2 aprel - Kəlbəcər rayonunun işğal olunmasından 25 il keçir

2 aprel - Kəlbəcər rayonunun işğal olunmasından 25 il keçir











2018-cı il aprel ayının 2-də saat 11:00-da Kəlbəcər rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmasının 25-ci ildönümü ilə əlaqədar olaraq Gəncə şəhəri 1500 ailəlik yeni yaşayış massivində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirildi. Mərasim iştirakçıları əvvəlcə qəsəbədə yeni inşa edilən Kəlbəcər şəhidlərinin abidə kompleksinin önünə tər cicəklər qoydular. Mədəniyyət sarayında davam etdirilən tədbirdə çıxış edən Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov bildirdi ki, Erməni silahlı birləşmələri Kəlbəcər rayonunda da dinc əhaliyə amansızlıqla divan tutmuş, ermənilərin 1993-cü ilin aprel ayının əvvəlində Kəlbəcərə qarşı həyata keçirdiyi hərbi təcavüzü nəticəsində 511 nəfər qəddarcasına qətlə yetirilmiş və rayona 31 milyard ABŞ dollarından artıq maddi zərər dəymişdir. Natiq qeyd etdi ki, Prezidentimiz cənab İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial problemlərin həlli istiqamətində müntəzəm olaraq genişmiqyaslı işlər həyata keçirilir. Buna baxmayaraq kəlbəcərli məcburi köçkünlər cənab Prezidentin rəhbərliyi ilə öz doğma yurdlarını azad etmək və ev eşiklərinə qayıtmaq həsrəti ilə yaşayırlar.
Tədbirdə çıxış edənlər Ermənistanın hazırki rəhbərliyinin sülh danışıqlarını müxtəlif bəhanələrlə pozmalarından, torpaqlarımızın işğal olunması faktının Azərbaycanlıların və eləcə də dünya ictimaiyyətinin yaddaşından çıxarmağa çalışdıqlarını qeyd etdilər. Mərasimdə Kəlbəcər rayonuna həsr olunmuş videoçarx nümayiş etdirildikdən sonra rayon məktəblilərinin təqdimatında bədii kompozisiya nümayiş etdirildi. Sonda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik şurasına Kəlbəcər rayon ictimaiyyətinin müraciəti qəbul olundu.

2 aprel - Kəlbəcər rayonunun işğal olunmasından 25 il keçir
2 aprel - Kəlbəcər rayonunun işğal olunmasından 25 il keçir
2 aprel - Kəlbəcər rayonunun işğal olunmasından 25 il keçir
2 aprel - Kəlbəcər rayonunun işğal olunmasından 25 il keçir

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Tramp:
Tramp: - “Bir ay əvvəl Suriyada ABŞ və Rusiya arasında şiddətli toqquşma olub"
D.Tramp həmçinin bildirib ki, bir ay əvvəl Suriyada ABŞ və Rusiya
Ermənilərin yaraladığı Ağcabədi sakininin bədənindən qəlpəni götürmək mümkün olmayıb
Ermənilərin yaraladığı Ağcabədi sakininin bədənindən qəlpəni götürmək mümkün olmayıb
“Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd sakini Rahim Hacıyev
Qızıl və neft bahalaşıb
Qızıl və neft bahalaşıb
Amerika fond bazarında "Dow Jones" indeksi 0,16% - 24 748,07 bəndədək
reklam
ETSN:
ETSN: - Bakıda tozun miqdarı normadan 30 faiz yuxarıdır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli
Bakının İrəvan siyasəti:
Bakının İrəvan siyasəti: - Sərkisyan elə bir etiraf etdi ki...
Bu sözləri Axar.az-a açıqlamasında Serj Sərkisyanın ötən gün Ermənistan
Erməni ordusu cəbhədə təxribat törətdi:
Erməni ordusu cəbhədə təxribat törətdi: - yaralı var
Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci
 
XİA.az - TƏQDİMAT