Ağdam sakini: - Gəncədə ürəyimi yoxlatmağa məndən 15 manat aldılar

Ağdam sakini:

Bu barədə XİA.az-a Ağdam rayon sakini Cehun Qurbanov məlumat verib. Onun sözlərinə görə Gəncə şəhər 6 saylı poliklinikada ondan qanunsuz olaraq 15 manat alıblar.

C.Qurbanov: Mən xəstəliyimlə bağlı yoxlanmalıydım. Gəncə şəhərində başqa bir xəstəxanada uzidən keçdim. Məndən pul almadılar. Həkimin göstərişi ilə kardioqramdan keçməliydim. Buna görədə Gəncə şəhər 6 saylı poliklinkaya müraciyət etdim. Orada xanım həkim və onun yanındakı tibb bacısı mənim ürəyimin kardioqramasını çıxartdılar. Sonra mənə dedilər ödənişini elə. Mən kimə va hara ödəniş etməyimi soruşdum. Dedi ki, özümə ver, neçə manat olduğunu soruşdum. 15 manat istədi məndə verdim. Ancaq deyilənə görə bu poliklinikada pulsuz xidmət olmalıdır. Burda vətəndaşlar pulsuz tibbi müayinə olunmalıdı. Xanım isə qanunsuz olaraq məndən 15 manat alıb. Mən bu qanunsuzluqla bağlı Səhiyyə Nazirliyinə müraciyət etmişəm.

26 iyun 1997-ci il tarixdə imzalanmış və təsdiq olunmuş “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorumaq və tibbi yardım almaq, dövlət tibb müəssisələrində ödənişsiz tibbi xidmətlərdən yararlanmaq hüququ vardır.

Ancaq Azərbaycanda fəaliyyət göstərən bəzi dövlət tibb müəssisələri qanunun bu tələbələrinə məhəl qoymur.Gəncə şəhər 6 saylı poliklinikası kimi.. Belə ki, adı çəkilən səhiyyə müəssisəsində vətəndaşdan müayinə üçün pul alıblar. Burdan aydın olur ki, bu poliklinikada heçdə pulsuz tibbi müayinə mümkün deyil.

P.S. “Dövlət xəstəxanalarında bütün tibbi xidmətlər tam ödənişsiz həyata keçirilir. Hər bir vətəndaş dövlət səhiyyə müəssisələrində qarşılaşdığı hallar barədə Səhiyyə Nazirliyinin 9103 Qaynar Xəttinə və Elektron Səhiyyə Mərkəzinə müraciət edə bilər”.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hacı Şahin Həsənlinin xütbədə söylədiyi müzakirə doğurdu
Hacı Şahin Həsənlinin xütbədə söylədiyi müzakirə doğurdu
İlahiyyatçı: “Namaz qılıb özündən razı olmaq və araq içib özündən narazı
Türkiyədə “McDonalds”lar bağlana bilər
Türkiyədə “McDonalds”lar bağlana bilər
Xəbər verdiyimiz kimi, Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq
Qazaxda ailənin tək oğlan övladı çayda batıb
Qazaxda ailənin tək oğlan övladı çayda batıb
Uzaqdan onun batdığını görən uşaqlar valideynlərinə xəbər veriblər. Kənd
reklam
İlham Əliyev yol tikintisinə 9,1 milyon manat ayırdı
İlham Əliyev yol tikintisinə 9,1 milyon manat ayırdı
Prezident İlham Əliyev Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər
Azərbaycanlı mayor özünü güllələyərək öldürdü
Azərbaycanlı mayor özünü güllələyərək öldürdü - Astanada dəhşətli intihar
Qazaxıstanın paytaxtı Astanada, Karaqanda və Pavlodar vilayətlərini
Gəncədə kişi həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirib
Gəncədə kişi həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirib
1990-cı il təvəllüdlü Məsim Məmmədov 62 yaşlı qayınatası Əkbərov Namiq
 
XİA.az - TƏQDİMAT