Ermənistanda siyasi böhran davam edir - tərəflər bir-birini günahlandırır

Ermənistanda siyasi böhran davam edir - tərəflər bir-birini günahlandırır

Ermənistanda növbəti seçkilərin nə vaxt keçiriləcəyi ilə bağlı müəmma davam edir. Nikol Paşinyan hələ ki populyar olduğu bu dövrdə seçkilərin bir an öncə baş tutmasını arzulayır. Paşinyana qalsa seçki dekabrda keçirilməlidir.

Onun bu istəyinə qarşı isə köhnə iqtidarın nümayəndələri çıxır. Hazırkı situasiyada ağır məlubiyyətə düçar olması ehtimalı səbəbindən, Ermənistan Respublika partiyasının deputatları ya kürsülərini itirmək, ya da ümumiyyətlə can qorxusundan buna əngəl olurlar.

Müxalifət partiyasının nümayəndəsi Vaqram Bağdasaryan danışıqların pozulmaısnda baş nazir Nikol Paşinyanı günahkar çıxarıb. Bağdasaryan bu gün Milli Assambleyada jurnalistlər qarşısındakı brifinqdə Respublika partiyasının əvvəllər gələn ilin mayında seçki keçirilməsinə razı olduğunu bildirib. “Lakin indi situaisya dəyişib, partiya bu addıma gedə bilməz”, -Bağdasaryan bəyan edib.

Bağdasaryanın fikrincə, danışıqların pozulmasında əsas səbəb Paşinyanın seçkinin dekabr ayında baş tutmaqda israrçı davranışı olub.

“Həmin vaxt mən müzakirə prosesinin bundan sonra davam edə bilməyəcəyini söylədim. Elə həmin gün parlamentin növbədənkənar iclasını çağırmaq qərarına gəldik. Çünki qanunun (baş nazirin istefa etməsi halında parlamentin vaxtından qabaq buraxılmasını əngəlləyən-red.) qəbulunun təxirə salınmasının heç bir mənası yox idi”, - erməni siyasətçi bildirib.

Bağdasarayan bunu parlamentin Paşinyanın tam nəzarətinə keçməməsi üçün atdıqlarını gizlətməyib: “Əgər Milli Assambleya bir siyasi qüvvənin nəzarətində olsa, olduqca təhlükəli situasiya doğa bilər. Bu isə parlamentli üsul-idarə üçün qəbul edilən bir hal deyil”.

Buna rəğmən Bağdasaryan onlarla ultimatum dilində danışılmaması təqdirdə danışıqlar qapısını açıq tutacağını söyləyib.

Paşinyan isə ənənəvi olaraq siyasi rəqiblərini təhqir edib.

Onun fikrincə, Respublika partiyası və onun dəstəkçiləri inadlarını sürdürsələr tarixin zibil qutusunda qalmalı olacaqlar.
“Bu isə “Sanitek”in zibil yeşiklərindən daha təhlükəilidlr. “Sanitek”in zibilindən çıxmaq olar, tarixin zibilliyindən isə mümkün deyil. Gəlin fantastik janrda mühakimə yürütməyi bitirək, çünki biz onların istəklərinin həyata keçməsinə yol verməyəcəyik”,-erməni baş nazir deyib.

Musavat.com

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT