Vüqar Ələkbərov - Daha güclü Azərbaycan naminə “İlhamla irəli”

Vüqar Ələkbərov

Dünya birliyinə sürətlə inteqrasiya olunaraq demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla regionda böyük nüfuz sahibinə çevrilən müstəqil Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər, ilk növbədə hər bir vətəndaşın mənafeyinə xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son illərdə regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlamış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirmişdir. "Bizim iş üslubumuz belədir: bölgələrdə problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var" - deyən dövlət başçısının həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan qısa müddətdə dünyanın sürətlə inkişaf edən, bütün sahələrdə yenilənən dövlətlərindən birinə çevrilmişdir.

Bu gün ölkənin bütün rayonlarında quruculuq-abadlııq işləri aparılır, komunal xətlər dəyişdirilir, su-kanalizasya sistemləri yenilənir, yeni yollar çəkilir. İstər şəhər-rayon mərkəzləri, istərsədə qəsəbə və kəndlərimizdə abadlıq işləri aparılır. Qeyd etmək lazımdır ki, prezidentimizin göstərişinə əsasən dağlıq rayonların kəndlərindədə qazlaşdırılma işləri sürətlə həyata keçirilir. Ən ucqar kəndlərə belə yeni yollar salınır. İmkansız ailələrə dövlətin vəsaiti hesabına iri və xırda buynuzlu mallar verilir, yeni iş yerləıri açılır. Rayonlarda yeni məktəb binaları tikilir, bəziləri əsaslı təmir olunaraq bütün texniki avadanlıqlarla təmin edilir. Birinci vitse prezidentimizin göstərişinə əsasən uşaq baxçaları demək olar ki, ən müasir formada tikilərək istifadəyə verilir. Cənab prezident və onun xanımı daima vətəndaşlarla görüşürlər, onların problemlərini həll etmək üçün rəhbər şəxslərə tapşırıqlar verirlər. 2018-ci ildə prezidet İlham Əliyevin göstərişinə əsasən şəhid ailələrinə birdəfəlik 11 min manat yerdımın edilməsidə danılmaz faktdır. Bundan əlavə dövlət başçısı dəfələrlə təqaüdləri, əməkhaqqlarını qaldırıb, yeni yolların çəkilməsi üçün pul ayırıb. Bunun nəticəsidir ki, bərbad vəziyyətdə olan yollarımız indi tamamən abadlaşıdırılıb.

Cənab prezidentin şəhid ailələri ilə görüşündə onun necə humanist adam olduğunu bir daha gördük. Şəhid atasına yaxınlaşaraq ona su verməsi, şəhid anasının yanına gedərək onunla görüşməsi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Bu yaxınlarda prezidentin Beyləqan səfəri zamanı rayon sakinləri ilə səmimi söhbəti və onlarla birlikdə mahnı oxuması bir daha sübut edir ki, İlham Əliyev xalqının yanıdadır və xalq tərəfindən çox böyük sevgiylə qarşılanır. Ölkə başçısı dəfələrlə xalqın işıq pulu və qazpulu borclarını silib. Mən qeyd etdiklərim dövlət başçısının gördüyü işlərin bir mislidir.

Mənim bu barədə yazmağımın səbəbi oldur ki, özünü müxalifət adlandıranlar son dövrlər sosial şəbəkələrdə hökümət əleyhinə ağızlarına gələni, həqiqət olmayan şeyləri yazaraq paylaşırlar. Guya bunlar ölkənin müxalifətidir. Bunların hakimiyyət dövrünü mən yaxşı xatırlayıram. Uşaq vaxtıma düşsədə çörək və ərzaq növbələrində saatlarla ayaq üstə dəyanırdıq. Sonda 1-2 çörək çatanda sevinirdik. Evdə atamız-anamız çalışırdılar ki, çörəyi birinci bizə yedizdirsinlər ac qalmayaq. Bax budur özünü müxalifət adlandıran şəxslərin keçmişi.

Özünü müxalifət adlandıranlar və avropada oturub bizim ölkəmizi tənqid edənlər düşünməlidirlər ki, regionda ən inkişaf etmiş dövlət bizim dövlətimizdir. Bilməlidirlər ki, bizim ordumuz artıq 93-cü ildəki ordu deyil, daha güclü ordumuz var. Buna aprel döyüşləri bir daha sübutdur. Cəsarətli ordumuz 3 gün içində düşmənə ağır zərbələr vurdu, ərazilərimizn bir qismi düşməndən azad olundu. Ordumuz tarix yazdı həmin günlər. Amma özünü müxalif adlandıran bəzi insanlar bunları görmək istəmirlər. Nəyin bahasına olursa olsun hakimiyyət uğrunda mübarizə aparmağa çalışırlar və xalqı meydanlara səsləyirlər. Ancaq xalq öz liderinə sahib çıxaraq müxalifətin mitinqinə getmirlər.

Sosial şəbəkədə çıxıb deyirlər ki, bizdə qanun, polis vətəndaş münasibəti yoxdur. Burdan həmin şəxslərə deyiəm ki, Respublikanın güclü ordusu olduğu kimidə güclü polisi var. Xəbər saytlarını izləyin, vətəndaşların danışdıqlarına qulaq asın görün bizim polislərimiz xalqın necə qaydına qalır. DYP-si əməkdaşlrı yolda qalan vətəndaşlara necə xidmət edir, dənizdə boğulan şəxsi xilas edən polisimizi yadınıza salın, Bakıda bina yanan zaman vətəndaşları xilas edən polisimizdən danışın, hamilə qadını öz xidməti maşını ilə xəstəxanaya çatdıran YPX-ti əməkdaşından yazın. Gəncədə ixtişaşlar zamanı şəhid olan polis polkovniklərini unutmusunuzmu? Bunlar hamısı həqiqətdir. Bizim polisimiz xalqımızı şərflə qoruyur, xalqa şərəflə xidmət edirlər. Hət gün vətəndaşlarımız polislərimiz haqqında sosial şəbəklərədə videolar yayımlayırlar, polislə vətəndaş münasibətinin necə yüksək səviyyədə olmasından.

Müxalifətçilər yalanı həqiqət kimi təqdim etməyə cəhd göstərənlər

Şər, böhtan, qarayaxma üslübü ilə seçilən radikal düşərgə indi də öz leksikonunu küçə söyüşləri ilə zənginləşdirib. Adları indiyə qədər cəmiyyətə məlum olmayan şəxslərin simasında müxalifət özünə yeni silahdaşlar tapıb. Əslində, bu əxlaqsız mübarizə metodunun müxalif düşərgə üçün heç də yad olmadıgını göstərən yaxın keşmişdə kifayət qədər sübütlar var. Bunun üçün cəmiyyətə özünü ana müxalifət kimi sırımaga çalışan Əli Kərimli və onun silahdaşlarının sırasına nəzər yetirmək kifayətdir. Qənimət Zahid, Azər Əhmədov, Natiq Ədilov, Xədicə İsmayıl, Türkel Kərimlinin vaxtilə yayılmış videoları hələ də unudulmayıb. Bu şəxslərin təmsil olunduğu düşərgənin öz əxlaqsızlıqlarını siyasi mübarizə səhnəsinə daşıması ola bilsin ki, onlar üçün normal haldır. Adını siyasi mübarizə qoyub qarşılarındakı insanları küçə söyüşləri ilə təhqir edən bu insanlar onları ilk növbədə öz ailə üzvlərinin izlədiyinin yəqin ki, fərqindədirlər. Amma görünür onlar öz ailələrinə bunu da rəva görürlər. Mən deyəırdim ki, çarəsiz müxalifət hər yola əl atır. Bunların hökumət əlehinə səsləndirdiyi şüarlara isə deptuatlarımız kifayət qədər cavab verib və onları yerinə otuzdurblar.

Mən dəfələrlə qeyd etmişəm və yenədə qeyd edirəm ki, biz gənclər yalan vədlərə inanıb heç vaxt muxalifətin mitinqinə getməyəcəyik. Biz prezidentimizin ətrafında sıx birləşmişik və ölkəmizin gələcəyi naminə daima prezidentimizin yanındayıq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Şurasının
reklam
Akşənər:
Akşənər: - Xocalı türk millətinə qarşı olan qətliamdır
Xocalı qətliamı türk millətinə qarşı edilmiş bir qanlı qətliamdır.
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi - VİDEOLAR
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakıda keçirilən hüzn
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr
 
XİA.az - TƏQDİMAT