Çin Sakit okeana donanma çıxardı - MÜHARİBƏ TƏHLÜKƏSİ


Son 24 saatda Çin iki hadisə ilə gündəmə gəlib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Rusiya Çinə beşinci nəsil çoxfunksiyalı Su-35 hərbi təyyarələrinin ilk partiyasını çatdırıb.

Havadan havaya, eləcə də havadan quruya raket zərbəsi endirmə gücü, həmçinin 8 ton yük daşıma qabiliyyəti olan təyyarələri tək pilot idarə edir.

İlk olaraq 4 qırıcı Çinə çatdırılıb, daha 22 təyyarənin təslimatı isə bu yaxınlarda baş tutacaq. Bir təyyarənin qiyməti 85 milyon dollardır.

Bununla yanaşı, Çin Xalq Qurtuluş Ordusunun aviadaşıyıcısı Sakit okeanın qərbinə doğru hərəkət edib. Çin Müdafiə Nazirliyindən bildirilib ki, 2012-ci ildən ordunun arsenalına daxil edilən "Liaoning" gəmisi 30 qırıcı daşımağa qadirdir.

Çin donanmasına liderlik edən "Liaoning" Bohay körfəzi və Sarı dənizdəki tətbiqatından sonra okean sularına daxil olacaq.

Aprel ayında ABŞ-dan verilən açıqlamada bildirilib ki, Şərq dənizi donanmasında Pekinə aid 18 dənizaltı və 80-dən çox müxtəlif funksiyalı hərbi gəmilər var. Həmçinin qeyd olunub ki, Çinin Cənub dənizində altı nüvə daşıyan 26 sualtı qayığı və 90-dan çox donanma gəmisi, Şimal dənizində isə bir aviadaşıyıcısı, üçü nüvədaşıma qabiliyyətli 20-dən çox fərqli manevrlər edə bilən sualtı qayığı və 70-dən çox gəmisi var.

Rəsmi Pekinlə ABŞ arasında Sakit okean, Cənubi Çin və Şərqi Çin dənizlərində tez-tez gərginlik yaşanır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
"Elba" MMC-yə məxsus heyvan kəsimi sexində mənşəyi məlum olmayan heyvan ətləri aşkar edilmişdir
Daşkəsən Rayonunun ərazisində yerləşən "Elba" MMC-yə məxsus heyvan kəsimi,
Salyanda avtomobil piyadanı vurub
Salyanda avtomobil piyadanı vurub
Salyan rayonunda yol-nəqliyyat hadisəsi olub. Xia.az APA-ya istinadən
reklam
Gəncədə qızın qızı qaçırması ilə bağlı xəbər yayıldı
Gəncədə qızın qızı qaçırması ilə bağlı xəbər yayıldı - YENİLƏNİB
Gəncədə qızın qızı qaçırması ilə bağlı yayılan xəbərin təfərrüatları məlum
Hərbi ekspert Rusiyadan alınan hücum silahlarını şərh etdi
Hərbi ekspert Rusiyadan alınan hücum silahlarını şərh etdi
“Rusiyadan alınan hücum silahlarının daha bir hissəsinin ölkəmizə
Dolların sabaha olan məzənnəsi
Dolların sabaha olan məzənnəsi
Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 28-ə olan USD/AZN məzənnəsini
 
XİA.az - TƏQDİMAT