Türkiyədən sərt bəyanat: - “İcazə verməyəcəyik!”

Türkiyədən sərt bəyanat:

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Cənubi Kipr rəhbərliyinin Aralıq dənizinin şərqində birtərəfli qaydada karbohidrogen ehtiyatlarının axtarışına başlamaq niyyətini kəskin şəkildə pisləyib.
XİA.az-ın Axar.az-a istinadən məlumatına görə, bu barədə yayılan açıqlamada bildirilir ki, Aralıq dənizindəki təbii sərvətlərdən bəhrələnmək adadakı hər iki tərəfin haqqıdır. Türkiyə tərəfi bildirib ki, yunan Kiprinin Aralıq dənizinin şərq səmtində kəşfiyyat-qazma işləri aparmaq üçün xarici şirkətlərə müraciət etməsi beynəlxalq hüquqa, o cümlədən BMT-nin sərhədlərə dair prinsiplərinə ziddir:

“Türkiyə qeyd olunan ərazilərdə hər hansı bir kəşfiyyat-qazma işlərinə yol verməyəcək, eyni zamanda, milli neft şirkətləri vasitəsi ilə Aralıq dənizinin şərqində özünə və Şimali Kiprə aid ərazilərdə qazma işlərinə başlayacaqdır”.

Nazirlik Cənubi Kiprin qeyd olunan çağırışı ilə bağlı bütün tərəfləri sağlam düşüncəli olmağa dəvət edib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT