Cənubi Kuril böhranı: - Rusiya Yaponiyadan təminat tələb edir

Cənubi Kuril böhranı:
Xəbər verildiyi kimi, Yaponiya baş naziri Sindzo Abe Cənubi Kuril adalarında yaşayan əhaliyə müraciət edərək, rəsmi Tokionun ərazinin birləşməsindən sonra onları qovmayacağını bildirib.

Rusiya siyasətçiləri isə yapon baş nazirin bu bəyanatına sərt təpki göstəriblər.

“RİA Novosti”nin verdiyi xəbərə görə, Dövlət Dumasının deputatı Anton Morozov rəsmi Moskvanın ərazi məsələsini artıq gözdən keçirmədiyini bidirib: “Biz Yaponiyaya heç bir şərt olmadan sülh müqaviləsini imzalamaq təklifini etdik. Əgər onlar buna razı deyillərsə, özləri bilərlər”.

Senator Frants Klintseviç isə rəsmi Tokioya bu cür bəyanatlar verməkdən çəkinməyi məsləhət görüb. Onun sözlərinə görə, Yaponiya arzu etdiyini ala bilməz, çünki söhbət geniş planda Rusiyanın milli təhlükəsizliyindən gedir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə ərazinin Yaponiyaya avtomatik təslimiyyətindən söhbət gedə bilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, rəsmi Moskva və Tokio tərəflərin milli maraqlarına zidd olmayan hallarda kompromisə gələ bilər.

Qeyd olunur ki, Yaponiya Cənubi Kuril adalarını hələ də “şimal torpaqları” adlandıraraq Rusiyanın buradakı suverenliyini qəbul etmir. Rusiya isə ərazi mübahisəsinin mövcudluğunu qəbul etməyərək, həmin adaların 2-cü dünya müharibəsindən sonra SSRİ-nin tərkibinə keçdiyini bəyan edir.

Kuril məsələsi ucbatından iki ölkə arasında bu vaxta qədər sülh müqaviləsi imzalanmayıb. Qeyri-rəsmi mənbələrə görə, Kreml bu sazişi çox arzulasa da, həmin adalarda NATO hərbi-dəniz qüvvələrinin yerləşəcəyindən ehtiyatlanır və buna görə də Yaponiyadan təminat tələb edir.

Musavat.com

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Texnika hazır vəziyyətə gətirildi
Texnika hazır vəziyyətə gətirildi - Anar Nəcəfli
Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi proqnoza əsasən
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
reklam
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
 
XİA.az - TƏQDİMAT