Səhiyyə dinamik inkişaf yolunda - Yevlax MRX-nın uğurları

Səhiyyə dinamik inkişaf yolunda
Demoqrafik vəziyyət sağlam həyat tərzindən və cansağlığından çox aslıdır. Bərdə Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanışlıq bunu deməyə əsas verir. Göstərməliyik ki, 2007-ci ildən başlayaraq rayon əhalisinin sayı hər il min nəfər artır.
Rayonda əhalinin sağlamlığı keşiyində mərkəzi xəstəxana, doğum evi, birləşmiş uşaq xəstəxanası, gündə 500 nəfəri qəbul edə bilən şəhər poliklinikası, təcili yardım stansiyası, uşaq poliklinikası, kənd xəstəxanaları, tibb məntəqələri dayanıb.

Yevlax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Quliyev rayon səhiyyəsində son illər görülən işlərdən danışarkən daha çox icra hakimiyyətinin, Səhiyyə Nazirliyinin adlarını çəkir, onların diqqətini, qayğısını, köməyini qeyd edir, konkret faktlar, rəqəmlər göstərir. Təbii ki, bu, baş həkimin təvazökarlığından xəbər versə də, əslində doğrudan da belədir.

İlham Quliyev - Sivil, dünyəvi, demokratik dövlət quruculuğu yolunda inamla irəliləyən, beynəlxalq aləmdə böyük nüfuz qazanan Azərbaycan çiçəklənmə dövrünü yaşayır. İstənilən sahədə əldə olunan nailiyyətlərdən danışarkən, ilk növbədə müstəqil dövlətimizin memarı və qurucusu, görkəmli ictimai-siyasi, böyük dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri qeyd edilir, yüksək qiymətləndirilir. Ölkəmizdə elə bir sahə tapılmaz ki, orada ulu öndərimizin fəaliyyəti hiss olunmasın, Azərbaycanın dövlət müstəqilliyini qazanması, bu tarixi nailiyyətin qorunaraq inkişaf etdirilməsi, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunması, onların həyat şəraitinin maksimum səviyyədə yüksəldilməsi, bir sözlə, həyatın bütün sahələrində əldə edilən müsbət nəticələr ümummilli liderimizin adı, tarixi xidmətləri ilə bağlıdır.
Heydər Əliyevin rəhbərliyi ilə və onun gərgin əməyi sayəsində Azərbaycanın qazandığı uğurlar təkcə 1993-cü ildən sonrakı dövrü əhatə etmir. Tam məsuliyyətlə deyə bilərik ki, bugünkü uğurların, həmçinin müstəqilliyimizin təməli ötən əsrin 70-ci illərində qoyulmuşdur. 14 iyul 1969-cu ildə respublikamıza rəhbər təyin olunan Heydər Əliyev qısa zaman ərzində Azərbaycanın hərtərəfli inkişafına nail oldu. Milli-mənəvi dəyərlərimizə, dilimizə, dinimizə, ədəbiyyatımıza, adət-ənənələrimizə edilən təcavüzlərin qarşısını ulu öndər qətiyyətlə aldı.
Digər sahələr kimi, səhiyyənin inkişafı da onun gərgin əməyinin bəhrəsidir. Milli kadrların hazırlanması siyasətini uğurla həyata keçirən ümummilli liderimiz qədim tarixə, zəngin ənənələrə malik olan tibb elminin hərtərəfli və daha sürətlə inkişaf etdirilməsi üçün müstəsna xidmətlər göstərmişdir. Əhalinin sağlamlığının təmin olunmasına xüsusi diqqət və qayğı ilə yanaşan Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi, köməkliyi ilə respublikamızda yüzlərlə tibb müəssisəsi tikilərək xalqın ixtiyarına verildi. Respublikamızın hər bir vətəndaşı, o cümlədən səhiyyə sahəsində çalışanlar həyatın hər anında müdrik rəhbərin qayğısını hiss etmişlər.


MRX-nın Poliklinika müdiri Məhərrəm Gülməmmədov - Yeni müstəqil Azərbaycanın sürətlə inkişaf etdiyi dövrdə səhiyyə insanların şüurunda, təhsilində, təlim-tərbiyəsində, bütün həyat tərzində öz əksini tapmışdır. Səhiyyənin maddi-texniki bazasını təkmilləşdirmək, əhalinin sağlamlığı sisteminin konsepsiyası işlənib hazırlanmışdır.
Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Səhiyyə həddindən artıq geniş, həyatın bütün sahələrini əhatə edən, cəmiyyət üçün, dövlət üçün, hər bir insan üçün çox lazımlı bir sahədir. Ona görə də hər bir insan həkimə hörmət edir, səhiyyə işçilərinə hörmət edir. Həkimlər də insanlara tibbi yardım göstərməklə, onları müalicə etməklə özlərinə böyük mənəvi hörmət, ehtiram qazanırlar.
Mən həkimi çox sevirəm, səhiyyəni çox sevirəm, deyə bilərəm ki, sizlərin dostuyam. Siz isə mənim bir nömrəli dostumsuz”.
Azərbaycanda son illər ərzində səhiyyə sahəsində çox uğurlu islahatlar aparılır. Yeni xəstəxanaların, tibbi laboratoriyaların, tibbi müəssisələrin açılması geniş vüsət almışdır. Bu müəssisələr ən müasir avadanlıqlarla təmin edilmişdir. Əsası da odur ki, bu tibb müəssisələrində çalışan səhiyyə işçiləri insanlara, xəstələrə, yüksək tibbi xidmət göstərirlər.


Qeyd edim ki, baş həkimi İlham Quliyev deyir ki, müayinəyə gələnlərə tez və keyfiyyətli xidmət göstərmək üçün hər cür şərait yaradılıb.
Sİzə uğurlar arzulayırıq

Səhiyyə dinamik inkişaf yolunda

Ceyhun
QURNABOV

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanda universitetin 5 dekanı işdən çıxarıldı
Azərbaycanda universitetin 5 dekanı işdən çıxarıldı
Azərbaycan Dillər Universitetinin (ADU) 5 dekanı vəzifəsindən azad olunub.
Dolların sabaha olan məzənnəsi
Dolların sabaha olan məzənnəsi
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 17-ə olan USD/AZN məzənnəsini
Azərbaycanda 14 gündə 19 nəfər intihar edib
Azərbaycanda 14 gündə 19 nəfər intihar edib
2017-ci ilin iki həftəsi ərazisində ölkədə intihar edənlərin statistikası
reklam
Cəbhədə silahlar susmur
Cəbhədə silahlar susmur
İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Füzuli rayonunun
Maral göldə təbiətə qarşı qanunazidd münasibət göstərənlər müəyyənləşdirilib
Maral göldə təbiətə qarşı qanunazidd münasibət göstərənlər müəyyənləşdirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə,
Zelandiyada turistlərin olduğu avtobus 10 m hündürlükdən dərəyə düşüb
Zelandiyada turistlərin olduğu avtobus 10 m hündürlükdən dərəyə düşüb
Hadisə Tonqariro Milli Parkında baş verib. Avtobusda 14 turist və sürücü
 
XİA.az - TƏQDİMAT