Peşə məktəbi adı altında nələr baş verir? - XİA.az-ın araşdırması

Sərvərin sərvər qoyduğu peşə məktəbi...

Peşə məktəbi adı altında nələr baş verir?



















Hər kəsə aydındır ki, peşə məktəblərində oxuyan şagirdlərin böyük əksəriyyəti dərslərə gəlmir, bunun müqabilində isə bəzi peşə məktəblərinin direktorları böyük qazanc əldə edirlər. Çünki peşə məktəblərinin direktorları həm şagirdlərin təqaüdlərini mənimsəyirlər, həm də dərs keçməli olan müəllimlərdən dərs keçmədikləri üçün pul alırlar. Qeyd edək ki, yuxarıda sadalanan bütün neqativ hallar Kəlbəcər peşə məltəbində hökm sürür.

XİA.az-ın verdiyi məlumata əsasən Kəlbəcər peşə məktəbinin direktoru Sərvər müəllim bu təhsil ocağını öz şəxsi mülkünə çevirməsinə az bir vaxt qalıb. Peşə məktəbində dəfələrlə olsaq da orada təhsil alan şagirdlərlə rastlamşaq bizə qismət olmadı. Video görüntüdədə aydın görsənir ki, məktəbin gözətçisi belə yerində deyil. Burada "işləyən" müəllimlərin böyük bir qismi başqa rayoinlarda yaşayırlar. Hətda Sərvər bəy özü Mingəçevir şəhərində yaşayır, məktəbə kefinə düşəndə gəlir. Bəs görəsən aidiyyatı qurumlar niyə susullar?

Məktəbdə "təhsil alan" şagirdlərin böyük bir qismi məktəbin yerini belə tanımırlar. Təhsil alan şagirdlərin kartları kimdədir görəsən?
Məsələ ilə bağlı Sərvər müəllimlə telefon əlaqəsi yaratmağa çalışdıq. Amma qarşı tərəf zəngimizə cavab vermədi.

XİA.az-a verilən məlumata əsasən bəlli our ki, Sərvər müəllimin direktor olduğu Kəlbəcər peşə məktəbinə şagird yoxdur, əksinə bu məktəb qazanc məqsədi ilə saxlanılır. Belə ki, dərsə gəlməyən, adı isə ştat cədvəlində yer alan müəllimlərin, ustaların, texniki işçilərin məvacibləri, adı olub özü olmayan şagirdlərin təqaüdləri direktor tərəfindən mənimsənildiyi də bildirilir. Bu qədər qanunsuzluqların baş verdiyi bir "məktəb" nədn fəaliyyət göstərir? Əgər bir məktəbdə təhsil yoxdursa o məktəb və məktəbin müəllim, texniki işçiləri nə üçün dövlətdən əməkhaqqı alırlar?

P.S.
Adı çəkilən məsələ ilə bağlı aidiyyatı orqanlara müraciyət etmişik. Qarşı tərəfində mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Qeyd edim ki, bu və digər məsələlərlə bağlı ətraflı məlumat verəcəyik. Ümid edirəm ki, prokurorluq orqanları məsələni ətraflı araşdıracaq. İstənilən orqanlara bu barədə ətraflı məlumat verməyə hazırıq.

Mövzuya qayıdacağıq

MİRZƏ



Peşə məktəbi adı altında nələr baş verir?

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT