Böyük təhlükə - Hər il 33 min avropalı müqaviməti güclənən bakteriayalardan ölür

Böyük təhlükə

Avropa səhiyyə ekspertləri bu günlərdə dünyanı bürüyən təhlükə barədə həyacan təbili çalırlar. Onların təsbitinə görə, hazırkı antibakterial preparatlar insan həyatını qorumaqda acizdir. “Bizi məğlubedilməz virusların hakimiyyət erası təhdid edir”,- Almaniyanın “Die Zeit” qəzetindən Yakob Zimmank yazır.

Müəllifin qeyd etdiyinə görə, pensilinin kəşfindən 90 il keçdikdən sonra bakteriyaların antibiotiklərə olan müqaviməti daha da artıb.

“2015-ci ildə bütün Avropada stasionar müayinə alan 700 min xəstədə məhv edilə bilməyən virus aşkar edilib. Hər il 33 min insan bu bakteriyalrdan məhv olur”, - məqalədə yazılıb. Bununla bağlı Avropa xəstəliyin profilaktikası və nəzarət edilməsi mərkəzi (ECDC) alimlər qrupu xüsusi bəyanat yayıb.

“Bakteriyalar öz DNT-lərini daha da mükəmməlləşdirərək daha da çoxalırlar. Onlar təbii mutasiyadan keçərək irsi informasiyalarını da dəyişdirirlər. Bu isə həmin viruslaırn antibiotiklərə olan dirənişini gücləndirir”, - hesabatda deyilir.
Ən maraqlısı odur ki, antibakterial preparatların təsirinə qarşı müqavimət ən çox həmin dərmanların tətbiq olunduğu məkanda, xəstəxanalarda artıb. Üstəlik, yüksəkmüqavimətli bakteriyalar heyvanların (əsasən ev heyvanlarının) toplandığı məkanlarda daha çox rast gəlinir. Bu yerlərdə profilaktik vasitələrdən istifadə edilməsi isə bir işə yaramır. Almaniyada buna görə də ev heyvanlarının qidalarına antibakterial dərmanların əlavə edilməsi qadağan olunub.

Bu cür bakteriyaların yayılması isə təbii ki Avropanın İtaliya (50 dəfədən çox!), Yunanıstan, Rumıniya və Portuqaliya kimi cənub ölkələrində müşahidə olunur. Ən aşağı göstəricilər İslandiya və Skandinaviya bölgələrində qeydə alınıb.

“Nəsə bir şeylər etmək lazımdır”, - “Access to Medicines” fondunun araşdırma bölməsinə rəhbərlik edən Qabrielle Broygelmans qəzetə danışıb. Onun sözlərinə görə, antibiotik preparatlar bazarı dərman istehsalçıları üçün indi cəzbedici deyil. Yeni preparatların hazrılanmasına milyardlarla vəsait sərf olunur. Çox vaxt ilə bu xərclər sonradan geri qayıtmır və onlar “rezerv antibiotiklər” kateqoriyasına, yəni həkimlərin yazmadığı dərmanlar siyahısına düşürlər.

Avropa mütəxəssisləri bakteriyalarla mübarizənin hər şeydən əvvəl sanitar-tibbi müəssisələrin özündən başlanılmasını məsləhət görürlər. Burada Hollandiyanın və Skandinaviya ölkələrin təcrübəsindən yararlanması da gündəmdədir. Adı çəkilən dövlətlərdə xəstələrdən “Staphylococcus aureus” kimi müqaviməti böyük olan bakteriyalarla bağlı xüsusi analiz götürülür. Onun aşkar olunduğu təqdirdə həmin xəstə dərhal digərlərindən təcrid edilir.

“Antibiotiklər erasının bitməsi təhdidi bütün Avropa üçün ən aktual mövzudur”, - müəllif məqalənin sonunda qeyd edir.

Musavat.com

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT