İranın pis günləri bitdi: - lap pis başladı - Politoloq

İranın pis günləri bitdi:
İran üçün pis günlər arxada qaldı, indi daha pis günlər başlayır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, Tramp bir az əvvəl İrana qarşı ikimərhələli sanksiyaların bərpası haqqında qərar imzaladı:

"Sabahdan etibarən sanksiyalar qüvvəyə minəcək. Sanksiyalar İranla sözügedən sahələrdə əməkdaşlıq edəcək üçüncü ölkələrə və qurumlara da şamil olunacaq. Ağ Evin açıqlamasına görə, artıq 100-dən çox beynəlxalq şirkət İran bazarını tərk edib və ya tərk etməyə hazırlaşır. Bu sırada "Cənubi Pars" təbii qaz yatağının işlənməsinə dair İranla 4,2 milyard avroluq anlaşma imzalamış Fransanın "Total" enerji şirkəti, Almaniyanın elektrotexnika nəhəngi "Siemens", məşhur avtomobil şirkətləri "Renault", "Peugeot", "Citroen" də var. Avtomobil sənayesi enerjidən sonra İran iqtisadiyyatının ikinci böyük sektorudur. Sanksiya nəticəsində bu sektorda çalışan təxminən 1 milyon adam işsiz qalmaq təhlükəsi ilə üzləşib".

Politoloq vurğulayıb ki, İranda real hakimiyyəti əlində tutan vilayəti-fəqih sistemi ölkədə yaranmış ağır duruma görə məsuliyyəti Prezident Ruhani və onun hökumətinin boynuna qoymağa çalışır:

"Halbuki ölkə iqtisadiyyatının strateji sahələrinə ali liderə bağlı İslam İnqilabı Keşikçiləri Korpusu nəzarət edir. Büdcə vəsaitlərinin önəmli hissəsini də bu struktur "udur". Sanksiyaların ləğvindən sonra ölkədə vəziyyətin yaxşılaşmamasının əsas səbəbi budur ki, həmin qüdrətli təşkilatın xarici əməliyyatlarına on milyardlarla dollar pul xərcləndi".

Politoloqun sözlərinə görə, artıq Ruhani parlamentdə izahat verməyə çağırılıb:

"Dünən Milli Bankın sədr müavini həbs olundu. Rejim Ruhani hökumətinin ABŞ-la danışıqlara getməsi ehtimalı ilə bağlı bu gün çox sərt xəbərdarlıqla çıxış etdi. İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığı bəyanat verdi ki, bəzi siyasətçilər düşmənə boyun əymək istəyir, buna imkan verilməyəcək".

Qeyd edək ki, Tramp bu gün İrana qarşı ikimərhələli sanksiyaların bərpası haqqında qərar imzalayıb. Sabahdan etibarən İranın avtomobil sənayesinə, qızıl və digər qiymətli metal, eləcə də polad, kömür, alüminium ticarətinə, mülki aviasiya sektoruna, borc kağızlarına sanksiyalar və dollar əldə etməsinə qadağalar qüvvəyə minəcək.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
“Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən İrəvanla Ankara arasında
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl ərə gedən qadın dünyasını dəyişib.
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə
reklam
Qan donduran hadisə
Qan donduran hadisə - Öldürdüyü 63 pişiyi soyuducuda saxladı - VİDEO
Amerikanın Minnesota əyalətində baş verən qan donduran hadisə eşidənlərin
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid
 
XİA.az - TƏQDİMAT