Fransada 6 yaşlı azərbaycanlı qız bədbəxt hadisənin qurbanı oldu

Fransada 6 yaşlı azərbaycanlı qız bədbəxt hadisənin qurbanı oldu
Fransanın Laval əyalətinin Şanje şəhərində fırtına 6 yaşlı azərbaycanlı Fatimənin həyatına son qoyub.

Virtualaz.org Fransa KİV-inə istinadən xəbər verir ki, bədbəxt hadisə may ayının 26-da qız valideynləri ilə birlikdə parkda gəzərkən baş verib.

Bildirilir ki, fırtına başlayan zaman 3 uşağı ilə birlikdə azərbaycanlı ailə və daha 5 nəfər parkda olub. Onlar fırtınanı hiss edən kimi parkın yaxınlığında saxladıqları maşına tərəf qaçmağa başlayıblar. Bu vaxt Fatimə də anasının əlindən tutaraq maşına yaxınlaşıb. Lakin qəfildən qırılan iri ağac azyaşlının başına düşüb.

Azyaşlını təcili xəstəxanaya çatdırıblar. Amma əməliyyat edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb, Fatimə aldığı zədədən xəstəxanada dünyasını dəyişib.

Qeyd olunur ki, hazırda park şəhər merinin qərarı ilə ziyarətə bağlanıb. Laval şəhər prokurorluğu azərbaycanlı altı yaşlı Fatimənin ölümü ilə bağlı cinayət işi açıb. İstintaq uşağın ölüm halını araşdırır və faciədə mümkün günahkarların tapılması üçün iş aparır.

KİV-in yazdığına görə, fırtına ilə bağlı əhaliyə televiziya və sosial şəbəkələr vasitəsilə xəbərdarlıq edilibmiş. Lakin görünür, fransız dilini bilməyən turistlər bundan xəbərsiz olublar.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT