Ekspert: Paşinyan ordunun genişləndirilməsi illüziyasını yaradır

Ekspert: Paşinyan ordunun genişləndirilməsi illüziyasını yaradır
Ermənistan daxili qoşunlarının Qarabağa və Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi kifayət qədər bayağı əsaslara malikdir.

Bu fikirləri açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

O bildirib ki, ölkədə bir çox proseslərin optimallaşdırılması gedir, böyük pullar yoxdur, generalların səs-küylü həbsindən sonra ordu və polisin birgə fəaliyyətinə qərar verilib.

“Az maaşla daxili qoşunları bura göndərmək yeni qüvvə yaratmaqdan daha münasibdir. Demək olar ki, Nikol Paşinyanın qərarından hələlik narazı olanlar yoxdur. Bu qüvvələr həqiqi döyüş şəraitinə düşməyənədək qərardan narazı olmayacaqlar”, - ekspert əlavə edib.

Onun sözlərinə görə, onlar simvolik pullar üçün müharibəyə qatılmaq fikrində deyillər və Paşinyan bu addımla ordunun genişləndirilməsi illüziyasını yaradır.

“Eyni zamanda, onlar Ermənistan tərəfinin qüvvələrin artırılması təsəvvürünü yaratmağa qadirdir”, - Trofimçuk deyib.

Müsahib bildirib ki, qüvvələrin göndərilməsinin digər ehtimalı Nikol Paşinyanın Qarabağın daxilindəki vəziyyətə inamsızlığıdır.

“Boko Saakyanın yeni baş nazirə olan münasibəti səbəbindən Qarabağın gələcəkdə öz xəttini seçmə ehtimalı var. Yeni qüvvələr bu vəziyyətdə Paşinyana yardımçı olacaq. Qeyd etmək istərdim ki, daxili qoşunların yeni baş nazirə sadiqliyini hələlik heç kəs yoxlamayıb. Onların Yerevandan uzaq olması daha yaxşıdır”, - analitik qeyd edib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT