Beyləqan sakininin torpağı əlindən alınıb - İDDİA

Beyləqan sakininin torpağı əlindən alınıb
Beyləqan rayon sakini Əliyev Ruhid Məhəmməd oğlu XİA.az-a müraciət edib. Vətəndaş torpağının əlindən alındığını bildirib. Bizə ünvanladığı yazını olduğu kimi dərc edirik.

Sizə yazaraq bildirirəm ki,Beyləqan rayonundan keçmiş millət vəkili olan Ayaz Orucov vəzifə səlahiyyətindən sui istifadə edərək bizim ailəyə məxsus Beyləqan rayonunun mərkəzində qanuni sənədləri olan 20 sot torpaqımızı qanunsuz olaraq zəbt edərək məcbur əlimizdən almışdır.Hakimiyyətin ona olan etimadından istifadə edərək başqalarının malını,mülkünü qanunsuz zəbt edib özününkiləşdirən quldur Ayaz Orucov və onun tərəfdarları barəsində heç bir tədbir görülməmişdir.Bu barədə müvafiq hüquq mühafizə orqanlarına şikayət etsəkdə Ayaz Orucovun yüksək vəzifəli dostlarının hesabına şikayətimiz baxılmamış saxlanılıb. Məlumatınız üçün nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ, qanunla qorunur.Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Cinayət məcəlləsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama torpaq sahəsini başqa üsullarla özbaşına tutma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Buna baxmayaraq hələdə Ayaz Orucov və onun tərəfdarları barədə cinayət işi açılmamış və cinayət məsuliyyətinə cəlb olunmamışlar.Beyləqan rayonunda bizim ailəyə məxsus əmlakı quldurcasına zəbt edən düşmənimiz olan mənfur erməni qəsbkarlarından fərqi olmayan Ayaz Orucova qarşı olan şikayətimizi öz nəzarətinizə götürməyinizi sizdən artıq dərəcədə xahiş edirəm.Ümid edirik Ayaz Orucov və onun tərəfdarları törətdikləri cinayət əməllərinə görə layiqli cəzalarını alacaqlar.

Xahiş edirəm işıqlandırın

İmza : Əliyev Ruhid Məhəmməd oğlu
Ünvan : Beyləqan rayonu Əlinəzərli kəndi
Əlaqə nömrəm :055 4511770

Beyləqan sakininin torpağı əlindən alınıb
Beyləqan sakininin torpağı əlindən alınıb

Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT