Əfqanıstanda İŞİD-in törətdiyi terror hadisələri qadınları da hərəkətə keçirib

Əfqanıstanda İŞİD-in törətdiyi terror hadisələri qadınları da hərəkətə keçirib















XİA.az xarici mətuata istinadən xəbər verir ki, ölkənin cənubunda yerləşən Cevzican vilayətinin Şibirgan şəhərində yaşayan 50 qadın silah götürüb İŞİD-lə mübarizə aparmaq üçün dağa çıxıb. Qadınlar Şibirgan şəhərinin yaxınlığında yerləşən Darzab qəsəbəsinin Garmcar kəndində yaşayırlar.

Bölgədə hökumət qüvvələrinin olmaması yerli əhalinin işini çətinləşdirib.

İŞİD-lə mübarizə üçün silahlanan xanımlar mətbuata açıqlama da veriblər. Qrupun lideri Gülşehr deyib ki, terrorçular bütün qohumalarını öldürüblər.

"Yalnız ərim və mən qaldım. Son damla qanımıza qədər mübarizə aparacağıq. Övladlarımız qətliamda öldü, biz isə dağa çıxdıq".

Silahlı mübarizədə məğlub olmamaq üçün hökumətə köməklə əlaqədar müraciət edən Aygül isə bildirib ki, kəndlərində 25 nəfər terrorçular tərəfindən öldürülüb.

“Biz də silah götürüb dağa çıxdıq. Burada İŞİD-ə qarşı döyüşəcəyik. Dövlətdən istəyimiz isə bizə silah-sursat göndərməsidir.

Qrupun digər üzvü Aynur isə itirəcək heç nəyinin qalmadığını deyib.

"Kişilərdə bizi dəstəkləyir və bizimlə səfərbər olublar. Biz də onları yalnız
buraxmaq istəmirik. İtirəcək heç nəyimiz yoxdur. Səbrimizi qalmayıb. Döyüşərək ölmək daha yaxşıdır. İŞİD-in Əfqanıstanda 2 həftə əvvəl törətdiyi terror hadisəsi nəticəsində 25 nəfər həlak olub".

Cəsur qadınların adlarından və yaşadıqları ərazidən onların türk olduğu qənaətinə gəlmək mümkündür. Çünki Aynur, Aygül adlarında Azərbaycan başda olmaqla digər türkdilli ölkələrdə istifadə edilir. Həmçinin Cevzican vilayəti türklərin kompakt yaşadığı ərazilərdən hesab edilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Trampın kürəkəni ABŞ administrasiyasında vəzifə aldı
Trampın kürəkəni ABŞ administrasiyasında vəzifə aldı
Donald Trampın kürəkəni və eyni zamanda müşaviri Cared Kuşner Ağ ev
İlham Əliyev Saatlı rayonuna səfər edib
İlham Əliyev Saatlı rayonuna səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonunda səfərdədir.
reklam
“Azərsun”un məhsulu ilə dolu yük maşını müəmmalı şəkildə yoxa çıxıb
“Azərsun”un məhsulu ilə dolu yük maşını müəmmalı şəkildə yoxa çıxıb
Ukraynada “Azərsun Holdinq” şirkətinə məxsus ət məhsulu ilə yüklənmiş yük
Ucarda yük maşınları ağır qəza törədib:
Ucarda yük maşınları ağır qəza törədib: - Ölən var
Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Azad Cavadov:
Azad Cavadov: - Bağlanmış bankların əmlakını satmağa hazırlaşırıq
“Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu
 
XİA.az - TƏQDİMAT