Məcburi köçkün Prezidentdən və Mehriban xanımdan kömək istəyir - Məni həkimlər şikəst edib

"Azərbaycanın səhiyyə sistemində, həqiqətən də, müəyyən qədər neqativ hallar var ".
Məcburi köçkün Prezidentdən və Mehriban xanımdan kömək istəyir
Təbabət insan fəaliyyətinin dərin xüsusi biliklər tələb edən ən mürəkkəb formalarından biridir. Tibb işçiləri istehkamçılar kimi səhvə yol verməməlidirlər. Amma müşahidələr göstərir ki, tibbi səhvlər nəticəsində insan həyatına və sağlamlığına zərər yetirilməsi halları az deyil. Hətta son vaxtlar Azərbaycanda belə hallar artıb. Bəzən həkimdən narazı olanlar onları "Hippokrat andı"nı pozmaqda günahlandırırlar. Azərbaycanda həkimlərin səhvi nəticəsində əmək qabiliyyətini itirən, yaxud dünyasını dəyişən xəstələrin sayı artıb. Belə bir fikir var ki, əgər tibbi səhvə yol verilibsə, bu, artıq həkimin cinayət məsuliyyətinə cəlb olunması üçün əsasdır.

XİA.az-a müraciət edən Kəlbəcər rayon sakini Nazmaz Mamedov bildirir ki, o, ağrıları ilə bağlı Mərkəzi Klinika Gəncə Xəstəxanasına müraciət edib. Burada ona bildiriblər ki, təcili ürək əməliyyatı keçirməlidir. Əməliyyat edən həkimlər Vüqar Qapanov və Vüsal Səlahəddin onun səhətinin yaxşı olacağını bildirb. Amma heç də həkim verdiyi vədlər düzgün çıxmayıb.

N. Mamedov bildirir ki, əməliyyatın qiyməti baha olduğundan o, yaxın qohumlarıdan birinin adına yüksək məbləğdə kredit götürərək xəstəxnaya pul ödəyib. Pul ödənildikdən sonra xəstə əməliyyat olunub. Bir müddət xəstəxnada qaldıqdan sonra evə buraxılıb və müalicəsi evdə davam etdirilib.

Vətəndaşın sözlərinə görə onun ürəyinə qoyulan damar fəaliyət göstərmir. Damar işləməməsi ilə bağlı həkimə müraciət edən də həkim bildirir ki, işləməsədə olar, ehtiyyat damardı, durub orda. Əgər işləməsədə olardısa onda nədən bu həkimlər xəstəni əməliyat edərək yüksək məbləğdə pul ödənişi etdiriblər?

Məsələ ondadır ki, hazırda Namaz Mamedovun vəziyyəti heç də ürəkaçan deyil. O, hər gün ağrıdığını və sakitləşdirici dərmanların hesabına yaşadığını bildirir. Artıq dərman ala bilmədyini söyləyən N.Mamedov Prezidentə və birinci xanıma, səhiyyə nazirinə, Rövşən Rzayevə, Sahil Babayevə və Baş prokurorluğa bu məsələ ilə bağlı müraciət edib.

Adıgedən məsələrlə bağlı yenidən məlumat verəcəyik.

Qarşı tərəfində mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

P.S. Tibb səhv bütün ölkələrin analoji problemlərindəndir
Tibbi səhvlər demək olar ki, bütün ölkələrin analoji problemlərindəndir. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, hər il ABŞ-da tibbi səhvlərə görə 98 min insan ölür. Ekspertlərin hesablamalarına görə, dünyada 1 milyon 400 mindən artıq insan stasionarda qazanılmış infeksiyadan əziyyət çəkir. Böyük Britaniya Milli Agentliyinin dərc edilmiş məruzəsinə müvafiq olaraq 2005-ci ildə Britaniya həkim və tibb heyətinin buraxdığı səhvlər nəticəsində 526 min 599 xəstə zərər çəkib. Rusiya Tibb Assosiasiyasının Sankt-Peterburq şöbəsinin məlumatlarına görə, müalicə nöqsanları səbəbi ilə xəstələr tərəfindən tibb müəssisələrinə qarşı məhkəmə iddialarının sayı 1997-ci ildən 2001-ci ilədək iki dəfə artıb. Ekspertlərin hesablamalarına görə, 2 min 159 halda tibb işçilərinin səriştəsizliyi və ya ehtiyatsızlığı xəstələrin ölümünə səbəb olub. Qeyd edim ki, bu məlumatlar bir neçə il bundan öncə hesablanıb. İndi belə halların daha çox olduğu bildirilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
“Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən İrəvanla Ankara arasında
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl ərə gedən qadın dünyasını dəyişib.
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə
reklam
Qan donduran hadisə
Qan donduran hadisə - Öldürdüyü 63 pişiyi soyuducuda saxladı - VİDEO
Amerikanın Minnesota əyalətində baş verən qan donduran hadisə eşidənlərin
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid
 
XİA.az - TƏQDİMAT