Abşeron sakini Şəmkir yol polislərinə təşəkkür etdi - Oxucu məktubu

Abşeron sakini Şəmkir yol polislərinə təşəkkür etdi
Yanacağı qutarıb yolda qalan sürücünün köməyinə Şəmkir yol polisləri gəlib

Bir neçə gün bundan öncə Şəmkir rayon ərazisində idarə etdiyi avtomobildə yaranan nasazlığa görə avtomobilin mühərriki sönüb. Sürücünün köməyinə yol polisləri gəlib. Bu barədə XİA.az-a sürücü Daşqın Əbdülov məlumat verib. Abşeron rayonu sakini Əbdülov Daşqın Vilayət oğlu bildirib ki, bir neçə gün bundan öncə axşam saatlarında idarə etdiyi "Pajero" markalı, 32 BG 032 dövlət nömrə nişanlı avtomobilə hərəkətdə olarkən maşında nasazlıq yaranıb və avromobilin mühərriki sönüb. Buna səbəb maşında olan qaz qurğusunda problemin əmələ gəlməsi olub. Avtomobildə isə benzin yadacağı olmadığından maşın yolda qalıb. Bundan sonra yolda qalan sürücünün ehtiyyat yanacağı olmadığı üçün yoldan keçən maşınların sürücülərindən kömək istəyib. Lakin əli ilə nə qədər işarə versə də, saxlayan olmayıb. Bir qədər sonra isə yoldan keçən YPX-ti əməkdaşları ona kömək ediblər.

Daşqın adlı oxucumuz yazır: - "Şəmkir rayonu ərazisindən keçərkən maşında nəsə problem yarandı, mühərrik söndü. Yanımda olan sərnişinlə maşını düzəltməyə çalışırdıq. Sən demə maşında qaz yanacağı bitibmi. Sözün düzü istəyirdim ki, bir təhərdə olsa mühərriki işə salıb yaxın bir ustaya gedib. Maşında benzin yanacağının olmaması işimizi birazda çətinləşdirmişdi. Bu zaman yolda xidmət aparan yol polisləri 99 YP 231 nömrə nişanlı avtomobili yanımızda saxlayıb bizə kömək etdilər. Onlar gedib benzin alıb gətirdilər, maşına tökdük. Mən mühərriki işə salmaq istədim, akumyatorun gücü çatmadı. YPX-nin əməkdaşları avtomobillərinin akumyatorları ilə bizim maşını xodlamağa kömək etdilər. Mühərriki işə saldıq. Artıq maşınım əvvəlki kimi normal işlədi. Sonra öyrəndim ki, adı Farizdi, polis kapitanıdır".

Mən BDYPİ-nin rəisi cənab general Ramiz Zeynalov başda olmaqla Şəmkir DYPB-nin rəisi Eldar Həsənova bə bizə köməklik edən yol polisi əməkdaşlarına öz təşəkkürümü bildirirəm".

Bəli Azərbaycan polisi damim öz xeyrxah işləri ilə vətəndaşların hörmətini qazanıb. Ümummilli Lider Heydər Əliyev 2003-cü il iyulun 1-də daxili işlər orqanlarının şəxsi heyətinə müraciətində demişdi: "Dövlətimizin güclənməsi, demokratiyanın inkişafı, qanunun aliliyinin təmin edilməsi sahəsində biz əldə olunmuş nailiyyətlərlə kifayətlənməməliyik".

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də İtaliya
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də
On beş il:
On beş il: - sabit və təhlükəsiz Azərbaycan
Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr
reklam
Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır
Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin
Almaniyanın NİTRO jurnalının əməkdaşları Gəncədə olublar
Almaniyanın NİTRO jurnalının əməkdaşları Gəncədə olublar
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Almaniyanın NİTRO
Niyazi Bayramov məktəbəqədər və orta təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Niyazi Bayramov məktəbəqədər və orta təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov körpələr evi-uşaq
 
XİA.az - TƏQDİMAT