Ermənistan ordusu qadınların ümidinə qalıb

Ermənistan ordusu qadınların ümidinə qalıb

«Eurasianet» saytı Ermənistanda orduya qatılan qadınların sayının artmaqda olduğunu, dövlətin də bu tendensiyanın güclənməsinə yardım etdiyini yazır.

Missiya.Az xəbər verir ki, Ermənistanın hərbi akademiyasının – Vazgen Sarkisyan adına Hərbi Universitetin qadın kursantlardan ibarət ilk qrupu 2013-cü ildə yaradılıb. Elə həmin il hərbi pilotları hazırlayan Aviasiya İnstitutuna da 5 gənc qız qəbul edilib.

Müəllif o vaxt kişilərin qadın kursantlara ciddi yanaşmadıqlarını, amma indi onlarla birgə çalışmağa alışdıqlarını yazır. Ermənistan parlamentinin oktyabrda qəbul etdiyi proqramda dövlət orduda xidmət edən, ya da orduya qoşulmaq istəyən qadınlara geniş imkanlar yaradılacağını vəd edib.Yeni təyin olunmuş müdafiə naziri Vigen Sarkisian millət vəkillərinə qadınların hərbi təhsilinə və inkişafına şərait yaradılacağını, kişilərlə bərabər hüquqa malik olmasına çalışacağını deyib. Noyabrda jurnalistlərlə söhbətində nazir qadınların orduda çox böyük rol oynaya biləcəyini söyləyib: «Məncə, qadınların orduda, xüsusilə rəhbər vəzifələrdə rolu çox ciddi ola bilər… Onların potensialından yararlanmasaq, səhvə yol vermiş olarıq».

Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, hazırda orduda 2 mindən çox qadın xidmət edir. 2012-ci ildə onların sayı 1400-ə yaxın olub. Ermənistan ordusundakı qadınların çoxu ofis işləri görür, ya da rabitə sahəsində, eləcə də tibbi xidmətlər göstərir. Ancaq son illər döyüş tapşırıqlarına cəlb olunan qadınların, məsələn, qadın minaaxtaranların və snayperlərin sayı artıb. Sayt Ermənistanın Müdafiə Nazirliyinin belə qadınların sayını açıqlamadığını qeyd edir.


Amma, məsələn, Ermənistan ordusunun paraşütlə tullanma üzrə baş təlimçisinin qadın olduğu bəllidir: Kapitan Kristina İliçyan. Ermənistanın İctimai Televiziyası bu yaxınlarda onun digər qadın zabitlə birgə kişilərə təlim keçdiyini nümayiş etdirib. Sayt yazır ki, qadınların orduya cəlbi, əslində, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın ideyası olub. Onun fikrincə, qadınların iştirakı ordunu sivilləşdirir, nizam-intizamı gücləndirir.

Müəllif Ermənistan cəmiyyətinin hələ mühafizəkar olduğunu, ev işinin, uşaqlara baxmağın orda da qadının əsas vəzifəsi sayıldığını vurğulayır. Amma 2014-cü ildə yayımlanmağa başlayan bir reklam çarxı qadınları stereotipləri sındırmağa, orduya qoşulmağa çağırırdı.Hazırda Ermənistan ordusunda qadınların fəaliyyət sahəsiylə bağlı məhdudiyyətlər var. Rəsmilər bu məhdudiyyətləri gözdən keçirəcəklərini, qadınların orduda istədikləri işlə məşğul olmasına imkan veriləcəyini deyiblər. Müdafiə Nazirliyinin qadınların ordudakı mövqelərinin artırılması üzrə planı da var.

«Eurasianet» saytı həmçinin, Qarabağda müharibəyə qatılan erməni qadınların sayı barədə məlumat verilmədiyini yazır. Amma 2015-ci ildə Müdafiə Nazirliyi bir qadın əsgəri azərbaycanlı snayperin vurub öldürdüyünü elan etmişdi.

Sayt Azərbaycan ordusunda da minə yaxın qadının xidmət etdiyini, amma onların döyüşlərə cəlb olunmadığını qeyd edir. Gürcüstanın qadınların orduda rolunu gücləndirməkdən ötrü ciddi tədbirlər gördüyünü vurğulayır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dünya gözəli seçilən iranlı aktrisalar
Dünya gözəli seçilən iranlı aktrisalar
45 yaşlı Niki Kərimi siyahıda 14-ci yeri tutub. Onun həmyerlisi 33 yaşlı
Moskvada Qarabağ danışıqlarının gizli
Moskvada Qarabağ danışıqlarının gizli - Detalları
Bu sözləri politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə,
Ermənistan boşalır:
Ermənistan boşalır: - Ölkə əhalisi 13 min nəfər azaldı
2017-ci ilin yanvar-mart aylarında ölkədə yeni doğulan körpələrin sayı
reklam
Ermənilərin dünən atdığı OSA raketi nə qədər təhlükəlidir?
Ermənilərin dünən atdığı OSA raketi nə qədər təhlükəlidir?
Dünən axşam saatlarında Ermənistan müdafiə bölmələri tərəfindən cəbhənin
Ermənistanda ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olunub
Ermənistanda ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olunub
Ermənistan MTX-nın bundan əvvəl yaydığı məlumatda bildirirdi ki, üç özəl
Dünya birjalarında neft bahalaşıb
Dünya birjalarında neft bahalaşıb
XİA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən
 
XİA.az - TƏQDİMAT