Daha bir özbaşınalıq - Gəncə şəhər sakini Zaur Cəfərovun Prezidentə müraciəti

Daha bir özbaşınalıq
Cənab Prezident!
Ərizəmlə yazıb Sizə bildirmək istəyirəm ki, təxmiynən bir il bundan öncə Gəncə şəhərində Bəhman adlı şəxsdən niva markalı 99 XH 027 dövlət nömrə nişanlı avtomobil alımışam. Bunun müqabilində mən Bəhman adlı şəxsə 2800 manat pul vermişəm. Bundan sonra maşına 1300 manat pul xərcləyib maşını düzəltdirmişəm. Maşını alanda Bəhmən mənə yəni maşının birinci sahibinin adından mülkü etibarnamə verib. 2018-ci ilin yanvar ayının 24-də Gəncə şəhər BPİ-nin DYPİ-nin əməkdaşı Polis mayoru Hacı adlı şəxsin göstərişi ilə YPX-ti əməkdaşları heç bir səbəb göstərilmədən maşını məndən alıb cərimə meydançasına saldılar. Dedilər ki, Hacının göstərişidir. Mən 28 yanvar tarixdə Hacı ilə görüşdüm. Nə əsasa maşını saxladığını soruşdum. O, mənə bildirdi ki, maşının bankı var və ödənilnmədiyinə görə sahibi ərizə yazıb ki, avtomobili saxlansın. Mən həmin ərizəni ondan tələb elədim. O, bildirdi ki, sonra ərizəni mənə göstərəcək. Ancaq göstərmədi. Hacı mənə bildirdi ki, 1000 manat verim maşını buraxsın. Mən pulum olmadığını söylədim. Buna görə də Hacı maşını məndən xəbərsiz Likoil banka verdi. Mən Likoil bankın Patamdart filialına getdim, orada işləyən Ramin adlı şəxs mənə bildirdi ki, Hacı maşını onlara vermək üçün Ramindən 1000 manat alıb. Ramin isə həmin pulu məndən tələb etdi ki, pulu ver yeni qrafik açaq, maşını sənə verək.
Cənab Prezident!
Sizdən xahiş edirəm bu barədə araşdırılma aparılmasına tapşırıq verəsiniz.
Əvvəlcədən Sizə öz təşəkkürümü bildirirəm.
P.S.
KİV-nə müraciət edən Zaur Cəfərov bildirdi ki, onun avtomobilinin əlindən alınmasında günahkar şəxs Gəncə şəhər BPİ-nin DYPİ-ndə axratış üzrə inspektor işləyən, polis mayoru Hacıdır. Vətəndaş aidiyyatı orqanlara ünvanladığı ərizələri göndərdiyini də vurğuladı.Həmin ərizələrin mətnini yuxarıda dərc etmişik.
ZAUR CƏFƏROV: - Mən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının 1-ci vitse Prezidenti Mehriban xanım Əliyevaya, Daxili İşlər Nazirliyinə, Baş prokurorluğa, Baş Dövlət Yol Polisi İdarəsinə, Dövlət Təhlukəsizlik idarəsinə, Gəncə şəhərində vəzifəli şəxslərin hamısına müraciyət etmişəm. Ərizəmdə göstərmişəm ki, bu qanunsuzluqlar barədə tədbir görsünlər.
Qeyd edək ki, bu məsələni diqqətdə saxlayacağıq.
Mövzuya yenidən qayıdacağıq.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Daha bir özbaşınalıq

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT