Şəhidlər Xiyabanını ziyarət etməyə mənəvi haqqımız yoxdur!

Şəhidlər Xiyabanını ziyarət etməyə mənəvi haqqımız yoxdur!
Bu sözləri əslən Kəlbəcər rayonu Mollabayramlı kəndindən olan, hüquq müdafiəçisi (Vəkil) Əziz Qənbərov saytımıza müsahibəsində bildirdi. O, üç gün əvvəl yuxusunda öz doğma kəndində olduğunu söylədi: “hətta yuxuda olduğum halda şükr edərək öz-özümə sevinirdim ki, nə yaxşı yuxu deyil, mən kəndimizdəyəm. Lakin bu bir neçə saniyəlik və yaxud dəqiqəlik sevinc dolu yuxu da ötəri imiş… Ayıldım və beyninə belə bir bədahətən bənd gəldi.

İllərdir yuxuma gəlirsən Vətən!
Bizdə Səndə olan sədaqət də yox!.
Qeyrəti, namusu, arı itirdik.
Qeyrətli olmağa cəsarət də yox!

İnsan ümid ilə yaşayır! Hətta Kəlbəcər işğal olunan zaman 84 yaşlı babam da ağır xəstə olmağına baxmayaraq Kəlbəcərdə dəfn olunacağına ümid edirdi. Lakin 1997-ci ildə babam öldü və həmin müddətdən 22 il əlavə vaxt keçdi. Torpaqlarımızın hələ də işğalda qalmasının əsas səbəbi və günahkarı mən hesab edirəm ki, yalnız özümüzük. Biz özümüzü Torpağın namus, qeyrət, ar olduğuna inandırmayanacan və bunun üçün sözdə yox əməldə iş görməyənəcən biz o torpaqları qaytara bilməyəcəyik. Mən Kəlbəcərdən çıxandan 11 yaşım var idi. Hazırda isə 36-dır. Ömrümün 11 ilini Kəlbəcərdə, 25 ilini isə Kəlbəcərsiz keçirsəm də bu gün mənim ürəyimdə olan Kəlbəcər həsrəti daha, daha çoxdur. Hər il Kəlbəcərin işğal günü Şəhidlər Xiyabanını ziyarət edirik. Artıq bu ziyarəti mən hesab edirəm ki, 27 il apardıq bəsdir. Artıq torpaqlarımızı ziyarət etməyin vaxtıdır. Mən hətta Şəhidlər Xiyabanını ziyarət etməyə mənəvi haqqımızın olmadığını düşünürəm. Çünki Şəhidlər Şiyabanında uyuyan əzizlərimiz torpaq uğrunda şəhid olublar. Biz isə hər il üzü qara Şəhidlərin ziyarətinə gedirik. Axı nə haqla. Həmin torpaq uğrunda Şəhid olmuşlar bizi bağışlamaz. Biz isə hələ də ATƏT, NATO, BMT və s təşkilatların nağıllarına qulaq asırıq”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
“Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən İrəvanla Ankara arasında
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl ərə gedən qadın dünyasını dəyişib.
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə
reklam
Qan donduran hadisə
Qan donduran hadisə - Öldürdüyü 63 pişiyi soyuducuda saxladı - VİDEO
Amerikanın Minnesota əyalətində baş verən qan donduran hadisə eşidənlərin
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid
 
XİA.az - TƏQDİMAT