İranda saxta içkidən 42 nəfər ölüb, 16-sı kor olub - ŞOK STATİSTİKA

İranda saxta içkidən 42 nəfər ölüb, 16-sı kor olub

İran hökuməti ölkədə istehsal edilən saxta içkiyə görə 42 nəfərin öldüyünü deyib.

İranın Səhiyyə Nazirliyinin sözçüsü Iraj Harirçi saxta içkini içəndən sonra 16 nəfərin kor olduğunu, 160 nəfərin dializə götürüldüyünü söyləyib.

Son üç həftədə saxta içki zəhərlənməsi səbəbiylə azı 460 nəfər xəstəxanaya yerləşdirilib. Bir müddət öncə 19 yaşlı bir qadın ölüb.

İranda spirtli içki qadağandır. Buna görə də evdə hazırlanmış və ya qanunsuz içkilər istehlak olunur.

Spirtli içki istehsalında etil alkol yerinə bəzən metil spirt istifadə olunur və bu da zəhərlənməyə səbəb olur.

BBC-nin Fars xidmətindən Rana Raimpur deyir ki, saxta içkinin İranda ölüm və zəhərlənmələrə səbəb olması yeni xəbər deyil. Lakin hadisənin fərqli əyalətlərdə baş verməsi və ölüm sayının yüksək olması təəccüblüdür.

BBC-nin Fars xidmətinə danışan mütəxəssislərə görə, hadisədə ABŞ-ın nüvə razılaşmasından çəkilməsinin yaratdığı iqtisadi problemlərin payı ola bilər.

Mütəxəssislərin fikrincə, İran valyutasının dollara nisbətdə dəyər itirməsi xalqı xaricdən gətirilən qeyri-qanuni içkilərin əvəzinə evdə hazırlanmış, ucuz içkilərə yönəldə bilər.

İranda cəza qanununa görə, əgər bir müsəlman spirtli içki istifadə etsə, o, 80 qamçı ilə cəzalandırılmalıdır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT