Kəlbəcərlilər İlham Əliyevin namizədliyini dəstəkləyir

Kəlbəcərlilər İlham Əliyevin namizədliyini dəstəkləyir
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı Ictimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində Kəlbəcər rayon ictimaiyyəti 11 aprel 2018-ci il tarixində keçiriləçək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyir adlı tədbir keçirib. Newscenter.az xəbər verir ki, tədbirdə Kəlbəcər rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbiri “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov açaraq bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz dədə-baba torpaqlarından, doğma yurd-yuvalarından didərgin düşərək taleyin ağrılı-acılı illərini yaşamaq məcburiyyətində qalan kəlbəcərlilər həmişə dövlətimizin və dövlətçiliyimizin mövqeyində əzmlə dayanıblar. Azərbaycan dövləti öz vətəndaşlarını bu ağır vəziyyətdən çıxarmaq üçün davamlı tədbirlər həyata keçirib:

"Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin həllini hər an diqqət mərkəzində saxlayıb, bu istiqamətdə lazımı addımlar atıb. Ötən illər ərzində məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərcikləri ləğv olunub, müxtəlif bölgələrdə məçburi köçkünlər üçün yeni, müasir tipli qəsəbələr inşa edilib, onların sosial rifahı kökündən dəyişib. Bütün bunlar möhtərəm prezidentimizin vətəndaşlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Öz doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, işlə, təhsillə, tibbi və digər xidmətlərlə təmin edilməsi üçün Dövlət Proqramları qəbul olunub. Son 14 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artırılıb". Həbib Misirov deyib ki, Kəlbəcər rayonundan olan məcburi köçkün ailələri də daim dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunub:

"Kəlbəcər rayonundan olan məcburi köçkün ailələri üçün Gənçə, Yevlax, Qəbələ, Bərdə, Tərtər və digər bölgələrimizdə hər çür infrastrukturla təmin olunmuş müasir qəsəbələr salınıb". Natiq qeyd edib ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu humanist siyasət hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir:

"2017-ci ilin mart ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi Mehriban Əliyevanın ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi bu qəbildən olan insanlara göstərilən qayğının bariz nümünəsidir".

Tədbirdə dçıxış edən digər natiqlər, YAP İdarə Heyətinin üzvü ,əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Əməkdar Jürnalist, şair Adil Cəmil, Neft Akademiyasının müəllimi, professor Musa Kazımov, Tibb Unveristetinin müəllimi, tibb elimləri namizədi Nağdəli Zamanov, Baki Dövlət Unveristetinin dosenti, filologiya elimləri üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı, Dövlət Pedeqoji Univeristetinin müəllimi Mirvari Verdiyeva, ziyalı Əli Abdullayev , gənclər adından Diplomatiya Akademiyasının I kurs tələbəsi Rəşad Təhməzli, Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə və s bildiriblər ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərə nəzər yetirdikdə bir daha şahidi oluruq ki, iqtisadi, siyasi və mədəni sahələrdəki uğurlarımızın sayı-hesabı yoxdur. Bütün bunlar Azərbaycanın inkişafının davamlı olmasından xəbər verir.

Natiqlər bildiriblər ki, Azərbaycanın bütün bölgələri, kənd və şəhərlərləri prezident İlham Əliyevin rəhbərliyi sayəsində sürətlə inkişaf edir və çiçəklənir. İqtisadiyyatımızın dinamik inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılması naminə görülmüş əməli fəaliyyətlər hər bir vətəndaş üçün qürur mənbəyidir. Bu gün Azərbaycan regionun söz sahibinə çevirilib. Azərbaycanın içazəsi olmadan regionda hec bir beynəlxalq layihə reallaşmır. Həyata keçirilən layihələr Ermənistanı tamamilə kənarda qoyub. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars layihələri onlardan yan keçib. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Şimal-Cənub Nəqliyyat Dəhlizi də Ermənistandan yan keçəcək.

Yüksək inkişaf və bu inkişafın etibarlı zəmin əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edəcəyi inamı Azərbaycanın hər bir vətəndaşında formalaşıb. Bu ümumi mənzərə seçkilər dövründə Azərbaycan vətəndaşlarının əhval-ruhiyyəsini müəyyənləşdirib. Bu mənada 11 aprel seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi və qələbəsi xalqımızın arzu və istəklərinin ifadəsidir. İnsanlar indiyədək qazanılan uğurlarla yanaşı, qarşıdakı illərdə də nailiyyətlərin davam etməsini arzulayır və bunu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə görürlər.

Kəlbəcər ictimaiyyətinin nümayəndələri, kəlbəcər ziyalıları, ağsaqalları və gəncləri Azərbaycanın bundan sonrakı taleyinin etibarlı əllərdə olmasını qətiyyətlə istəyərək bildiriblər ki, bu işdə qəlbən inandıqları və güvəndikləri yeganə lider prezident İlham Əliyevdir. Kəlbəcər ictimaiyyəti əmin olduğunu bildirib ki, məhz Prezident İlham Əliyevin qətiyyəti və məqsədyönlü siaysəti nəticəsində öz doğma ata-baba yurdlarına qayıdaçaqlar və Azərbaycan dünyanın ən güclü dövlətlərindən birinə çeviriləçək. Buna görə də 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində kəlbəcərlilərin dəstəkləyəcəyi yeganə namizəd İlham Əliyevdir.

Sonda ləlbəcərlilər hər zaman dövlətimizin başçısının yanında olduqlarını, onu dəstəklədiklərini bir daha bəyan ediblər. Bildirilib ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində fəal iştirak edərək Cənab İlham Əliyevə səs verəcəklər.

Sonda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin layihələr departamentinin müdri, 23 saylı Kəlbəcər rayon orta məktəbinin direktoru Həqiqət Şükürova Kəlbəcər ictimaiyyətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciəti oxuyub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT