Avstriyada rus casusu ələ keçirildi - iki ölkə arasında istiləşmə bitə bilər

Avstriyada rus casusu ələ keçirildi

Avstriyada 20 il rus kəşfiyyatına işləyən casus ələ keçirilib.

Musavat.com xarici agentliklərə isitnadən xəbər edir ki, bu barədə ölkənin “Krone Zeitung” qəzeitndə məlumat yayılıb.

Avstriyanın hələ ki adı çəkilməyən bir polkovniki bütün bu illər ərzində Rusiya xüsusi xidmət orqanlarına can-başla qulluq göstərib. Hazırda həmin adamın 70 yaşı var.

Qəzetin xəbərinə görə, polkovnik buna görə 300 min avro pul da alıb.

Avstriya Müdafiə nazirliyi xəbəri təsdiqləyərək, hərbi qulluqçunun ordu qərargahında mühüm vəzifə tutduğunu bildirib. “Krone Zeitung” casusun iki həftədən bir “Yuri” adlı rus kuratoru ilə görüşdüyünü və ona şifrəli məktub və ya peyk rabitəsi ilə başqa informasiyalar ötürdüyünü bildirir.

Məlumatlara əsasən casusun əsas işi Avstriya ordusu, silahları, artilleriya sistemləri, habelə ordunun yüksək rütbəli şəxsləri ilə bağlı, o camlədən onlaırn şəxsi xarakteristikası haqqında məlumat toplamaq imiş. Ruslar ondan ölkədəki miqrasiya problemi barədə də informasiya toplamasını istəyiblər.

Agentlərinin ifşa olunmasından xəbər tutan Rusiya kəşfiyyatı casusa bütün sənədləri məhv etməyi tapşırıb. Lakin Avstriya əks-kəşfiyyatı bunun qarşısını aldığını bəyan edir.

Avstriya rəsmiləri casusun noutbukundakı informasiyaların incələnməsinə davam edildiyini bildirirlər.

Son hadisəyə ölkə rəhbərlıyi sərt təpki göstərib. Bu gün səhər kansler Sebastyan Kurts xüsusi bəyanatla çıxış edib. O, son gəlişmənin Rusiya və Avropa Birliyi arasındakı münasibətləri heç də yaxşılaşdırmayacağını bildirib. Onun sözlərinə görə, xarici işlər naziri, Putinin bu yaxınlarda toyunda iştirak etdiyi Katrin Knayslın dekabrda planlanan Moskva ziyarəti də ləğv olunub. Kurts bitərəf ölkəyə qarşı casusluq fəaliyyətinin yolverilməz olduğunu vurğulayıb. O, bundan sonrakı hərəkətlərini avropalı tərəfdaşları ilə birlikdə müzakirə edəcəklərini söyləyib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT