Qüds qətliamı da ərəb ölkələrini birləşdirə bilmədi – səbəb

Türkiyədən sərt təpki gəldi, ABŞ və İsraildəki səfirlər geri çağırıldı; Bakıdakı səfriliklərdə də bayraqlar endirildi

Qüds qətliamı da ərəb ölkələrini birləşdirə bilmədi – səbəb
ABŞ-ın İsrail səfirliyinin Qüdsə köçürülməsinə etiraz olaraq mayın 14-dən başlayan və “Milyonluq yürüş” adlanan etiraz aksiyalarında ölən və yaralananların sayı artır. Məlumata görə, Qəzza sərhədində baş verən qarşıdurmalar nəticəsində İsrail əsgərləri tərəfindən öldürülən fələstinlilərin sayı 61-ə çatıb. 2700-dən çox yaralının olduğu bildirilir.

İsrail ordusu 3 fələstinlinin tikanlı məftillərə partlayıcı yerləşdirərkən öldürüldüyünü bildirib. Öldürülənlərin əksəriyyəti snayperlər tərəfindən vurulub. Ordunun məlumatına görə, aksiyalara qatılanların sayı 40 mindən çox olub. İsrailin 2014-cü ildə Qəzzaya qarşı apardığı hərbi əməliyyat zamanı hər iki ayağını itirən 29 yaşlı Fadi Əbu Salah adlı gənc də İsrail ordusunun açdığı atəş nəticəsində həlak olub. Axar.az-ın məlumatına görə, Fələstin Səhiyyə Nazirliyi Qəzza yaxınlığındakı qarşıdurmada 8 aylıq fələstinli körpənin də öldüyünü bildirib.

Təəccüb və acı təəssüf doğuran budur ki, fələstinlilərin qətlə yetirilməsinə ərəb dünyasının lider dövlətlərindən hər hansı təpki yoxdur. Hətta İslam ölkələrinin zirvə sammitindəki prinsipləri də unudan aparıcı ərəb ölkələri baş verənlərə laqeyd qalmaqdadırlar. “ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsi beynəlxalq hüququn pozulmasıdır”. Bu barədə məlumatı Pakistan Xarici İşlər Nazirliyi yayıb. Rəsmi İslamabad Vaşinqtonun bu qərarla BMT Təhlükəsizlik Şurasının iki dövlət prinsipini pozduğunu bildirib. Pakistan Qüds məsələsində Fələstinin yanında olduğunu açıqlayıb.

Bu mərhələdə ABŞ və İsrailin davranışlarına ən ciddi təpkini isə Türkiyə dövləti göstərir. ABŞ səfirliyinin Qüdsdə açılışından sonra yaranmış durumla bağlı Türkiyə öz səfirlərini ABŞ və İsraildən geri çağırmağa qərar verib. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Ərdoğan bildirib ki, Fələstində son hadisələrdə Qəza bölgəsində İsrail hərbçiləri ilə qarşıdurma nəticəsində ölənlərlə bağlı fələstinlilərlə həmrəylik nümayiş etdirmək məqsədilə Türkiyədə 3 günlük matəm elan olunub. O, eyni zamanda təcili olaraq İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin dövlət başçılarının sammitinin keçirilməsi təklifi ilə çıxış edib.


“Fələstin xalqına silah çəkən İsraili şiddətlə qınayırıq. Dünya İsrailin terrorçu dövlət olduğuna bir daha şahidlik etdi”. Bunu isə Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib. “81 milyonluq Türkiyə bu gündən sonra da Fələstinə sahib çıxacaq və ona arxa olacaq”, - deyə o vurğulayıb. Baş nazir əlavə edib ki, İsrail ordusunun fələstinlilərə qarşı artığı güllə insanlığa qarşı atılan güllədir. B. Yıldırım ABŞ-ın səfrilyini Qüdsə köçürməsini bölgədə sülhü sabotaj etməsi kimi dəyərləndirib. İslam dünyasına çağırış edən B.Yıldırım müsəlmanları birlik göstərməyə səsləyib.

Matəmlə bağlı Fələstin və Türkiyənin Azərbaycandakı səfirliklərində dövlət bayrağı endirilib.

“Biz Qafqaz müsəlmanları bəyan edirik ki, Qüds müsəlmanların - Fələstinin paytaxtıdır”. Bu bəyanatla Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxış edib. O qeyd edib ki, başqa bir dövlətin Qüdsə müdaxiləsi ciddi fəlakətə yol açacaq: “Artıq bu, baş verir. 59 müsəlman həlak olub, 2 minə yaxını yaralanıb. 1990-cı ilin yanvarında biz bu təcavüzü yaşamışıq. İndi bu, orada təkrar olunur. Ermənilərin bizə təcavüzü də bunun eynisidir”.

Şeyxülislam bildirib ki, Qüds müsəlmanların doğma və müqəddəs torpağıdır: “Qüdsdə bu gün baş verənlərin səbəbi müsəlman dövlətləri arasında birliyin olmamasıdır. Bəzi dövlətlər bu birliyin olmamasından məharətlə istifadə edir” (APA).

Qarabağ Azadlıq Təşkilatı (QAT) da İsrail və ABŞ-ı ittiham edib, fələstinlilərin kütləvi şəkildə qətlə yetirilməsinə qarşı bəyanat verib. Bəyanatda deyilir: “Bu dəhşətli cinayətə görə İsrail və ABŞ rəhbərliyi birlikdə məsuliyyət daşıyır. ABŞ rəhbərliyi Fələstin xalqının qanuni haqlarını, beynəlxalq hüququ kobud şəkildə pozaraq səfirliyini Qüdsə köçürməklə təxribat törədib, bu qırğınların baş verməsinə şərait yaradıb. ABŞ rəhbərliyinin həyasızlığı o həddə çatıb ki, İsrailin dinc əhalini qətlə yetirməsini özünümüdafiə kimi təqdim edir. Biz bir daha ABŞ və İsrailin antibəşəri hərəkətlərini ittiham edir, kütləvi qırğın törədənləri lənətləyirik. Biz hesab edirik ki, Fələstin xalqının Qüdsə, digər ərazilərə haqqı bütün dünya tərəfindən tanınmalı, Fələstin xalqının öz qanuni torpaqlarında öz dövlətini yaratmasına heç bir maneçilik törədilməməlidir. BMT, digər beynəlxalq və regional qurumlar İsrail hakimiyyətinin törətdiyi kütləvi qətliama obyektiv qiymət verməli, ABŞ və İsrail dünya birliyi tərəfindən qınanmalı, törətdikləri cinayətlərə görə cavab verməlidirlər. Biz xüsusi olaraq, İslam dünyasını Fələstin məsələsi ilə bağlı, son qanlı hadisələrlə əlaqədar vahid mövqe nümayiş etdirməyə, birlikdə təsirli addımlar atmağa çağırırıq. Bu cinayət bütün İslam dünyasına qarşı törədilib. İslam dünyası işğala, təcavüzə, qətliama qarşı birlikdə cavab verməlidir”. QAT hesab edir ki, bütün mütərəqqi bəşəriyyət İsrail və ABŞ-ın cinayətləri qarşısında susmamalı, haqqın və həqiqətin yanında olmalıdır.

“Lider ərəb dövlətləri görünür ki, Trampın planı ilə razılaşıb”. Politoloq Hikmət Hacızadə bunu “Yeni Müsavat”a ərəb ölkələrinin sükutunu şərh edərkən söylədi. O bildirdi ki, ərəb ölkələri münaqişənin davamını perspektivsiz və mənasız sayır: “Trampın planı haqqında isə dəqiq məlumat hələ yoxdur. Mən ancaq belə bir xəbər oxumuşam ki, pulla bir az torpaq alıb fələstinliləri ora köçürmək istəyirlər və sonra oranı guya inkişaf etdirəcəklər. İddialar var ki, bununla Tramp 70 illik qanlı münaqişəni bitirmək istəyir”.

Politoloq hesab edir ki, rəsmi Bakı bu məsələdə beynəlxalq hüquqa istinad etməlidir: “Azərbaycanın mövqeyi BMT-nin mövqeyi kimi olmalıdır. Bakı indi baş verən qanlı toqquşmaları pisləməli və günahsız qurbanlar haqqında etirazını bildirməlidir”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT