Lukaşenko Putinə Yeni il üçün 4 kisə kartof hədiyyə edib

Lukaşenko Putinə Yeni il üçün 4 kisə kartof hədiyyə edib
Belarus prezidenti Aleksandr Lukaşenko Moskvaya səfərlərinin birində rusiyalı həmkarı Vladimir Putinə Yeni il tətilində yemək üçün 4 kisə kartof və salo hədiyyə edib.

“Report” xəbər verir ki, bunu Lukaşenkonun mətbuat katibi Natalya Eysmont "Belarus-1" telekanalının efirində deyib.

"Deyə bilərəm ki, Aleksandr Qriqoryeviç Vladimir Vladimiroviçə təkcə kartof hədiyyə etməyib…Əslində, bildiyim qədər, Rusiya prezidenti yaxşı salonu çox sevir. Və Aleksandr Qriqoryeviç də bundan xəbər tutaraq… növbəti səfərində özü ilə salo da gətirib… əlbəttə, ən dadlı Belarus salosunu. Ardınca kartof apardı", — deyə RİA "Novosti" Eysmontun sözlərini sitat gətirib.

O qeyd edib ki, söhbət prezident bağında becərilən kartofdan gedir.

Eysmontun sözlərinə görə, haçansa Lukaşenko yarızarafat Putindən soruşub ki, "Belarusdan nə gətirsin?".

"Və cavab məhz belə olub: "Belarusdan başqa nə xahiş etmək olar? Kartof və salo". Cavabımız özünü çox gözlətmədi. Biz bu kartofdan dörd kisə gətirdik", — deyə mətbuat katibi əlavə edib.

O qeyd edib ki, kartoflar fərqli yeməklərin hazırlanması üçün müxtəlif növlərdən olub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT