Heydər Əliyev bu mərmini özü ilə İrana apardı və... - Fakt

Heydər Əliyev bu mərmini özü ilə İrana apardı və...

Ötən gün Azərbaycanda səfərdə olan İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi Prezident İlham Əliyevlə, Müdafiə naziri Zakir Həsənovla və Müdafiə Sənayesi naziri Yavər Camalovla önəmli görüşlər keçirdi. İranlı general ölkəsinin Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında və bu sahədə istənilən yardımı göstərməkdə maraqlı olduğunu bildirdi. Bu açıqlama ölkə gündəmində iki sualı aktuallaşdırdı:

Birincisi, hazırda ABŞ-ın embarqoları altında olan İranla Azərbaycan arasında hərbi əməkdaşlıq mümkündürmü?

İkincisi, hərbi əməkdaşlıq mümkün olacağı təqdirdə Bakı İrandan hansı silahları ala bilər?

Mövzu ilə bağlı sabiq dövlət müşaviri Qabil Hüseynli Axar.az-a şərhində çox maraqlı tarixi məlumatı diqqətə çatdırıb:

“Azərbaycan İranla Qarabağ müharibəsinin ilk dövrlərində hərbi əməkdaşlıq edib. Mərhum Heydər Əliyev bu sahədə çox böyük fəallıq göstərirdi, çünki Rusiya o zaman bizə qarşı ciddi embarqolar tətbiq etmişdi. Bəli, İran Azərbaycana artilleriya mərmiləri göndərirdi. Bir dəfə Heydər Əliyevlə birlikdə Haramı düzünə səfər zamanı ermənilər tərəfindən bizim olduğumuz səngərə atılan bir mərmi düz başımız üzərindən keçərək cəmi 10-15 metrlik məsafayə düşdü, ancaq partlamadı. Heydər Əliyev ehtiyatla həmin mərmini götürməyi və harada istehsal olduğunu təyin etməyi əmr etdi. Məlum oldu ki, mərmi İranda hazırlanıb. Daha sonra Ulu Öndər həmin mərmini özüylə İrana aparmışdı və sözün əsl mənasında Rəfsəncaninin canını oxumuşdu. O zaman İran Ermənistana da döyüş sursatı verirdi. Həmin dövr İran hərbi sənayeni yenicə mənimsəyirdi”.

Politoloq bildirib ki, İranla hərbi əməkdaşlıq daha mükəmməl sahələrdə ola bilər:

“Ancaq iş orasındadır ki, İran mükəmməl tank istehsal edə bilmir, döyüş təyyarələri müasir standartlara cavab vermir. İranın döyüş təyyarələri 3-cü nəsildir. Ancaq Pakistandan alacağımız döyüş təyyarələri dördüncü nəsildir”.

Politoloq Azərbaycanın gələcəkdə İranın “Şahab” uzaqmənzilli raktelərini əldə etməsinin mümkünlüyünə də toxunub:

“Şahab” ballistik raketlərinin kütləvi istehsalına hələ başlanılmayıb. Üstəlik, İran “Şahab”ı heç kimə satmaz. Çünki bu silahlar üzərində tədqiqatlar hələ davam etdirilir. Bakının gələcəkdə sözügedən qitələrarası raketləri ala biləcəyinə dair indidən dəqiq fikir söyləmək çətindir. Çünki Tehran ümumiyyətlə “Şahab”ı satmağa meyilli deyil. Azərbaycana ortamənzilli raketlər lazımdır. Bunu da Rusiya Azərbaycana təklif edir. Yəni Tehran Roqozinin Bakıya son səfərində Moskvanın İrəvana göndərdiyi İsgəndər-M tipli ortamənzilli nüvə raketlərinin ölkəmizə təklif etməsindən xəbərdardır. Rusların ortamənzilli nüvə raketləri İranınkından qat-qat üstündür”.

Politoloq hesab edir ki, İran ciddi siyasi manevr etmək istəyir:

“Fikrimcə, bir qədər ehtiyatlı olmalıyıq. Azərbaycanın İsraillə hərbi əməkdaşlığına balta vurmaq və ölkəmizi ABŞ-ın İrana qarşı embarqolarının şərtlərini yerinə yetirməyən ölkələr sırasına salmaq da istəyə bilərlər. İndiyə qədər Ermənistana silah verən İranın birdən-birə Bakı ilə hərbi əməkdaşlığa maraq göstərməsi düşündürücüdür. Çünki 10 ildən çoxdur ki, İranla hərbi sahədə əməkdaşlıq etmirik. İran müəslman ölkəsidir və şiə dünyasının lideri hesab olunur. Ona görə də bu hərbi əməkdaşlıq Qarabağ uğrunda mübarizədə Tehranın Bakının yanında yer almasından keçir. Bu mübarizə isə bütün müsəlman dünyası uğrunda mübarizənin bir hissəsidir. Bakı Tehranın təklifini bu kontekstdə nəzərdən keçirə bilər”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə Azərbaycanla İran arasında hərbi əməkdaşlığı istisna etməyib:

“İran Azərbaycanın strateji tərəfdaşıdır və bütün istiqamətlərdə sıx əlaqələrimiz var. Azərbaycan bu əlaqələrin daha da möhkəmlənməsində maraqlıdır. Azərbaycanın İranda daimi hərbi nümayəndəliyi var, hərbi məsələlər üzrə əlaqələrimiz getdikcə genişlənir. Məsələ onda deyil ki, bu ölkədən mütləq hansısa silah-sursatı alaq. Əgər hansısa bir dövlətdə Azərbaycanın qarşıda olan tapşırıqlarına istifadə üçün gərəkli silah varsa, o zaman Bakı hansı ölkə olmasından asılı olmayaraq, həmin silahı alır. O ki qaldı İranla hərbi əməkdaşlığımıza, iki ölkə arasında müəyyən protokollar var. İranın müdafiə naziri yeni təyin olunub və onun ilk səfərini Azərbaycana etməsi əslində iki ölkə arasında hərbi əməkdaşlığın göstəricisidir. Müdafiə nazirlərinin görüşü çox məhsuldar keçib və əlbəttə ki, bu danışıqlar ciddi əhəmiyyət daşıyır. Ölkələr arasında müəyyən layihələr var və onlarla əlaqədar işlər aparılır”.

Ekspert gələcəkdə İranla hərbi əməkdaşlığın Azərbaycana fayda gətirəcəyini düşünür:

“Bu müharibə şəraitində olan ölkəmiz üçün çox vacibdir. Bildiyiniz kimi, İranla sərhədimizin müəyyən hissəsi işğal altındadır. Bu fonda İran Azərbaycan üçün maraqlı bir dövlətdir. Azərbaycan İranla münasibətlərə, o cümlədən gələcək hərbi əməkdaşlığa məhz bu prinsipdən yanaşır”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT