Iranın sonu ÇATIR - Xarici işlər naziri getdi

Iranın sonu ÇATIR

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verib. O bu barədə özünün şəxsi “İnstagram” səhifəsində məlumat yayıb.

Zərif istefası ilə bağlı yazdığı statusda İran xalqına və hakim dairələrə təşəkkür edib və daha öz vəzifəsini icra edə bilməyəcəyini bildirib. İran yerli media orqanlarından bir çoxu Xarici İşlər Nazirliyinə istinadən, xəbərin doğruluğunu təsdiqləyiblər. Onun istefasının səbəbləri açıqlanmayıb. Lakin qeyd etmək lazımdır ki, son aylar ərzində İranın çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə konvensiyasının imzalaması ilə bağlı Zəriflə mühafizəkar rəsmilər arasında qalmaqal yaşanırdı. Hətta 2018-ci ilin noyabr ayında Zərif ölkədə bir çox məmurun çirkli pul yumaq ilə məşğul olduğunu və bu şəxslərin qeyd edilən konvensiyaya qoşulmağa qarşı çıxdığını bildirmişdi. Bundan sonra İran Milli Məclisinin fundamental millət vəkilləri, eləcə də digər rəsmilərdən bəziləri Zərifin “rəhbər şəxslərə şər atdığı və ölkənin imicini zədələdiyi üçün” qanun qarşısında cavab verməsini tələb etmişdilər.

İranın xarici işlər naziri vəzifəsindən istefa vermiş Məhəmməd Cavad Zərif nazirliyin ölkə daxilindəki və xaricdəki bütün əməkdaşlarını işlərini davam etdirməyə çağırıb. Nazirin sözlərini IRNA agentliyi yayıb. Bununla Zərif bir sıra diplomatların onun gedişindən sonra istefa vermək niyyətinə cavab verib.

İran parlamentinin bir sıra üzvləri isə İran Prezidenti Həsən Ruhaniyə məktubla müraciət edərək Məhəmməd Cavad Zərifin xarici işlər naziri vəzifəsində saxlamasını xahiş ediblər. Daha əvvəl İran parlamentinin iclasında xarici işlər nazirinin istefasını müzakirə edəcəyi bildirilirdi.

Bu arada, Amerika dövlət katibi Mayk Pompeo fevralın 25-də “Twitter” səhifəsində yazdığı bir statusda İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin tutduğu vəzifədən istefa verməsinə reaksiya verib. Rəsmi Vaşinqtonun İranda cərəyan edən siyasi prosesləri diqqətlə izlədiyini bildirən Pompeo deyib ki, onlar Zərifin istefasından sonra İranda siyasi proseslərin son nəticələrini gözləyirlər: “Zərif və Həsən Ruhani korrupsioner dini bir mafiyanın sadəcə olaraq vitrinləridir. Biz bilirik ki, İranda bütün son qərarları Xamneyi verir. Bizim İranla bağlı siyasətimiz dəyişməyib. Hesab edirik ki, İran İslam Cumhuriyyəti hakimiyyəti adi bir ölkə kimi rəftar etməli, öz xalqına hörmətlə yanaşmalıdır”, - deyə Pompeo əlavə edib. İran hakimiyyətinin mediası Zərifin tutduğu vəzifədən istefa verdiyinin doğruluğunu təsdiqləsə də, onun istefasının səbəblərini, eləcə də prezident Həsən Ruhaninin Zərifin istefa ərizəsini qəbul edib-etməməsi barədə hər hansı bir məlumat yaymayıblar.

Həmçinin, İran xarici işlər nazirinin istefa xəbərinin yayılmasından az sonra, İranın “Entekhab.ir” saytının müxbiri Zərifə göndərdiyi bir telefon mesajında ondan istefa verməsinin səbəbini soruşub. Zərifin cavabı isə çox qısa olub: “Bu gün keçirilən Xamneyi və Bəşər Əsəd görüşlərinin şəkillərinin yayılmasından sonra, Cavad Zərifin xarici işlər naziri kimi artıq dünyada hörmət və imici qalmayıb”.

ISNA agentliyinin xəbərində də Zərifin mesajında Suriyadakı rejimin lideri Bəşər Əsədin dünən İranın dini lideri Əli Xamneyi və ölkə başçısı Həsən Ruhani ilə etdiyi görüşləri nəzərdə tutduğu deyilib.

Qeyd edək ki, Əli Xamneyinin rəsmi saytında onun fevralın 25-də axşam saatlarında Tehranda səfərdə olan Bəşər Əsədlə görüşdüyü barədə məlumat yayılıb. Xamneyi görüş zamanı Əsədə “səmimi qəlbdən Suriya dövləti və xalqına kömək etdiyinə görə fəxr etdiyi”ni deyib. O, sözlərinə Suriyada baş verənlərə görə Amerika Birləşmiş Ştatları və Avropa ölkələrini günahlandırmaqla davam edib. Xamneyi həmçinin Amerikanın Suriyada bufer zona yaratmaq və bu ölkə ilə İraq sərhəddinin təhlükəsizliyi üçün öz hərbi qüvvələrinin bir qismini saxlamaqla bağlı planını “Amerikanın təhlükəli məkrli planı” adlandırıb və bildirib ki, “bunu qətiyyətlə rədd etmək və bu plana qarşı çıxmaq lazımdır”. Qeyd etmək lazımdır ki, 2011-ci ildə Bəşər Əsədin diktatura hakimiyyətinə qarşı sivil şəkildə xalq etirazları başladıqdan sonra İran Əsədə etirazçı kütlələri qan bahasına yatırtmaqda kömək edən əsas ölkədir. Bu illər ərzində yarım milyona yaxın insan Əsəd və İran qüvvələrinin diktaturanı qoruyub saxlaması üçün başlatdıqları vətəndaş müharibəsi zamanı həlak olub. Eləcə də, beynəlxalq qurumların təqdim etdiyi statistikalara əsasən, rəsmi Tehran Əsədin hakimiyyətdə qalması üçün 2011-ci ildən bu günə qədər hər il azı 15-20 milyard dollar civarında vəsait xərcləyib. İran əhalisi də dəfələrlə rəsmilərin ölkə pullarını Əsəd diktaturasınin legitimliyinin qoruyub saxlanması yolunda sərf edilməsinə qarşı etiraz edib. Bu etirazlar zamanı onlar Xamneyiyə xitabən “Suriyadan əl çək, bir az da bizim vəziyyətimizə diqqət yetir” kimi şüarlar səsləndiriblər. Xamneyidən fərqli olaraq, ərəb dünyası və dünya körpələr, yaşlılar və qadınlar da daxil olmaqla, yüz minlərlə sivil vətəndaşın qanına əli bulaşmış Əsədi qəddar diktator kimi qəbul edir, nəinki “qəhrəman”. Digər tərəfdən, Əsədin İrana səfər etdiyi bir vaxtda müxtəlif media orqanlarında rəsmi Tehranın Suriyada vətəndaşlar üçün pulsuz yaşayış binaları tikəcəyi ilə bağlı məlumatlar da dərc edilir.

RePost.Az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Şurasının
reklam
Akşənər:
Akşənər: - Xocalı türk millətinə qarşı olan qətliamdır
Xocalı qətliamı türk millətinə qarşı edilmiş bir qanlı qətliamdır.
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi - VİDEOLAR
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakıda keçirilən hüzn
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr
 
XİA.az - TƏQDİMAT