Şəmkirdə baş həkim: - dərmanları satır, doğum evini rüşvət bazarına çevirir - Dərəbəylik…

Şəmkirdə baş həkim:
Ölkənin səhiyyə, təhsil, sosial müdafiə fondları, müxtəlif idarələrindən şikayətlər səngimək bilmir.

Bu, yerlərdə, əyalətlərdə məmurların yarıtmaz fəaliyyətinin nəticələridir.

Ona görə vətəndaşlar nazirlərə, prezidentə, Mehriban xanım Əliyevaya müraciət etməli olurlar. Çünki bölgələrdə onların şikayətlərinə baxılmır.

XİA.az Cahan.info-ya istinadən xəbər verir ki, belə regionlardan biri Şəmkirdir. Şəhər sakini Məhərrəmova Almas Ağakişi qızı səhiyyə naziri Oqtay Şirəliyevə məktubunda Şəmkir Rayon Mərkəzi Xəstəxanasından yazıb.

Onun sözlərinə görə, şəkər xəstələri üçün nəzərdə tutulan dərman vasitələri çatışmır. 66 yaşlı xəstənin sözlərinə görə, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov onların vaxtında iynə, dərman vasitələri ilə təmin olunmalarına şərait yaratmır.

“Mən və qızım Aidə Bayramova şəkər xəstəsiyik. Şəkər xəstələri üçün dərman vasitələri və şəkərli diabeti ölçən cihazlar dövlət tərəfindən pulsuz verilir. Biz şəkər xəstələri dərmanları vaxtında qəbul etməliyik.

Gecikdirdikdə, səhhətimizdə ciddi problemlər yaranır. Şəkərli diabeti ölçən cihaz verilmədiyi üçün bəzən şəkərimiz 450-480-ə yüksəlir“, - deyə mozalan.az yazır.

Şikayətçi baş həkimin onlara qarşı sayğısızlıq göstərməsindən də şikayətlənib: “Üstəlik də bizimlə kobud davranışı əlavə bir əzabdır. Dəfələrlə baş həkim Ayaz İbrahimovun yanında olmuşuq.

Vəziyyətimizi ona danışmışıq, ancaq o, deyir ki, dövlət dərman, şəkərli diabeti ölçən cihaz vermir, nə vaxt dövlət ona dərman, şəkərli diabeti ölçən cihaz versə, o da bizə verəcək.

Bu bəhanə ilə bizə lazımi dərmanlar əvəzinə, başqalaranı təklif edir. O dərmanlar da əks təsir göstərir. Hətta neçə dəfə həmin iynələrdən komaya düşmüşəm, təcili tibbi yardım həkimlərinin sayəsində yenidən həyata qayıtmışam.

Mən səhiyyə naziri cənab Oqtay Şirəliyevdən xahiş edirəm ki, bu məsələni ciddi nəzarətə götürsün. Belə görünür ki, bizim Şəmkir Rayon Mərkəzi Xəstəxanasında kadr islahatlarına ehtiyac var”.

Cahan.info xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyev Şəmkir səhiyyəsinə göz atsa, pis olmaz. Bu il Şəmkir rayon Mərkəzi Xəstəxanasında biabırçı olay baş verib. Baş həkimin tələb etdiyi rüşvəti verməyən tibb bacısı işdən çıxarılıb.

Bu barədə məlumatı rayonun Seyfəli kənd sakini, işdən çıxarılan tibb bacısı Aybəniz Albabayeva verib. O bildirib ki, keçmiş baş həkim ondan işdən çıxarılmaması müqabilində 5 min manat istəyib:

“33 ildir ki, Çinarlı qəsəbəsində yerləşən xəstəxanada tibb bacısı işləyirəm. 2012-ci ildə kursdan keçdim. 2016-cü ilin dekabr ayında isə Çinarlı Qəsəbə Xəstəxanasının baş həkimi Altay Quliyev məndən tez bir zamanda ona 5 min manat verməyimi tələb etdi.

Bildirdi ki, verməsən səni işdən çıxardacam. 2017-ci ilin may ayında isə mənə dedi ki, 5 mini vermədiyin üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nürəddin Əhmədovun məsləhəti ilə səni işdən azad etdik”.

N.Əhmədovdan sonra baş həkim Ayaz İbrahimov olsa da, RMX-da heç nə dəyişməyib. Şəmkir səhiyyəsində ən çox neqativ hallara yol verilən sahələrdən biri yalançı xəstəliklər səbəbindən vətəndaşlara əlillik dərəcəsi verilməsi və rayon mərkəzi xəstəxanasının dərman təminatı ilə bağlıdır.

Şəmkir Rayon Xəstəxanasında pasiyentlərə normal tibbi xidmət göstərilmir, çünki tibb ocağının personalının bilik və bacarıq səviyyəsi yetərli deyil.

Məhz elə bu səbəbdən də adıçəkilən xəstəxanada ciddi nöqsanlar, çatışmazlıqlar mövcuddur. Tibb müəssisəsində müxtəlif dərman preparatları, antibiotiklər, qanəvəzedicilər, hətta narkoz üçün dərmanlar belə, xəstə yaxınlarına təmənnasız verilmir.

Bir sözlə, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında xəstələrə baxımsızlıq və biganəlik izaholunmaz həddə çatıb.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi rayon mərkəzində fəaliyyət göstərən uşaq xəstəxanası, şəhər poliklinikası, uşaq poliklinikası və rayonun doğum evini hər ay «nəzarət»də saxlayır.

Deyilənlərə görə, uşaq xəstəxanasında hər hansı tibbi xidmətə görə vətəndaşların qarşısına müəyyən «tələb» irəli sürülür.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Texnika hazır vəziyyətə gətirildi
Texnika hazır vəziyyətə gətirildi - Anar Nəcəfli
Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi proqnoza əsasən
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
reklam
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
 
XİA.az - TƏQDİMAT