Abşeron rayon uşaq polkilinikasında özbaşınalıq - Pulsuz arayış vermədilər

Baş həkim Adilə Ukalayevayanın əməllərindən Səhiyyə Naziri Oqtay Şirəliyevin xəbəri varmı.

Abşeron rayon uşaq polkilinikasında özbaşınalıq
Respublikamızda vətəndaşlara tibbi xidmətin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülsə də, təəssüf ki, səhiyyəmiz "özbaşınalıq epidemiyasından" xilas ola bilmir. Dövlət səhiyyə ocaqlarında tibbi xidmətin çoxdan ödənişsiz olmasına baxmayaraq, bəzi xəstəxana və poliklinikalarda bu sərəncama quru sözdən o yana keçməyən göstəriş kimi yanaşırlar. Sanki Hippokrat andı bəzi tibb işçiləri üçün çoxdan funksionallığını itirib. Təəssüf ki, dövlət səviyyəsində səhiyyə sektorunun inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilsə də, bəzi problemlər hələ də həll olunmamış qalır.

XİA.az xəbər verir ki, Abşeron rayonunda yerləşən uşaq poliklinikasına üz tutan inasanlar poliklinikanın daxilində yüksək səviyyəli tibbi xidmətin göstərilməsinə ümid edirlər. Lakin təəssüflər olsun ki, bura üz tutanlar bir sıra hallarda gözləntilərdən fərqli olaraq başqa mənzərələrin şahidi olurlar. Uşaq poliklinkasına üz tütan Daşqın Əbdülov gözlənilməz hadisə ilə qarşılaşıb. Belə ki, poliklinikadan sağlamlıq arayışı almaq istəyən valideyinə arayış verməyiblər. Sahə həkimi Roza Səlimova bildirib ki, arayışın qiyməti 10 manatdır. 10 manatı verməyən valideyinlərin uşaqları sağlam olsa belə sağlamlıq arayışı verilmir.

D.Əbdülovun sözlərinə görə divara yazılmış olan lövhədən baş həkim Adilə Ukalayevaya müraciət edib. O, isə bu barədə tədbir görəcəyinə söz versədə heç bir tədbir görməyib. Məcburiyyət qarsısında qalan D.Əbdülov uşaqlarını həmin poliklinkadan qeydiyyatdan çıxarıb.Vətəndaş qeyd edib ki, bununla bağlı səhiyyə nazirliyinə və baş prokurorluğada ərizə ilə müraciət edəcək.

P.S. Baş həkim Adilə Ukalayevaya Sahə həkimi Roza Səlimovanın əməllərindən xəbərsizdirmi? Mövzuya yenidən qayıdacağıq.
Abşeron rayon uşaq polkilinikasında özbaşınalıq
Abşeron rayon uşaq polkilinikasında özbaşınalıq

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt
reklam
Yol polisi də hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi
Yol polisi də hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi - DİQQƏT
Rüfət Quliyev: “Sürücülük təcrübəsi 3 ildən az olanlar belə hava
Binəqədi rayonuda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilmişdir
Binəqədi rayonuda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilmişdir
15 Yanvar 2018 – ci il tarixində Binəqədi rayonu ərazisində yerləşən dahi
 
XİA.az - TƏQDİMAT