"Reina" terroru ilə bağlı saxlananların sayı 43 nəfərə çatdı

"Reina" terroru ilə bağlı saxlananların sayı 43 nəfərə çatdı
İstanbulda 39 nəfərin ölümü ilə nəticələnən terror aktına görə daha 27 nəfər saxlanılıb. APA TV-nin məlumatına görə, İzmirdə keçirilən əməliyyat zamanı 20 gün əvvəl Konyadan bu şəhərə gələn 3 qırğız və uyğur ailəsinin üzvləri həbs ediliblər. Bu ailələrin Konyadan İzmirə gəldikdən sonra Reinada terror aktı tərədən şəxslə əlaqəsinin olub-olmadığı araşdırılır.
Bundan başqa Konyada da Reina terrorçusu ilə əlaqəsi olduğu güman edilən şəxslərin həbs olunması üçün əməliyyat aparılır. Xatırladaq ki, indiyə kimi İstanbulda Yeni İl gecəsi törədilən terror aktında iştirakı güman olunan 16 məfər həbs edilmişdi. İzmirdə keçirilən əməliyyatdan sonra bu terror aktı ilə əlaqədar saxlananların sayı 43 nəfərə çatıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün "Reina" gecə klubunda terror aktı törədən şəxsin kimliyinin müəyyən olunduğunu deyib. Lakin o, terrorçunun adını açıqlamayıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Trampın kürəkəni ABŞ administrasiyasında vəzifə aldı
Trampın kürəkəni ABŞ administrasiyasında vəzifə aldı
Donald Trampın kürəkəni və eyni zamanda müşaviri Cared Kuşner Ağ ev
İlham Əliyev Saatlı rayonuna səfər edib
İlham Əliyev Saatlı rayonuna səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonunda səfərdədir.
reklam
“Azərsun”un məhsulu ilə dolu yük maşını müəmmalı şəkildə yoxa çıxıb
“Azərsun”un məhsulu ilə dolu yük maşını müəmmalı şəkildə yoxa çıxıb
Ukraynada “Azərsun Holdinq” şirkətinə məxsus ət məhsulu ilə yüklənmiş yük
Ucarda yük maşınları ağır qəza törədib:
Ucarda yük maşınları ağır qəza törədib: - Ölən var
Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Azad Cavadov:
Azad Cavadov: - Bağlanmış bankların əmlakını satmağa hazırlaşırıq
“Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu
 
XİA.az - TƏQDİMAT