Onlar 35 ildir tanışdırlar - Tramp və rus mafiyası əlaqələri barədə yeni kitab

Onlar 35 ildir tanışdırlar
“Arıtq uzun müddətdir ki, Kremlin Donald Trampı öz əlində fırlatdığı barədə söhbətlər gedir. Sübut varmı? Demək olar ki, yox...

Lakin amerikalı jurnalist Kreyq Unger Trampla bağlı yazdığı yeni kitabında bununla bağlı olduqca inandırıcı dəlillər gətirdiyini iddia edir”.

Öz məqaləsində bu cümlələri yazan Almaniyanın analitik “Stern” jurnalının analitiki Nils Kruze həmin kitabda göstərilən faktlara diqqət çəkir.

Nils Kruzenin yazdığına görə, “Trampın evi, Putinin evi. Donald Tramp və Rusiya mafiyası haqqında danışılmayan hekayə” adlı kitabının sonunda ABŞ prezidenti və ailəsi ilə əlaqəsi olan 59 şəxsin ismi sadalanır. Onların əksəriyyəti ruslardır. Bunların içində Roman Abramoviç kimi məşhurlardan tutmuş, SSRİ-nin BMT-dəki keçmiş səfiri - az tanınan, lakin olduqca nüfuzlu sayılan Yuri Dubininə qədər hər kəs var.

Unger kitabında Trampı “gözünü qırmadan Rusiya mafiyasının qeyri-qanuni pullarını leqallaşdırmağa imkan verən vicdansız biznesmen” kimi təsir edir.

“Tramp vicdan əzabı çəkmədən özünün ilk “Tramp Tauer”dəki göydələnində David Boqatin kimi adamlara ümumi dəyəri 6 milyon dolları ötməyən 5 mənzilin hər birini 15 milyon dollara satdı. Bəhs edilən adam benzinə qoyulan vergilərdə etdiyi maxinasiyalarda qazanan şübhəli bir fiqurdur. Ungerin yazıdğna görə, Tramp şəxsən özü mənzillərin açarlarını Boqatinə təslim edib. Nyu-York prokurorluğu isə ABŞ-ın indiki prezidentinin bununla Rusiya mafiyasına pullarını “yumaq” üçün bilərəkdən və ya bilməyərəkdən kömək etdiyini hesab edir.

İlkin rəylərə görə bu sovet xüsusi xidmət orqanlarının Trampın “ictimai rəyə təsir göstərə bilən agent və ya “faydalı axmaq” roluna uyğun gəlib-gəlmədiyni yoxlamaq məqsədilə qurduğu oyun olub”,- Nil Kruze yazır.

Müəllifin fikrincə, bütün hallarda daşınmaz əmlak kralının iş həyatında hər zaman rusların aktiv rol oynadığı göz önündədir.
Məqalədə məlum kitaba istinadən Donald Trampın qaranlıq əlaqələri və şəxlsərlə bağlı başqa faktlar gətirilir.

Bunlardan biri də Donald Trampın müşaviri olması ilə öyünən Feliks Saterdir.

“Rusiyada doğulan Sater MDB məkanının ən qorxulu mütəşəkkil cinayətkar şəbəkələrinin başçılarından biri sayılan Semyon Mogilyoviçin yanında nökərçilik edib. Feliksin atasının isə İtaliya mafiyasına qulluq göstərdiyi deyilir. Feliks Sater özü Trampın vəkili olmuş və sonradan onu satan Maykl Koenlə uşaq bağçasından dostluq edir. Koenin əmisi isə Bruklində Rusiya və İtaliya qanqsterlərinin sevimli məkanı sayılan kafe işlədib. Bu cür qaranlıq sövdələşmələrlə Koen də Trampın binalarında 18 milyon dollarlıq mənzil ala biləcək sərvətə sahib olub”, - müəllif yazır.

“Ungerin “Trampın evi, Putinin evi. Donald Tramp və Rusiya mafiyası haqqında danışılmayan hekayə” kitabını oxuduqdan sonra indi hər şey, hətta ABŞ prezidentinin Kremlin marionetkası olmaq ehtimalı tamamilə mümkün görünür”, - Kruze sonda yazıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17
Dövlət Miqrasiya Xidmətində təlim
Dövlət Miqrasiya Xidmətində təlim
Təlim miqrasiya orqanları işçilərinin peşəkarlıq səviyyəsinin
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və
reklam
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviya Respublikasının ədliyyə naziri Dzintars Rasnaçsın başçılıq etdiyi
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
 
XİA.az - TƏQDİMAT