GDU-ti İdman kafedrasının müəllimləri tərəfindən nazirə müraciət

GDU-ti İdman kafedrasının müəllimləri tərəfindən nazirə müraciət

Gəncə Dövlət Universitetində daha bir özbaşınalığın,anarxiyanın və maliyyə pozğunluğunun üstü açıldı.Bu universitetdə fəaliyyət göstərən idman klubunun və onun sədrinin işi ilə əlaqədardır.Məlum olduğu kimi hal-hazırda respublikanın ali məktəblərinin heç birində idman klubu yoxdur.Bu klublar universitetlərdə olan İdman kafedrasının tərkibinə verilmişdir.Amma nədənsə Gəncə Dövlət Universitetində qeyri-qanuni olaraq bu klub ayrıca departament kimi fəaliyyət göstərir və xeyli miqdarda işçisi vardır.Ali və orta ixtisas təhsili məktəbləri idman klublarının əsasnaməsinə görə bu klubun gəlirləri özünümaliyyələşdirmə prinsipi ilə işləyən idman bölmələrindən və qruplarından əldə edilən gəlirlər hesabına əldə edilir.Amma GDU-da bu klubun sədri Xəqani Umudov universitetin rektoru Yusif Yusibovun xəbərdaşıyanı olduğu üçün klub universitetin büdcəsi üzərində oturub,klubun bütün işçilərinə universitetin büdcəsindən maaş verilir.Amma əslində klub universitetdə yerləşdiyi və universitetin əmlakından istifadə etdiyi üçün arenda pulu ödəməlidir.Xaqani Umudov 20-25 nəfər idmançı tələbənin siyahısını tutur,bu tələbələr dərsdə iştirak etmir,digər tərəfdən bu tələbələrin imtahan qiymətləri rektorun göstərişinə görə yazılır,amma Xaqani Umudov bu tələbələrin hər birindən imtahana görə bir semestrdə 250-300 manat rüşvət alır.
"Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adı haqqında əsasnaməyə görə,bu ad bədən tərbiyəsi və idman sahəsində ən azı 25 illik fasiləsiz iş stajı olan mütəxəssislərə verilir.Xaqani Umudov isə bu göstəricilərdən tamamilə uzaqdır.Amma buna baxmayaraq o, Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyində işləyən Aydın adlı şəxsə rüşvət vermiş və iş stajı çatmasa belə saxta sənədlər əsasında bu fəxri ada sahib olmuşdur.Bu fəxri ad Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin Kollegiyasının qərarına əsasən verilir.Aydındır ki,həmin Aydın adlı şəxs saxta sənədlərlə nazir Azad Rəhiimovu da aldatmış və Xaqani Umudova həmin fəxri adın verilməsinə nail olmuşdur.
Xaqani Umudov universitetin daxilində fitnes zalı açmışdır,şəhərin müxtəlif qadınları bu zalın xidmətindən istifadə etsə də universitet tələbələri və işçiləri bu zala buraxılmırlar.Bir sözlə,Xəqani Umudov universitetin əmlakını qazanc məqsədi ilə istifadə edir.
Göründüyü kimi,GDU-nun rektoru Yusif Yusibov Xəqani Umudova əlahiddə şəxs statusu vermişdir.Hətta bu şəxs heç bir elmi dərəcəsi olmamasına baxmayaraq professor müəllim heyətinin işə davamiyyətini yoxlayır,onları təhqir edir.Bu günlərdə Xaqani Umudov universitetin müəllimi,Qarabağ veteranı Fikrət Hacıyevi facebook sosial şəbəkəsində biabırçı söyüşlərlə təhqir etmiş və onu öldürməklə hədələmişdir.Fikrət Hacıyevin müvafiq orqanlara müraciətindən sonra cinayət işi açılmış və hal hazırda istintaq gedir.Fikrət Hacıyevin telefon nömrəsi 050 686 51 96-dır.
Kafedrada ömrünü gününü idman sahəsində çürüdən adamların olmasına baxmayaraq bu fəxri ad layiq olmadığı şəxsə verilmişdir.Həmin fəxri ad Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin kollegiyası tərəfindən ləğv edilə bilər.Müvafiq tədbir görməyinizi Sizdən xahiş edirik.

Xalqxeber.Az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT