Gəncədə həkim özbaşınalığı - müayinə 30 azn

Gəncədə həkim özbaşınalığı

Bu gün xəstə Gəncə şəhər Urək xəstəxanasına müraciyət edib. Ürəyində ağrılar olması ilə bağlı xəstəxananın həkimi Vilayət həkimin qəbulunda olub. O,xəstəni müayinə etmək üçün 30 manat istəyib. Deyib ki, ürəyin kardiyaqramasını çıxartmaq lazımdı.

Xəbər verdiyimiz kimi, Gəncə şəhər kardioloji xəstəxanada özbaşınalıq höküm sürür. Dövlət xəstəxanaları pulsuz xidmət göstərsədə burda heç də elə deyil. Xəstəxananın baş həkiminə müraciyət edəndə isə maraqlı cavab alırsan. "Get həkimlə dil tap razılaş"

Bəs xəatəxanada nələr baş verir? - Xəstəxanada dövlət hesabına müalicə və müayinədən söz açmaq mümkün deyil. Baş həkim belə bu rüşvətxorluğun içindədir. Xəstəxanada Vilayət və Əliyar həkim xəstələrə konkret olaraq rüsum qoyub. Bəs görəsən alınan pullardan cənab Namazovun xəbəri yoxdurmu?

Gəncədə həkim özbaşınalığıXəstəxanaya daxil olanda qəbul şöbəsinə müraciyət etməyinə peşman olursan. O dəqiqə deyirlər ki, Nizami həkimin qəbulunda çox adam var. (Onu qeyd edyməliyik ki, Nizam həkim tanınmış və alicənab bir inasndır) Xəstəni növbəsiz salmaq üçün gərək həmin qəbul şöbəsinin bığının altından keçəsən. Yəni əlin cibində olsun. Əyər cibin boş olsa növbəni gözləyirsən. Həkimin yanına girəndə isə o qəbul şöbəsindəkilərin öləninə dua edirsən. Çün ki, onlar 2-*3 manata növbəsiz həkimin yanına salırlar. Vilayət həkim isə 30 manatdan dəm vurur. Pulu olmayanı sizə otaqdan mədəni qaydada kənarlaşdırır.


QEYD edim ki, bununla bağlı müraciyət ünvanlamışıq.


Prezident Cənab İlham Əliyevə!

Səhiyyə Naziri Cənab Oqtay Şirəliyevə!

Gəncə ŞİHB-sı Cənab Elmar Vəliyevə!

Birinci xanım Mehriban Əliyevaya!

Gəncə şəhər Sİ-nin rəsisi cənab Əlikram Məmmədova!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən bu gün xəstəliyimlə əlaqədar Gəncə şəhər Urək xəstəxanasına müraciyət etdim. Ürəyimdə ağrılar olması ilə bağlı xəstəxananın həkimi Vilayət həkimin otağına girdim. O, məni müayinə etmək üçün 30 manat istədi. Dedi ki, ürəyin kardiyaqramasını çıxartmaq lazımdı. Mən ona bildirdim ki, xəstəxana pulsuzdur. Amma 10 manat verərəm. O, məni qəbul etmədi, mayinə etmədi. Dedi pulun olanda gələrsən. Məni çıxarıb başqa xəstə çağırdı. Maraqlı məslə orasındadır ki, biz növbədə gözləyə gözləyə qəbul şöbəsindəki xanımlar digər xəstələrdən bir-iki manat alıb onları həkim qəbuluna növbəısiz salırdılar. Mən isə pul vermədiyimdən müayinə oluna bilmədim. Çünki həmin xanımlar bizədə növbəsiz girməyi təklif etdilər. Hörmətli Mehriban xanım! Bir neçə gün bundan öncədə həmin xəstəxanaya müraciyət etmişdim, Əliyar həkimə. Qida borusunun rengenə salınması ilə bağlı. O, da həmin rengenə 15 manat istədi. Məcbur olub gedib başqa yerdə rengenə düşdüm. Mən bu haqsızlıqla bağlı xəstəxananın baş həkimi Namazovun yanına çıxdım. Ona bütün bunları söylədim. O, isə mən həkimlərin işinə qarışmıram, get özləri ilə razılaş. Mən zəng edib deyərəm dedi. Mən Sizdən xahiş edirəm ki, bizə köməklik edin. Mən bu xəstəxanada yoxlanmaq üçün nə üçün pul ödəməliyəm. Axı bizdə dövlət xəstəxanaları pulsuzdur. Xahiş edirəm bunlar barədə tədbir görəsiniz.

Mövzuya qayıdacağıq.


P.S. Səhiyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən müalicə- profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidməti ləğv edib. Nazir Oqtay Şirəliyevin imzaladığı əmrə əsasən, Səhiyyə Nazirliynin strukturuna daxil olan bütün tibb müəssisələrində əhaliyə göstərilən səhiyyə xidmətləri pulsuzdur.

Bu qərar 2008-ci il fevral ayının 1-dən etibarən tətbiq olunub. Artıq Səhiyyə Nazirliyi tabeçiliyində olan dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrini əhaliyə göstərilən pullu xidmətin ləğv edilməsi ilə bağlı hamının məlumatı var.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan-İran sərhədində insident
Azərbaycan-İran sərhədində insident
Təqib olunan sərhəd pozucuları sərhəd naryadının “dayan” çağırışına və
Goranboy Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb
Goranboy Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Goranboy rayonunun Şəfibəyli
reklam
Bakıda özünü dənizə ataraq intihar edən şəxs 4 uşaq atası olub
Bakıda özünü dənizə ataraq intihar edən şəxs 4 uşaq atası olub - VİDEO
Dünən depressiv halda bulvara gələn 39 yaşlı şəxs burada özünü dənizə
Mikayıl Müşfiqin heykəli bərpa olunaraq, yerinə qoyulub
Mikayıl Müşfiqin heykəli bərpa olunaraq, yerinə qoyulub - VİDEO
Mikayıl Müşfiqin heykəli yerinə bərpa olunub. XİA.az xəbər verir ki, bu
İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə
 
XİA.az - TƏQDİMAT