Kreml Afrika uğrunda mübarizəyə başlayıb: Rəqiblərini sıxışdıran Rusiya yeni müstəmləkə qazanıb

Kreml Afrika uğrunda mübarizəyə başlayıb: Rəqiblərini sıxışdıran Rusiya yeni müstəmləkə qazanıb
“Rusiya Afrikada öz nüfuzunu günbəgün artırır”, - İsveçrənin “Neue Zürcher Zeitung” qəzetində dərc olunan məqalə bu cümlə ilə başlayır.

Məqalə müəllifi David Zingerin fikrincə, Afrikadakı fəaliyyəti heç kimə gizli olmayan Çin və Fransadan fərqli olaraq, Rusiya öz işini tədricən və əl altdan yeridir.

Hər şey ilk öncə silah tədarükündən və texnki dəstəkdən başlayır, daha sonra iş hərbi təlimatçıların iştirakı ilə davam etdirilir. Özü də hərbi təlimatçılarla muzldu döyüşçülərin arasındakı fərq və daşıdıqları vəzifələr o qədər də böyük deyil.

Bu cür yolla Rusiya Sudan, Anqola, Mozambik və Nigeriyada öz əvəzedilməzliyini artıq sübut edib. Bundan əlavə Efiopiya və Zimbabve ilə də sıx münasibətlər qurulub. Rusiyanın məğlubiyyətə uğradığı tək yer isə hərbi dəniz bazası qurmaq istədiyi Cibutidir. Burada Çin onu qabaqlaya bilib.

İndi Kremlin diqqəti Mərkəzi Afrika Respublikasına yönəlib. Bu ölkə uzun müddətdir ki, gərginlik içindədir. Rusiya isə BMT Təhlükəsizlik Şurasının ona verdiyi ixtiyarla ölkə ordusuna silah tədarük etməyə başlayıb.

Kreml ölkənin paytaxtı Bangiyə slah göndərməklə bərabər 170 “mülki təlimatçı”nı da ezam edib. Lakin bu mülki təlimatçılar Rusiyanın özəl hərbi şirkətləri sayılan “Sewa Security Services” və “Wagner PMC”-ya daxil olan muzdlu döyüşçülərdən başqası deyil. Həmin əsgərlər Suriya və Ukraynada döyüş təcrübəsi keçiblər.

Bölgə vaxtilə Fransanın himayəsində olub. Lakin fransızlar keçən il ölkəni tərk ediblər. Rusiyanın əlini asanlaşdıran faktor yerli hökumətin demək olar ki, öz rəsmi ordusuna malik olmamasıdır.

Rusiyanı isə Mərkəzi Afrika Respublikası əhalisinin canının sağlamlığı maraqlandırmır. Afrikanın bu kasıb ölkəsi dünyanın ən zəngin sərvətlərinə malikdir. Bunların içində neft, qızıl, platin, uran var. Ölkədə “Qazprom, “Rosneft, “Rusal” (əlvan metal mədənləri), “Rosatom” (atom reaktorları) kimi şirkətlər at oynadır.

Fransa isə özünün keçmiş müstəmləkəsində baş verənləri çarəsizliklə izləyir. Məlumatlara görə, hazırda Mərkəzi Afrikada Rusiyanın 1,4 min silahlı əsgəri var. Bundan başqa rusiyalılar burada ciddi surətdə yerli əhali arasında Fransa əleyhinə təblğatı aparırlar.

“Nəzərə almaq lazımdır ki, respublikanın ali vəzifəli şəxsləri vaxitlə SSRİ-də təhsil alanlar olub. Ona görə də Rusiya üçün burada Qərb əleyhinə əhval-ruhiyyə yaratmaq olduqca asandır. Mərkəzi Afrika Repsublikasında fransızlara o dərəcədə nifrət var ki, daha çox saxta tarixi faktlara əsaslanan milli azadlıq ideologiyası rusların sayəsində ölkənin əsas gündəminə çevrilib”, - məqalədə qeyd olunub.

Musavat.com

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT