İrandan Ermənistana dəmiryolu reallaşa bilərmi? - Şərh

İrandan Ermənistana dəmiryolu reallaşa bilərmi?
Mişarinin açıqlaması bəyanatdan o tərəfə keçməyə də bilər.

Bu sözləri Axar.az-a Rusiya Dəmiryolları ASC-nin rəhbərinin birinci müavini Aleksandr Mişarinin açıqlamasını şərh edən politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, Ermənistanla İran arasında iqtisadi məsələlərin inkişaf etdirilməsinə dair dəfələrlə müəyyən açıqlamalar verilib:

“Ermənistanın eks-prezidenti Serj Sərkisyanın dövründə də İran rəhbərliyi ilə keçirilən görüşlərdə bu məsələ ilə bağlı niyyət protokolu imzalanmışdı. Sadəcə olaraq dəmiryolunun tikintisi və strateji əhəmiyyəti ilə bağlı məsələ hər dəfə həllini tapmamış qalırdı. İndi də dəyişən heç nə yoxdur. Düzdür, son zamanlar Rusiya ilə İran arasında çox normal münasibətlər mövcuddur. Ancaq iş orasındadır ki, İran-Ermənistan dəmiryolunun tikintisinin həddindən artıq baha başa gəlməsi və layihənin maliyyələşdirilməsi məsələləri bu gün də sual altındadır. Xüsusilə də ABŞ-ın İrana qarşı yeni sərt sanksiyalarının işə düşməsi fonunda layihənin reallaşması uzana, hətta bəyanatdan o tərəfə keçməyə bilər. Mişarinin açıqlaması bir növ mesaj xarakteri daşıyır. Çünki hər bir dövlətin dost məfhumundan da başqa ümumi maraqları var”.

Qeyd edək ki, Rusiya Dəmiryolları ASC-nin rəhbərinin birinci müavini Aleksandr Mişarin İran-Ermənistan dəmiryolunun tikintisinin tam reallaşa biləcəyini bildirib.

“İrandan Ermənistana dəmiryolunun çəkilməsi texniki baxımdan tam mümkündür. Sadəcə olaraq bunun üzərində çalışmaq və investisiyalar axtarmaq lazımdır”, - deyə o bildirib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hacı Şahin Həsənlinin xütbədə söylədiyi müzakirə doğurdu
Hacı Şahin Həsənlinin xütbədə söylədiyi müzakirə doğurdu
İlahiyyatçı: “Namaz qılıb özündən razı olmaq və araq içib özündən narazı
Türkiyədə “McDonalds”lar bağlana bilər
Türkiyədə “McDonalds”lar bağlana bilər
Xəbər verdiyimiz kimi, Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq
Qazaxda ailənin tək oğlan övladı çayda batıb
Qazaxda ailənin tək oğlan övladı çayda batıb
Uzaqdan onun batdığını görən uşaqlar valideynlərinə xəbər veriblər. Kənd
reklam
İlham Əliyev yol tikintisinə 9,1 milyon manat ayırdı
İlham Əliyev yol tikintisinə 9,1 milyon manat ayırdı
Prezident İlham Əliyev Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər
Azərbaycanlı mayor özünü güllələyərək öldürdü
Azərbaycanlı mayor özünü güllələyərək öldürdü - Astanada dəhşətli intihar
Qazaxıstanın paytaxtı Astanada, Karaqanda və Pavlodar vilayətlərini
Gəncədə kişi həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirib
Gəncədə kişi həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirib
1990-cı il təvəllüdlü Məsim Məmmədov 62 yaşlı qayınatası Əkbərov Namiq
 
XİA.az - TƏQDİMAT