“Səhiyyənin inkişafı üçün böyük işlər görülür”

“Səhiyyənin inkişafı üçün böyük işlər görülür”
"Yaşlı nəslin bilik və təcrübəsindən yararlanaraq gənclərin önə çəkilməsi, onların istənilən sahələrdə, o cümlədən tibb sahəsində inkişafa dəstək olması əsas prioritetlərdəndir".

Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır.

Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyətinin müqayisəolunmaz şəkildə dəyişdiyini kimsə inkar edə bilməz. Məlumdur ki, müstəqilliyimizin ilk illərində müharibə şəraitində yaşayan ölkəmiz iqtisadi çətinliklər içində boğulurdu. Xüsusilə səhiyyədə vəziyyət ürəkaçan deyildi. Lazımi tibbi avadanlıqlar, dərman çatışmırdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində beynəlxalq qurumlar Azərbaycana kömək etməyə başladılar. Ardıcıl surətdə həyata keçirilən profilaktik tədbirlər sayəsində Azərbaycanda yoluxucu xəstəliklərin yayılmasının qarşısı alındı.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır.

Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir.

Xalqın sağlamlığının qorunması, vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində uğurlu islahatlar həyata keçirilir, müasir avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzləri tikilir, səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.

Gəncə Səhiyyə idarəsinin rəisi Bəxdiyar Haqverdiyev: - Azərbaycanda ötən 10 ilə yaxın dövr ərzində iqtisadi irəliləyiş, dövlətin iqtisadi potensialının artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb. Ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya strandartlarına uyğun tibbi yardımla təmin olunmasını təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir. Bu sahəyə hər il böyük həcmdə investisiyalar yatırılmaqdadır. Səhiyyəyə ayrılan büdcə vəsaiti son 10 il әrzində 10 dәfədən çox artıb. Bu dövrdə böyük әksəriyyəti respublikanın bölgәlәrində olan 500-dәn artıq tibb müәssisəsinin tikintisi və ya әsaslı tәmiri hәyata keçirilib, tibb müəssisәlәrinin hamısı müasir texnika və avadanlıqla tәchiz olunub. Bu dövrdə səhiyyə sahəsinə dövlət tərəfindən ayrılan vəsaitin həcmi dəfələrlə artıb. Yolxucu xəstəliklərlə mübarizə işində əhəmiyyətli nəticələr əldə olunub, bu sahə praktik səhiyyənin prioritet istiqaməti kimi daim diqqət mərkəzində saxlanılmaqdadır. Həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda uşaq ölümünün kəskin şəkildə aşağı düşmüş, həmçinin ana və uşaq ölümünün səviyyəsi bir neçə dəfə aşağı salınıbdır.


Gəncədə səhiyyə sisteminin uğurlu inkişafı göz qabağındadır. Şəhərin bir neçə xəstəxanası, poliklinkası əsaslı təmi edilib və bəzilərində də təmir işləridə uğurla davam etdirilir. Təmir onunan xəstəxanaların hamısı tibbi avadanlıqlarla təmin edilib. Xəstələrin istət stosionar istərsədə amblator müalicə almaları üçün hər bir şərait yaradılıb. Bu gün dünya gündəmində olan onkoloji xəstəliklərlədə bağlı tədbirlər də həyata keçirilir. Gəncə onkoloji xəstəxanasında xəstəliyin tam dəqiq müalicə olunması üçün hər bir şərait yaradılıb. Bütün tibbi avadanlıqlar gətirilib. Gəncə regionunda yaşayan yüzlərlə xəstə burada müalicə və müayinə olunurlar.

Gəncə şəhərində vətəndaşların tibbi müayinə yüksək səviyyədə keçirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi aksiyaları Gəncə şəhərində də uğurla aparılır. Aksiyalarda xəstəliklərin erkən müəyyən olunması və vaxtında müalicəsi baxımından çox əhəmiyyətlidir. Sakinlər şəhər xəstəxanalarında, şəhər poliklinikalarında, müayinə olunurlar. Bundan başqa yüksəkixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən şəhərdə əhalinin tibbi müayinəsi həyata keçirilir.Bundan əlavə, müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu səyyar briqadalar xəstəxanalara getmək imkanı olmayan sakinlərə evlərdə xidmət göstərirlər. Aşkar edilən xəstəliklərlə əlaqədar sakinlərin bir qrupu stasionar və ambulator müalicəyə cəlb olunurlar.

“Səhiyyənin inkişafı üçün böyük işlər görülür”



Cehun Qurbanov

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17
Dövlət Miqrasiya Xidmətində təlim
Dövlət Miqrasiya Xidmətində təlim
Təlim miqrasiya orqanları işçilərinin peşəkarlıq səviyyəsinin
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və
reklam
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviya Respublikasının ədliyyə naziri Dzintars Rasnaçsın başçılıq etdiyi
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
 
XİA.az - TƏQDİMAT