxtəlif təxribatlara əl atılması hər kəsin gözü qarşısında baş verir.
Qərbin riyakarlığının, özünə sərf etməyən hakimiyyətin demokratik yolla seçilməsinə belə əhəmiyyət verməməsinin və bununla da özünün bayrağa çevirdiyi demokratiyanın prinsiplərinə tüpürməsinin digər nümunəsi isə Misirdə baş verdi. Belə ki, “inqilab”dan sonra keçirilmiş ümumxalq səsverməsi ilə prezident seçilmiş “Müsəlman qardaşları”nın lideri Məhəmməd Mursi Qərbin dəstəyi ilə silahlı xunta tərəfindən devrildi və çevrilişçi qüvvələr rəsmi hökumət olaraq beynəlxalq ictimaiyyətə qəbul etdirildi.
Qərbin demokratiya oyunbazlığının digər bariz nümunəsi gözümüzün önündə Ukraynada baş verənlərdir. Sırf öz maraqları naminə Qərb demokratik yolla seçilmiş V.Yanukoviçi devirməklə Ukraynanı bu gün düçar olduğu bəlalara saldı. Ölkənin mühüm əyalətləri separatçılığa meyil edir və yaxud işğala məruz qalır. Qərb isə yalançı diplomatik canfəşanlıqdan başqa Ukrayna xalqına heç cür kömək göstərmir.
Bütün bunlar Qərbin həqiqətən də demokratiya adı altında dünya miqyasında böyük çirkin oyunlarla məşğul olduğunu ortaya qoyur. Adları çəkilən ölkələrin və ümumiyyətlə “demokratiya” sırınmağa çalışılan digər ölkələrin bu gün heç birində vəziyyət stabil deyil. Həmin ölkələrin bir qisminin siyasi, sosial, iqtisadi həyatı təlatümlüdürsə, digər bir qisminin ərazi bütövlüyü pozulub, terrordan, vətəndaş müharibəsindən əziyyət çəkir və s.
Qərb üçün əsas olan istədiyi qüvvənin hakimiyyətə gətirilməsi və yaxud devrilməsidir. Bunun nəticəsində xalqların, ölkələrin hansı bəlalara düçar olacağı onun üçün qətiyyən maraqlı deyil.
Ümumiyyətlə, Qərb öz maraqlarına nail olmaq üçün heç bir vasitədən imtina etmədiyini də dəfələrlə sübut edib. Bu, hazırda özünü Yəməndə də göstərir. Belə ki, ölkədə süni şəkildə şiə-sünni ədavəti qızışdırılıb. Baş verənlər müsəlman dünyasını, xüsusilə də Yaxın Şərqi iki yerə parçalayıb. Ölkədə baş verənlərə artıq məzhəb aspektindən yanaşmalar daha ciddi xarakter alır. Məsələnin bu həddə çatmasında aparıcı Qərb KİV-ləri də mühüm rol oynayır.
Hazırda Yəməndə müxalif şiələri İranın, sünni iqtidarı isə Səudiyyə başda olmaqla sünni ərəb ölkələrinin müdafiə etdiyi bildirilir.
Göründüyü kimi, Qərb öz arzusuna çatmaq üzrədir. Bölgənin xüsusilə iki böyük dövləti İranla Səudiyyə Ərəbistanı potensial müharibə vəziyyətindədir.
Qərb isə proseslərdə ziyan görməmək üçün həm hərbi, həm də sivil qüvvələrini Yəməndən çıxarıb. Yəməndəki münaqişədə Qərb, xüsusilə ABŞ yalnız regiondakı bəzi “tərəfdaşları” ilə iştirak edir. Demokratik prezidenti həbsə ataraq hakimiyyəti ələ alan Misirin canfəşanlığı isə Qərbin Mənsur Hadinin devrilməsində maraqlı olmadığını ortaya qoyur.
Bu isə ikili standartlar siyasətini yenidən gündəmə gətirmiş olur. Çünki Qərb Misirdə demokratik yolla seçilmiş Mursini dəstəkləmədiyi halda, Mənsur Hadinin devrilməsində maraqlı görünmür. Bu isə bir daha demokratiyanın, demokratik seçkilərin yalnız Qərbin işinə yaradığı təqdirdə nəzərə alındığı gerçəkliyini ortaya qoyur.
Hazırda Qərb yaxşı bilirdi ki, Yəməndə şiə Husilər hakimiyyətə gələrsə, bir növ bu ölkə İranın tərəfdaşı olacaq. Bu isə həm Fars körfəzi ölkələrinin, həm də Qərbin maraqlarına cavab vermir.
Sirr deyil ki, Yəməndə baş verənlər Qərbin “Ərəb baharı” inqilab dalğasının Yaxın Şərq ölkələri və xalqlarının həyatında ciddi fəsadlar verdiyini bir daha nümayiş etdirir. İnqilab dalğasının region ölkələrinə ərazi bütövlüyünü itirməkdən, insanlarına rahat həyatlarını pozmaqdan başqa heç nə vermədiyi acı gerçəklikdir. Məsələn, bir müddət əvvəl inqilabçıların çevrilişə nail olduğu Liviya hazırda faktiki olaraq 3 yerə parçalanıb. Bütün bunlar ümumilikdə dünya ölkələrinin, xüsusulə də Şərq cəmiyyətlərinin Qərbin demokratiya nağıllarına alət olmamalarının zəruriliyini bir daha ortaya qoyur.
O da vurğulanmalıdır ki, bir sıra hallarda dövlətlər, onların cəsarətsiz rəhbərləri Qərbin riyakar siyasətini açıq şəkildə tənqid etməkdən çəkinirlər. Lakin ikili standartlardan əziyyət çəkən ölkə kimi Azərbaycan və onun prezidenti bu yanaşmanın mahiyyətini, onu reallaşdıran dairələrin iç üzünü daim açıq mətnlə ortaya qoyub. Prezident ümumiyyətlə beynəlxalq münasibətlər sistemində ikili standartların hökm sürdüyünü, bunun bariz nümunəsi kimi, Qərb dairələrinin Azərbaycana qarşı mütəmadi olaraq çirkin kampaniya təşkil etdiklərini qeyd edib: “Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir. Belə olan halda bizə qarşı təzyiqlər də artır və təzyiq mexanizmləri də işə salınır. Bunun nəticəsidir ki, bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar. Biz buna hazırıq. Bu kampaniya əslində heç vaxt dayanmamışdır. Sadəcə olaraq önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər formalar alır. Biz bunu üç il bundan əvvəl – 2012-ci ildə “Eurovision” müsabiqəsi ərəfəsində görmüşük. Birinci Avropa Oyunları ərəfəsində bunu görürdük. Bu, koordinasiya şəklində təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan antiazərbaycan kampaniyası idi ki, bunun məqsədi ölkəmizi ləkələmək, qaralamaq, işlərimizə kölgə salmaq və Azərbaycanı geridə qalmış, qeyri-demokratik, azad olmayan ölkə kimi təqdim etmək idi. Bütün bunlar təbii ki, yalan üzərində qurulur”.
Prezident İlham Əliyev həmin dairələri demokratiyadan dəm vuran Qərb ölkələrinin daxili həyatında baş verən neqativ hallara göz yummaqda ittiham edib və haqlı olaraq bunun riyakarlıqdan irəli gəldiyini bildirib: “Bizi ittiham etmək istəyən dairələrin öz ölkələrindəki vəziyyətə baxın. Bax elə dünən Avropanın mərkəzində yüzlərlə nümayişçi döyülərək, söyülərək həbs edilibdir. Başqa yerlərdə insanlar boğularaq, güllələnərək öldürülürlər. Heç kim də buna görə məsuliyyət daşımır. Haradadır o qeyri-hökumət təşkilatları ki, bizi ittiham edirlər? Niyə susurlar? Niyə öz səslərini ucaltmırlar? Niyə o ölkələri ittiham etmirlər? Cürətlərimi çatmır? Yoxsa ki, bu, ikili standartlar siyasətidir?! Yəqin ki, hər ikisidir. Nə üçün beynəlxalq qurumlar bəyanatlar yaymırlar, vermirlər? Nə üçün qətnamələr qəbul edilmir? Bax bu suallara cavab almaq çox çətindir. Mən həm xarici həmkarlarımla, həm beynəlxalq təşkilatların rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu sualları açıq şəkildə onların üzünə deyərək verirəm. Bəlkə buna görə də Azərbaycana qarşı təzyiqlər daha da kəskinləşir. Əfsuslar olsun ki, bu gün dünya siyasətində beynəlxalq hüquq yox, riyakarlıq, ikili standartlar, ayrı-seçkilik, irqçilik, islamofobiya, ksenofobiya hökm sürür”.
Beləliklə də, müasir dünyanın Qərbin riyakar “demokratiya oyunu”nun əsirinə çevrildiyi göz önündədir. Bu “demokratiya oyunu” isə hər il minlərlə, yüz minlərlə günahsız insanın canı bahasına başa gəlir.

Vəkil Rövşən Qasımov

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Tramp:
Tramp: - “Bir ay əvvəl Suriyada ABŞ və Rusiya arasında şiddətli toqquşma olub"
D.Tramp həmçinin bildirib ki, bir ay əvvəl Suriyada ABŞ və Rusiya
Ermənilərin yaraladığı Ağcabədi sakininin bədənindən qəlpəni götürmək mümkün olmayıb
Ermənilərin yaraladığı Ağcabədi sakininin bədənindən qəlpəni götürmək mümkün olmayıb
“Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd sakini Rahim Hacıyev
Qızıl və neft bahalaşıb
Qızıl və neft bahalaşıb
Amerika fond bazarında "Dow Jones" indeksi 0,16% - 24 748,07 bəndədək
reklam
ETSN:
ETSN: - Bakıda tozun miqdarı normadan 30 faiz yuxarıdır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli
Bakının İrəvan siyasəti:
Bakının İrəvan siyasəti: - Sərkisyan elə bir etiraf etdi ki...
Bu sözləri Axar.az-a açıqlamasında Serj Sərkisyanın ötən gün Ermənistan
Erməni ordusu cəbhədə təxribat törətdi:
Erməni ordusu cəbhədə təxribat törətdi: - yaralı var
Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci
 
XİA.az - TƏQDİMAT