“Trampın bu layihəni dayandırması heç bir məntiqə sığmır”

“Trampın bu layihəni dayandırması heç bir məntiqə sığmır”

Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Öttinger ABŞ Prezidenti Donald Trampın Rusiyanın dəstəklədiyi “Şimal axını-2” boru xətti layihəsini tənqid etməsinə cavab olaraq bildirib ki, artıq bu layihənin həyata keçirilməsinə başlanılıb və onun dayandırılması heç bir məntiqə sığmır.
D.Tramp 11 milyard dollara başa gələcək bu layihənin Almaniyanın Rusiyadan enerji asılılığını gücləndirəcəyini bəyan edib və alman hökumətini kəskin tənqid edib. ABŞ-ın energetika naziri Riçard Perri də ötən ay Vaşinqtonda keçirdiyi mətbuat konfransında bu layihədə iştirak edən şirkətlərə sanksiyalar tətbiq olunacağını bəyan etmişdi.

Krımın ilhaqından sonra münasibətləri gərginləşən Berlin və Moskva “Şimal axını-2” layihəsi üzrə ortaq maraqlara malikdirlər. Öttinger əlavə edib ki, onun özü bu layihənin tərəfdarı olmasa da, davam edən tikinti işlərinin dayandırılmasını məntiqsiz və qeyri-mümkün hesab edir. “Trampın hədələri bunun üçün əsas ola bilməz”, -deyə Avropa Komissiyasının komissarı vurğulayıb.

Almaniya hökuməti bu qaz kəmərinin çəkilməsinin əleyhdarı olan Avropa İttifaqının bir sıra ölkələrinin də tənqidlərinə etinasız yanaşıb, bildirib ki, bu, özəl sektorun həyata keçirdiyi layihədir. Vaşinqton isə Ukraynanın ərazisindən keçməyən bu boru xəttinin Kiyevi çox vacib tranzit gəlirindən məhrum edəcəyi və Moskvanın layihədən Avropanın parçalamaq üçün istifadə edəcəyini bəyan edib.

Öttinger onu da bildirib ki, ən ədalətli variant Ukrayna ərazisindən keçən boru kəmərlərinin istifadəsini gələcəkdə də davam etdirməkdir.

“Şimal axını – 2” qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək gücə malik olacaq. Rusiyanın “Gazprom”, ingilis-holland qrupu “Shell”, Avstriyanın “OMV”, Fransanın “Engie”, Almaniyanın “Uniper” və “Wintershall” enerji şirkətləri layihənin əsas tərəfdaşlarıdırlar. (Axar.az)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT