Yerevanda iğtişaşlar davam edir: - 3 polis yaralanıb

Yerevanda iğtişaşlar davam edir:
Yerevanda Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə etiraz edən aksiya iştirakçıları ilə polis əməkdaşları arasında qarşıdurma davam edir.

İğtişaş nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Bundan əvvəl deputat Nikol Paşinyan tərəfdarları ilə birgə Ermənistan parlamentinin binasına soxulmağa çalışmış, lakin polis bu cəhdin qarşısını almışdı.

Ötən gün etiraz hərəkatının lideri, "Yelk" parlament fraksiyasının rəhbəri Nikol Paşinyan bəyan edib ki, onun tərəfdarları körpüləri, yolları və metro stansiyalarını bağlamaq niyyətindədirlər.

Aprelin 14-də Ermənistanın hakim Respublika Partiyası Serj Sarkisyanın Ermənistanın baş naziri postuna namizədliyini irəli sürüb. Baş nazir seçimi aprelin 17-nə gözlənilir.(trend)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Tramp:
Tramp: - “Bir ay əvvəl Suriyada ABŞ və Rusiya arasında şiddətli toqquşma olub"
D.Tramp həmçinin bildirib ki, bir ay əvvəl Suriyada ABŞ və Rusiya
Ermənilərin yaraladığı Ağcabədi sakininin bədənindən qəlpəni götürmək mümkün olmayıb
Ermənilərin yaraladığı Ağcabədi sakininin bədənindən qəlpəni götürmək mümkün olmayıb
“Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd sakini Rahim Hacıyev
Qızıl və neft bahalaşıb
Qızıl və neft bahalaşıb
Amerika fond bazarında "Dow Jones" indeksi 0,16% - 24 748,07 bəndədək
reklam
ETSN:
ETSN: - Bakıda tozun miqdarı normadan 30 faiz yuxarıdır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli
Bakının İrəvan siyasəti:
Bakının İrəvan siyasəti: - Sərkisyan elə bir etiraf etdi ki...
Bu sözləri Axar.az-a açıqlamasında Serj Sərkisyanın ötən gün Ermənistan
Erməni ordusu cəbhədə təxribat törətdi:
Erməni ordusu cəbhədə təxribat törətdi: - yaralı var
Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci
 
XİA.az - TƏQDİMAT