Koreyanın sabiq prezidenti 15 il müddətinə həbs edildi

Koreyanın sabiq prezidenti 15 il müddətinə həbs edildi
Koreyanın keçmiş prezidenti Li Myön Bak 15 il müddətinə həbs edilib.
“Ölkə.Az” xəbər verir ki, Li Myön rüşvət və vəzifəsindən sui-istifadə maddələri ilə ittiham edilib. Məhkəmənin hökmü ilə Bak 15 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda sabiq prezident 11.5 milyon dollar cərimə ödəyəcək.

Məhkəmə aprel ayında prokurorluğun Linin bank hesablarının dondurulması tələbini qəbul etmişdi.
Həbsdə olan Li rüşvət, vəzifədən sui-istifadə, vergidən yayınma, prezident administrasiyasına aid minlərlə sənədi qeyri-qanuni yolla binadan çıxarıb özəl mülkdə gizlətmək və seçki qanunu pozmaqda ittiham edilirdi.

Li Myön 2008-2013-cü illər arasında Cənubi Koreyaya rəhbərlik edib. Vəzifədə olduğu müddətdə kəşfiyyat qurumu, iş adamları və başqalarından 10.3 milyon dollar rüşvət alıb. Bundan başqa böyük qaydaşına aid olan avtomobil ehtiyat hissələri şirkətinin də qazanc əldə etməsi üçün statusundan istifadə edib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT