Həkimlik sənəti qəhrəmanlıqdır

Həkimlik sənəti qəhrəmanlıqdır
Düz 95 il bundan əvvəl - 1918-ci il iyul ayının 17-də Azərbaycanın ilk Səhiyyə Nazirliyinin yaradılmış və səhiyyə sahələri bütünlüklə dövlətin ixtiyarına keçmişdir. Səhiyyə naziri kimi bu mühüm vəzifəyə məşhur cərrah Xudadat bəy Rəfibəyov təyin edilmişdir.

Azərbaycan səhiyyəsinin çox şərəfli bir tarixi, M.A.Topçubaşov, M.M.Mir-Qasımov, Ə.M.Əliyev, M.N.Qədirli, B.M.Mahmudbəyov, M.Z. Məmmədov, C.Y.Hüseynov, Ə.F.Qarayev, M.X.Səfərəlibəyov, M.S.Salihov, N.K.Əliyev, Z.M. Məmmədov, F.Ə. Əfəndiyev, Z.Ə.Əliyeva, Z. Quliyeva, U.Musabəyova kimi tibb fədailəri vardır. bu gün də belədir. Azərbaycan tibbi sürətlə inkişaf edir, səhiyyəmiz ölkəmizin iqtisadi qüdrətinə uyğundur. Bu gün əlacı tapılmayan xəstəliklərin müalicəsi sahəsində böyük uğurlarımız var. Bu gün respublikamızda əlacı yoxdur deyə ətək-ətək pul sərf edib xaricə üz tutmağa ehtiyac yoxdur, ölkəmizdə ən müasir avadanlıq və texnologiyalarla təchiz edilmiş ən müasir tibb müəssisələri fəaliyyət göstərməkdədir.

Həkim adı çəkiləndə ilk növbədə gözlərimiz önündə xəstələrə şəfa verən, hər kəsin sağlamlığının keşiyində duran xilaskar bir peşə sahibinin varlığı canlanır. Odur ki, insanların sağlamlığının keşiyində durmaq, müxtəlif xasiyyətli xəstələrlə dil tapmaq, hər bir həkimdən isti məhəbbət, xüsusi nəvaziş hissi də tələb edir. Dost-tanışın, ata-ananın, qardaş və bacının və.s hörmətini qazanmaq asandır, xəstələrin isə çətindir.

İlham Əliyev Gəncə şəhər 1 saylı Birləşmiş Uşaq xəstəxanasının baş həkimi vəzivəsində işləyir. O, bu vəzifəyə pillə-pillə çatıb. Və həmin vəzifəni şərəflə, ləyaqətlə yerinə yetirmək səviyyəsinə illərlə qətrə-qətrə, zəhmət və alın təri ilə toplanmış bilik, səriştə, təcrübə sayəsində nail olub. Daim axtarışlar aparıb, oxuyub, öyrənib, eyni zamanda, bütün hərəkətlərində ədalətə, obyektivliyə söykənib. Peşə vəzifəsini yerinə yetirdikcə, vətəndaşlıq vəzifəsini də yüksək məsuliyyətlə və ciddiyyətlə həyata keçirib. Bir həqiqəti dərk edib ki, dünyada xeyir işlərdən savayı, hər şey nə vaxtsa unudulur. Nəcib davranışı, yüksək mədəniyyəti, sadəliyi, təvazökarlığı, insanlara diqqəti, qayğı və məhəbbəti ilə bütün xəstələrinin və onu tanıyanların hörmətini qazanıb. Bax, əsl həkim də elə budur. Bəzən özünü belə unudan, ondan kömək ummağa gəlmiş xəstələrinə yardım etməyi başlıca məqsəd sayan müqəddəs peşə sahibi.

Həkimlik sənəti qəhrəmanlıqdır

Elşəh Hüseynov

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanda universitetin 5 dekanı işdən çıxarıldı
Azərbaycanda universitetin 5 dekanı işdən çıxarıldı
Azərbaycan Dillər Universitetinin (ADU) 5 dekanı vəzifəsindən azad olunub.
Dolların sabaha olan məzənnəsi
Dolların sabaha olan məzənnəsi
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 17-ə olan USD/AZN məzənnəsini
Azərbaycanda 14 gündə 19 nəfər intihar edib
Azərbaycanda 14 gündə 19 nəfər intihar edib
2017-ci ilin iki həftəsi ərazisində ölkədə intihar edənlərin statistikası
reklam
Cəbhədə silahlar susmur
Cəbhədə silahlar susmur
İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Füzuli rayonunun
Maral göldə təbiətə qarşı qanunazidd münasibət göstərənlər müəyyənləşdirilib
Maral göldə təbiətə qarşı qanunazidd münasibət göstərənlər müəyyənləşdirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə,
Zelandiyada turistlərin olduğu avtobus 10 m hündürlükdən dərəyə düşüb
Zelandiyada turistlərin olduğu avtobus 10 m hündürlükdən dərəyə düşüb
Hadisə Tonqariro Milli Parkında baş verib. Avtobusda 14 turist və sürücü
 
XİA.az - TƏQDİMAT