Faiq Məmmədov - Təhsilin inkişafı daim prezidentimizin diqqət mərkəzindədir

Faiq Məmmədov

Azərbaycan Respublikasının qarşısında duran strateji vəzifələrdən biri elm və təhsilin müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsidir. Çünki təhsil təkcə cəmiyyətin mədəni inkişafına, insanların həyat şəraitinin, maddi rifah halının yaxşılaşmasına xidmət etmir, o həm də ictimai şüurun artmasına şərait yaradır.

Bu sözləri Tərtər rayon İlk Peşə İxtisas Təhsili məktəbinin direktoru Faiq Məmmədov XİA.az-ın əməkdaşı ilə söhbətində bildirib.

Faiq Məmmədov deyib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursuna uyğun olaraq, xüsusilə son illərdə təhsilimiz böyük inkişaf yolu keçib. Prezident İlham Əliyevin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” bu sahədə qəbul olunan mühüm dövlət sənədlərindəndir.

Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində geniş tədbirlər həyata keçirilmişdir. Həmin məqsədlə müxtəlif şəhər və rayonlarda minlərlə məktəb binası tikilmiş və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılmışdır. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir.

Qlobal dünyanın çağırışlarına cavab verən, müasir təhsil sisteminin qurulması Azərbaycan dövlətinin başlıca hədəflərindəndir. Sürətli inkişaf yolunda olan Azərbaycanda təhsilin maddi-texniki bazası möhkəmləndirilir, dünyanın qabaqcıl ölkələrinin bu sahədəki təcrübələri öyrənilir və tətbiq edilir. Xalqımız hər zaman təhsilə, elmə, maariflənməyə xüsusi maraq göstərib. Bu gün hər bir azərbaycanlı ailəsi övladlarının təhsil alması, cəmiyyətə yararlı, savadlı bir şəxsiyyət kimi formalaşmasına çalışır. Əlbəttə ki, sağlam təfəkkürlü gənc nəslin yetişməsində fədakar, savadlı, təcrübəli müəllimlərin, təhsil işçilərinin rolu əvəzsizdir.

Daim müasirləşən ölkəmiz üçün yeni nəsil müasir müəllimlərin hazırlanması da çox mühüm prioritetlərdən biridir. Sevindirici haldır ki, ölkəmizdə bu istiqamətdə bir sıra işlər görülməkdədir.

Əlbəttə, təhsil sahəsində yeniliklərin müsbət nəticələrinin şahidi olmaq üçün müəyyən dövr keçməlidir. İnanıram ki, yaxın gələcəkdə biz bu müsbət dəyişiklərin şahidi olacağıq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Texnika hazır vəziyyətə gətirildi
Texnika hazır vəziyyətə gətirildi - Anar Nəcəfli
Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi proqnoza əsasən
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
reklam
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
 
XİA.az - TƏQDİMAT