Rusiyadan NATO-ya İTTİHAM

Rusiyadan NATO-ya İTTİHAM

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirlməsi dünya mediasının aparıcı mövzusunu təşkil edib.

ABŞ-ın “The New York Times” qəzeti yazır ki, Türkiyə paytaxtında səfirin qətlə yetirlməsi təhlükəsizlik qüvvələrini qəfil uçurum qarşısında qoyub. Birgə münasibətlərdə yeni böhranlar Türkiyə və Rusiyanın Suriyada altıncı ildir ki, davam edən münaqişə ilə bağlı birgə mübarizə imkanlarını yaradıb:

“Türkiyə ilə Rusiya arasında uzun müddət baş vermiş, ötən il isə soyumuş, sonra yenidən isinmiş münasibətlərin nəticələrini qiymətləndirmək çətindir. Analitiklər güman edir ki, səfirin öldürülməsi tərəfləri terrorizmə qarşı mübarizədə daha sıx yaxınlaşdırdığı üçün çətin ki, münasibətlərn yenidən korlanmasına gətirib çıxartsın”.

Prezident Vladimir Putin də Rusiya televiziyasına açıqlamasında bildirb ki, cənab Karlov Türkiyə ilə münasibətlərdə təxribat yaratmaq üçün alçaqcasına qətlə yetiriblər. Rusiya lideri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonda qətlin birgə araşdırılması və terrorizmə qarşı birgə mübarizəyə dair danışıq aparıblar.

“The Washington Post” yazır ki, Ankaradakı atışma Rusiyanın Suriyada müharibəyə cəlb edildiyi vaxtdan bəri ən həyasız və yadda qalan hücumlardan biri olub. “Prezident Bəşər Əsədin tərəfində dayanan Moskva bu müharibəyə qoşulub və Hələb əhalisinin dünyada pislənən əziyyətlərinə səbəb olan bombalanmasına başlayıb. Ancaq Moskvada hava hücumlarının hədəfinin yalnız terrorçular olduğunu deyirdilər. Diplomat qətlə yetiriləndə isə Vladimir Putin bunun Rusiya-Türkiyə münasibətlərini pozmağa yönəlmiş təxribat olduğunu söylədi”. Böyük Britaniyanın “The Guardian” qəzeti səfirin öldürülməsindən sonra Rusiya ilə Türkiyə arasındakı münasibətlərin bu günkidən daha assimmetrik ola bilər: “Türkiyə və Rusiya iddia edir ki, səfirin öldürülməsində geniş bir sözvdələşmə gizlənir. Türkiyənin baş naziri Binəli Yıldırım qatilin arxasında qara qüvvələrin dayandığını deyib.

Putin Karlovun öldürülməsini Rusiya-Türkiyə münasibətlərinin sarsıdılmasına yönəlmiş təxribat adlandırıb. Bu adətən, Moskvanın xarici düşmənlərini göstərən bir kod ifadəsidir. Hər iki ölkənin hökumətyönlü şərhçiləri Putinin və Ərdoğanın konspiroloji nöqteyi-nəzərindən çıxış edərək bunu Qərbin gizli əlinin idarə etməsi barədə təhlillər verirlər. Rusiyalı senator Frans Klineviç bəyan edib ki, Karlovun öldürülməsinin arxasında NATO-nun məxfi xarici xidmət nümayəndələri dayanır. Digər senator Aleksey Puşkov siyasi və media isteriyası ilə Tvitterdə bildirib ki, düşmənləri Rusiyanı yandırır. Əsas məsələ ondan ibarətdir ki, Rusiyaya qarşı elan edilməmiş müharibə olan bu qətlin arxasında kim dayanır. Türkiyə prezidentinin tərəfdarları belə bir nəzəriyyə irəli sürməyə başlayıblar ki, qatili Ərdoğanın siyasi rəqibi olan və ABŞ-da mühacirətdə yaşayan Fətullah Gülən dəstəkləyib”.

Müşfiq Abdulla

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib - EKSKLÜZİV
"Pul siyasətinin sərtləşdirilməsi siyasətinə artıq başlanıb və bu siyasət
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tədbirdə 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi və birliyi
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 Yanvar - Ümumxalq Hüzn Günü
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi
reklam
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (VİDEO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (VİDEO)
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar nazirlik tərəfindən 20 Yanvar
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb
“Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre Bakıda birinci
İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub
İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə
 
XİA.az - TƏQDİMAT