Gülçin Qəhrəmanova Prezidentə və Nazirlərə ərizə ilə müraciət etdi - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti: Azərbaycanın Birinci xanımı, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova

Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova

Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova

Qəhrəmanova Gülçin Oktay qızı tərəfindən Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 41, mənzil 15
Mob: (050) 991-33-53


Ə R İ Z Ə

Hörmətli cənab Prezident,

Yazaraq Sizə bildirirəm ki, həyat yoldaşım Qəhrəmanov Ələddin Suliddin oğlunun barəsində Baş Prokurorun I müavini tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılaraq, istintaqın aparılması DİN-nin İstintaq və Təhqiqat İdarəsinə həvalə edilmiş, təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq təcridxanasında saxlanılır.
Cinayət işinin başlanmasına əsas və səbəb kimi aşağıdakıları qeyd etmişlər. Guya həyat yoldaşım Qəhrəmanov Ələddin Suliddin oğlunun tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Əliyev Azər Rasim oğluna Bakı şəhəri 20-ci sahə massivində Əfəndiyev Sıracəddin Şəmsəddin oğlu tərəfindən inşa olunan hündürmərtəbəli binanın fasadının şüşələnməsi işlərini görəcəyi təqdirdə ona 125 000 manat pul verəcəyini vəd etmiş, sonuncu 2012-ci ilin əvvəllərindən 2013-cü ilin yay aylarına kimi 24 000 manat dəyərində alüminium profilləri, 10 000 manat dəyərində şüşə və aksesuarları, 12 000 manat nəğd pulunu göstərilən quraşdırma işlərinə sərf etmiş, lakin, işlərin sonunda sözünə əməl etməyərək Əfəndiyev Sıracəddindən aldığı pulları özünə götürərək Azər Əliyevin xərclədiyi 46 000 manat vəsaiti ona verməyib Azər Əliyevə külli miqdarda ziyan vurmaqla dəlduzluq etmişdir. Bundan başqa təkrarən o, guya tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Əliyev Azər Rasim oğluna Xətai rayonu 37-ci polis bölməsinin yaxınlığında inşa olunan binanın fasadının şüşələnməsi və kompozit materiallarla üzlənməsi işlərini birlikdə görməni və qazanc bölməyi vəd edərək razılığa gəlmiş və sonuncu 10 yanvar 2013-cü ildə fasad işlərinin görülməsi üçün vəsaiti hesabına 18 720 manat dəyərində ayaqaltıları binanın ətrafına quraşdırmış, lakin, o müddət keçəndən sonra binanın fasad işlərinin özü tərəfindən görəcəyini Azər Əliyevə bildirərək onu şəriklikdən uzaqlaşdırıb, vədinə əməl etməyərək söz verdiyi qazancı və Azər Əliyevin sərf etdiyi 18 720 manat vəsaiti ona verməyib Azər Əliyevə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə Əliyev Azər Rasim oğluna Bakı şəhərində birlikdə şirkət açmağı və plastik profillərin satışını təşkil etməyi təklif edərək qeyd olunan iş üçün 400 000 manat pul lazım olmasını, həmin pulun 250 000 manatının özü tərəfindən, 150 000 manatının isə Azər Əliyev tərəfindən qoyulmasını bildirmiş və 2013-cü ilin avqust ayının əvvəllərində Qara Qarayev metrostasiyasının yaxınlığında yerləşən «Ruslan» marketin yanında Azər Əliyevdən 42 000 ABŞ dollarını, 2013-cü ilin sentyabr ayında isə Gəncə şəhərində yerləşən 90 000 ABŞ dolları dəyərində 3 otaqlı mənzilini almış və Azər Əliyevə qarşı dələduzluq etmişdir.
Bundan başqa o, Xətai rayonu 37-ci polis bölməsinin yaxınlığında inşa olunmuş binanın üz fasadının kompozit materialları ilə üzlənməsi işlərinin görülməsi məqsədi ilə Məlikov Kamran Yadulla oğlu ilə razılaşmış, K.Məlikov 2013-cü ilin yanvar ayından oktyabr ayına kimi 145 728 manat dəyərində olan göstərilən işləri görmüş, lakin, Ə. Qəhrəmanov binanı inşa edən Mirvələdov Aydın Qurban oğlundan 190 000 manat pulu almasına baxmayaraq K.Məlikova ümumilikdə 103 000 manat pul verməklə 42 728 manat pulu ələ keçirərək sonuncuya qarşı dələduzluq etmişdir. Faktla bağlı 26 avqust 2015-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun I müavini Rüstəm Usubov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aidiyyəti üzrə DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinə göndərilmişdir. 19 yanvar 2016-cı il tarixdə həyat yoldaşım Qəhrəmanov Ələddin şübhəli şəxs qismində tutulmuş və ona 21 yanvar 2016-cı il tarixdə ittiham elan olunaraq, həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq təcridxanasında saxlanılır.
Məlumat üçün bildirirəm ki, həyat yoldaşım Qəhrəmanov Ələddin hal-hazırda heç bir bizneslə və ya fərdi fəaliyyətlə məşğul deyil. 2009-cu ildən 2011-ci ilə kimi Gəncə şəhərində icarəyə götürdüyü sexdə plastik pəncərə və qapıların istehsalı ilə məşğul olmuşdur. Təxminən 2012-ci ilin axırında Bakı şəhəri 20-ci sahədə inşa edilən çoxmərtəbəli binanın pəncərələrinin quraşdırılması işlərini götürmüşdür. Həyat yoldaşım həmin işi yarımçıq qoyan şəxslə hallalıq almaq məqsədi ilə görüşmüşdür. Həmin şəxs Əliyev Azər Rasim oğlu olmuşdur. Azərlə danışaraq ondan işi davam etmək üçün halallıq almışdır. Azərdən işi dayandırması səbəbini soruşduqda Azər ona bildirmişdir ki, həmin işlərin görülməsi üçün bina inşa etdirən şəxsdən 150.000 manat nəğd pul və «Vorovski» qəsəbəsində yerləşən 4 mərtəbəli villa və ayrıca həmin yerdə yerləşən 1 sot torpaq sahəsi almışdır. Lakin, Azərin bacanağı Fikrət Azərin ona verdiyi etibarnamə əsasında həmin villanı 680.000 ABŞ dollara satmış və Azərə cəmi 320.000 ABŞ dolları vermişdir, qalan pulu isə verməmişdir. Bu səbəbdən Azərin maliyyə çətinlikləri olduğu üçün işini davam etdirə bilməmişdir. Həyat yoldaşım Azərə bildirmişdir ki, sözügedən binada işləri tamamlamaq üçün binanı inşa etdirən şəxs ilə razılaşmışdır. Azər də ona həm işçi pulu, həm də ki, materiallara birlikdə təxminən 250.000 manat pul lazım olduğunu demişdir. Azərlə razılaşdıqdan sonra quraşdırma işlərinin üstündə Azərin dayanmasını və işin sonunda əldə etdikləri qazancı yarı bölməsi barədə danışıb razılığa gəlmişlər. 2011-ci ilin dekabr ayında binanı inşa etdirən şəxsdən pul almamış işlərin tezləşdirilməsi üçün Azərə təxminən 1000 kv.m 30.000 manat dəyərində göy güzgülü rəngli şüşə göndərmiş və Azərdən şüşələri davamlı olması üçün temperlətməsini xahiş etmişdir. Daha sonra bina sahibinin ona verdiyi 50.000 manat pulu Azərə verərək material almasını və işçi pulunu verməsini xahiş etmişdir. O, Azərə ümumilikdə 220.000 manat nəğd pul və 30.000 manat dəyərində şüşələri vermişdir. O, işlərin getmədiyinin səbəbini Azərdən soruşmuş, Azər isə müxtəlif bəhanələr gətirmişdir. Sonradan Azər həyat yoldaşıma etiraf etmişdir ki, 120.000 manatı öz ehtiyacları üçün xərcləmişdir. Azər həmin pulları «Qlobus» ticarət mərkəzində gördüyü işlərdən 450.000 manat alması üçün oraya yatırmışdır. Həyat yoldaşım Azərə inanaraq 20-ci sahədəki binada işlərin dayanmaması üçün Azərə yenidən pul verməyə başlamışdır. Bu münvanla Azərə təxminən 30.000 manat da pul vermişdir. Sonra iş dayanmışdır. Azər işi başa çatdıra bilməmişdir. Həyat yoldaşım isə binanı inşa etdirən şəxsdən 3 otaqlı mənzil və bir qədər nəğd pul almışdır. Binanı inşa etdirən şəxs həyat yoldaşıma verəcəyi əlavə pulu başqa şəxslərə verərək işlərini tamamlamışdır. Təxminən 2012-ci ilin axırlarında həyat yoldaşım Aydın adlı şəxslə tanış olmuşdur. Aydınla danışıb razılığa gələrək iş götürmüşdür. Aydın adlı şəxs həmin məbləğin bir hissəsini sementlə əvəz edəcəkdi. Azərlə sıx dost münasibəti yarandığı üçün Azər həmin işi tanışı olan Kamrana verməsini xahiş etmişdir. Kamranla həyat yoldaşım danışıb razılığa gəldikdən sonra 117.000 manat pulu 50% sementlə ödəyəcəyini demişdir. Kamranın işə başlaması üçün Azərdən xahiş etmişdir ki, 20-ci sahədə istifadə etdiyi ayaqaltıları 37-ci polis bölməsinin yanında inşa olunan binanın ətrafına düzdürsün. Azər təxminən 800 kv.m ayaqaltıları binanın ətrafına düzdürmüş, lakin həmin ayaqaltılar kifayət etmədiyi üçün yenidən Ramal adlı şəxslə danışaraq 1.500 kv.m ayaqaltıları hər kv.m ayda 1 manat olmaq şərti ilə icarəyə götürmüşdür. Təxminən 2013-cü ilin yanvar ayında Kamran işə başlamışdır. Kamrana təxminən 10.000 manat pul vermiş və sonrada təxminən 40.000 manatlıq sement vermişdir. Bir müddət sonra, Kamran ondan pul istəmiş, həyat yoldaşım isə verdiyi sementlərin puluna işini davam etdirməsini demişdir. Kamran isə sementləri Rafiq adlı şəxsə verdiyini dediyindən həyat yoldaşım Rafiqlə görüşmüş söhbət etmiş, lakin bir müddət keçəndən sonra Rafiq pulu verməmişdir. Rafiq pulu verə bilmədiyi üçün Kamrana həmin pulun əvəzinə mənzil verəcəyini demişdir. Kamran da həyat yoldaşıma təklif etmişdir ki, həmin mənzili ona versin və Rafiq pulu ödəyəndən sonra mənzili qaytarar. «Yeni Yasamal» MTK-nın inşa etdiyi binada həyat yoldaşıma 3 otaqlı mənzil verilmişdir. İşlərin dayanmaması üçün həyat yoldaşım Kamrana öz cibindən pul ödəməyə başlamışdır. Rafiq pulu ödəmədiyi üçün mənzil həyat yoldaşıma qalmışdır. Baxmayaraq ki, Kamran adlı şəxs işləri keyfiyyətsiz görmüş, lakin, həyat yoldaşım onunla danışdığı 150 000 manatı vermişdir. Həyat yoldaşım Aydından aldığı pulun təxminən 60.000 manatını Sabunçu rayon prokuroru Ceyhun Şirinovun obyektinin təmiri üçün xərcləmişdir. Lakin, həmin pulu Ceyhun müəllim ona qaytarmamışdır.
Həmin ərəfədə Azərin həyat yoldaşıma təxminən 120.000 manat pul borcu olduğundan Azərdən pulunu tələb etmişdir. Azər isə pulunun olmamasını bəhanə gətirərək sürdüyü Reng-Rover markalı avtomaşını ona təklif etmişdir. Lakin, maşının lizinq şirkətinə borcu və gecikmə faizləri olmuşdur. Həmin maşına 50.000 ABŞ dolları qiymət qoyulmuş, həmin puldan 32.000 ABŞ dolları banka olan borc, 3.200 ABŞ dolları isə gecikmə faizləri olmuşdur. Həyat yoldaşım avtomaşının gecikmə faizlərini ödəmiş və Azər maşını onun adına keçirmişdir. Bundan başqa Azər ona borcunun müqabilində «Vorovski» qəsəbəsində qiyməti təxminən 30.000 manat olan bir sot torpaq sahəsini mülkü etibarnamə ilə vermişdir (Oğlum Sultanın adına). Azər təxminən 40.000 manat pulu həyat yoldaşıma ödəmişdir. Daha sonra həyat yoldaşım pulun qalan hissəsini Azərdən istəyərkən Azər bildirmişdir ki, «Vorovski» qəsəbəsində bacanağı Fikrət tərəfindən satılan villanın pulu ödənildikdən sonra onun pulunu verəcəkdir. Villanı Fikrətdən alıb həmin adama satan Əli adlı şəxslə görüşmüşlər. Əli bildirmişdir ki, villanı Fikrətdən 570.000 ABŞ dollarına almasına baxmayaraq Fikrətə 320.000 ABŞ dollar pul vermiş, qalan pulu isə Fikrətin ona borcu olduğu üçün Fikrətin razılığı ilə borcunu silmişdir. Həyat yoldaşım Əliyə bildirmişdir ki, villanın yanında olan bir sot torpağı Azər ona olan borcunun əvəzinə vermişdir və həmin torpaq sahəsini Əliyə 150.000 ABŞ dollarına satmağı Azərin razılığı ilə təklif etmişdir. Əli də onunla razılaşmış və səhəri gün bir sot torpağı almağa razılıq vermişdir. Bir müddət keçəndən sonra Əli ona Azərin yanında Qara Qarayev prospektində yerləşən «Ruslan» marketin yanında 60.000 ABŞ dollar pul ödəmiş, həmin pulun 10.000 ABŞ dollarını həyat yoldaşım götürmüş, qalan 50.000 ABŞ dollarını isə Azərə vermişdir ki, 20-ci sahədəki işləri yekunlaşdırsın. Əli isə bildirmişdir ki, pulun qalan hissəsini bir müddət sonra ödəyəcəkdir. Bir müddət keçəndən sonra Əli həyat yoldaşıma zəng edərək 90.000 ABŞ dollarının əvəzinə Gəncə şəhərində İcra Hakimiyyətinin qarşısında olan binada mənzil verməyi təklif etmiş və əlavə olaraq 33 000 ABŞ dolları istəmişdir. Həyat yoldaşım Əliyə 33.000 ABŞ dolları pul ödəyərək mənzili oğlumuz Sultanın adına rəsmiləşdirmişdir. Bununla da Azər həyat yoldaşıma verəcəyi 120.000 manat puldan 85.800 manatını ödəmiş olmuşdur. Azər sonradan həyat yoldaşıma vəziyyətinin pis olmasını bildirərək 50.000 ABŞ dolları borca pul istəmiş və həyat yoldaşım da Azərin sözü ilə «Access» bankdan kredit götürərək 50.000 ABŞ dollarını Azərə vermişdir. Həmçinin Reng-Rover markalı avtomaşını da Azərə qaytarmışdır ki, maşınsız qalmasın. Həyat yoldaşım sonradan Azərin təklifi ilə plastik profillərinin satışını təşkil edək Fuad müəllimin «Tekoplast» şirkəti ilə müqavilə bağlamış və onlar bir müddət satışla məşğul olmuşlar. Azər bu işə 30.000 ABŞ dolları, o, isə 77.000 ABŞ dolları pul qoymuşdur. Bir müddət işləyəndən sonra onlar nisyədə olan mallarının pullarını yığa bilməmiş və fabrikində pulunu ödəyə bilməmişlər. Həmin ərəfədə həyat yoldaşımın Moskva şəhərində yaşayan dostu Faiq Bakı şəhərində mənzil almaq istəyini bildirmiş və həyat yoldaşımın şərikli işinə görə mənzilə verəcəyi pulu sərmayə kimi yatızdırmışdır. Faiq ümumi işə 90.000 ABŞ dolları pul qoymuş və onu 20% şərikliyə götürmüşlər. Birlikdə iltizam yazaraq Faiqə vermişlər. Faiqin verdiyi pulla da yenidən fabrikdən mal götürmüşlər. Bazarda durğunluq yarandığı üçün qiymətlər aşağı düşmüş onlar müflisləşmişlər. Faiqə olan borcu həyat yoldaşım öz cibindən 22.000 ABŞ dolları vermiş, sonra isə Faiqə 68 000 ABŞ dollarının əvəzinə BMV X 6 markalı avtomaşını vermişdir. Azər isə Faiqə bir manat da pul ödəməmişdir. Eyni zamanda onların fabrikədə təxminən 28.000 manat borcu qalmışdır. Azərin isə bu borcdan əlavə fabrikə təxminən 12.000 manat borcu olmuşdur. Həyat yoldaşım Azərlə verdikləri malların pulunu yığmağa başlamışlar. İmişlidə Kamal, Ramal qardaşlarının onlara verəcəyi 45.000 manatı ala bilmədikləri üçün həyat yoldaşım Ceyhun Şirinova müraciət etmişdir. Məsələni Sabunçu rayon polis idarəsində araşdırmışlar. Sonradan isə məlum olmuşdur ki, Ramal, Kamal qardaşları 45.000 manat pulu Ceyhun Şirinovun vasitəsi ilə Azərə ödəyiblər, Azər isə bu barədə həyat yoldaşıma heç bir söz deməmişdir.
Həmin ərəfədə Azər həyat yoldaşımın Türkiyədə yaşayan dostu Ahmed Yavuzdan da 30.000 ABŞ dolları pul götürmüşdür və nəinki söz verdiyi vaxt, ümumiyyətlə qaytarmamışdır. Bütün bunlara görə həyat yoldaşımın Azərə acığı tutmuş, ondan Reng-Rover markalı maşını geri istəmişdir. Sən demə Azər həmin maşını Oqtay və Anar adlı şəxslərə satıbmış. Həyat yoldaşım həmin şəxslərlə görüşmüş və onlar maşına görə Azərə 11.500 ABŞ dolları pul verdiklərini bildirmişlər. Həyat yoldaşım bununla bağlı polisə və lizinq şirkətinə müraciət etmişdir. Azər işin belə vəziyyətə gəlməsini görərək həyat yoldaşıma söz vermişdir ki, pulları tezliklə qaytaracaqdır. Bu səbəbdən də həyat yoldaşım şikayətini geri götürmüşdür.
Ümumiyyətlə Azər Əliyev daim həyat yoldaşıma problemlər yaşatmışdır. Lakin, həyat yoldaşım fikirləşirdi ki, nə vaxtsa Azər onun pulunu qaytaracaqdır. Bunlar azmış kimi sonradan Azər Əliyevlə Sabunçu rayon prokuroru Ceyhun Şirinovu tanış etmiş və onlar birləşərək həyat yoldaşımı şərləmişlər.
Həyat yoldaşım Ələddin təxminən 2 il bundan öncə Bakı şəhəri Sabunçu rayonu prokuroru Ceyhun Şirinov ilə sonuncunun Gəncədə yaşayan yaxın qohumu İlqar adlı şəxsin vasitəsi ilə tanış olmuşdur. Onun İlqar adlı qohumu həyat yoldaşıma məxsus Gəncə şəhəri Kəpəz rayonu M.Şeyxzamanov küçəsi 10 A ünvanında yerləşən 0,4702 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1206,6 kv.metrdən ibarət qeyri yaşayış binasını təxminən 2 ildən artıq müddətdir ki, aylıq 5000 (beş min) manat olmaqla icarəyə götürmüşdür. İlqar həmin binadan Gəncə şəhər Səhiyyə İdarəsinin Şəhər Yoluxucu xəstəliklər Xəstəxanası kimi istifadə edirdi. Çünki İlqarın Baş Həkimi olduğu dövlət xəstəxanası təmirlə bağlı iki ildən artıq müddətdir ki, bağlanmışdır. İlqar həyat yoldaşımla danışarkən qardaşım ona hörmət edərək icarə haqqını aylıq olmasa da belə, tələsdirmədən tədricən ödəməsini tapşırmışdır. Həyat yoldaşımın ona bir çox yaxşılıqlarından sonra İlqar onu yaxın qohumu Bakı şəhər Sabunçu rayon prokuroru Cehun Şirinovla tanış etmişdir. Prokuror Ceyhun Şirinov həyat yoldaşım Ələddinin iş adamı olmasını öyrənmişdir. Onların arasında yaxın münasibət yaranmışdır. Təxminən bir il bundan əvvəl Ceyhun Şirinov həyat yoldaşıma biznes şərikliyi təklif etmişdir. Həyat yoldaşım da onunla razılaşaraq birgə işə başlamaları barədə etiraz etməmişdir. Ceyhun Şirinov iş görmək məqsədi ilə həyat yoldaşım Ələddini özünün tanışı Qalib adlı şəxslə tanış etmişdir. Qalib adlı şəxs neft məhsullarının satışı ilə məşğul olmuşdur. Danışığa əsasən də həyat yoldaşım və Ceyhun Şirinov hər biri 120 000 ABŞ dolları olmaqla birlikdə ona 240 000 ABŞ dolları vermiş və işə qoşulmuşlar. Həmin pulun müqabilində həyat yoldaşımla Ceyhun Şirinov neft məhsullarının satışını həyata keçirən işlə məşğul olacaqdılar. Ceyhun Şirinovun Qalib adlı tanışı nefti İrandan Orta Asiya ölkələrinə vurmaqla məşğul olmuşdur. Həyat yoldaşım pulu verdikdən bir neçə ay keçməsinə baxmayaraq Qalib adlı şəxs heç bir iş görməmişdir. Soruşanda həyat yoldaşıma bildirmişdir ki, 460 000 manat ziyan etmişdir. O, həyat yoldaşıma irad tutmuşdur ki, guya pulları gec çatdırmışlar və bu səbəbdən də onların işi alınmamışdır. Bundan sonra həyat yoldaşım verdiyi pulu almaq üçün Ceyhun Şirinova müraciət etmişdir ki, Qalibi onun vasitəsi ilə tanımış və onun sözü ilə 120 000 ABŞ dollarını vermişdir. Lakin, nəticəsi olmamış, həyat yoldaşım pulunun qaytarılması üçün Ceyhun Şirinovdan şikayət etmişdir. Onun bu şikayətlərindən sonra qəzəblənən prokuror həyat yoldaşım Ələddinin üzünə saxta şahidlər durduraraq onu 19 yanvar 2016-cı il tarixdə tutdurmuşdur.
Onu da qeyd edirəm ki, həyat yoldaşım dəfələrlə prokuror Ceyhun Şirinovla hələ münasibətdə olarkən Ceyhun Şirinov ona demişdir ki, ona prezident adminstrasiyasından dəstək verirlər. Dəfələrlə Baş Prokuror onu vəzifədən kənarlaşdırmaq istəyib, amma gücü çatmayıb. Hətta Baş prokuror tərəfindən bütün rayon və şəhər prokurorlarının otağına kamera quraşdırılması barədə göstəriş verilmiş, lakin, Ceyhun Şirinovun otağına kamera quraşdırılmasına Baş prokurorluq nail ola bilməmişdır. Bütün bunları həyat yoldaşıma Ceyhun Şirinov özü demişdir.
Həyat yoldaşıma məxsus xəstəxananın yerləşdiyi əmlakımızı və digər mülklərimizi Ceyhun Şirinov əlimizdən almaq istəyir. Bunun müqabilində də həyat yoldaşımı buraxdıracağını deyir.
Sabunçu rayonu prokuroru Ceyhun Şirinov həyat yoldaşımı tutdurmasına baxmayaraq ailəmizə qarşı yenə də hədə-qorxu gəlməkdə davam edir. O, indi isə tək oğul övladımız olan Qəhrəmanov Sultanı və qayınım Saləddini tutdurması ilə hədələyir. Bu azmış kimi Rusiyadan cinayət aləminə yaxın adamlar vasitəsi ilə də zənglər etdirməkdədir. Hətta həyat yoldaşım həbs olunmazdan əvvəl onun mobil telefonuna Rusiyada yaşayan oğru aləminin üzvləri tərəfindən zənglər daxil olmaqla Ceyhun Şirinovun ona olan 120 000 ABŞ dolları miqdarında borcundan imtina etməsi tapşırılmışdı. Ceyhun Şirinovu nəzərdə tutaraq Sizə bildirirəm ki, Eldar Mahmudov kimiləri hələ də həyatda vardır. Buna görə də onun məkrli əməllərindən ehtiyatlanırıq. O, bizləri məcbur edir ki, bütün qohum-əqrəba Azərbaycanı tərk edək. Əks təqdirdə bizlərin aqibəti yaxşı olmayacaqdır. Sizdən xahiş edirəm ki, Ceyhun Şirinov tərəfindən ailəmizə və yaxınlarıma qarşı törədilə biləcək hər cür fitnə-fəsadların qarşısının alınması üçün tədbirlər görəsiniz.
Əlimizdə Ceyhun Şirinova qarşı kifayət qədər sübutlarımız vardır. Onunla olan görüşümüzdən əldə olunmuş səs yazısını da Sizlərə təqdim edirəm. Həmin səs yazılarına qulaq asdıqda həqiqətən də prokuror işləyən Ceyhun Şirinovun həyat yoldaşımı tutdurması açıq-aydın görünür. Belə ki, səs yazılarında da qeyd olunduğu kimi Əliyev Azərlə aparılan söhbətə Ceyhun Şirinov özü müdaxilə edir. O, həyat yoldaşımın o halda buraxılmasına etiraz etmir ki, guya həyat yoldaşım tərəfindən dəyilmiş ziyan ödənilməlidir. O, həyat yoldaşım Ələddinə qarşı hələ əvvəlcədən əks materiallar toplayaraq onun əvvəllər məhkum olunması barədə məlumatları toplayır. O, söhbət əsnasında bildirir ki, həyat yoldaşım Ələddin ondan şikayət edibmiş, guya bunun əsasında orqan tərəfindən araşdırma aparılmış Ələddin özünün səhvləri ortaya çıxmışdır. Harda görünüb ki, şikayətçiyə qarşı cinayət işi başlanıla. Söhbət zamanı öz özü etiraf etmişdir ki, Ələddini saxlayan DİN-nin əməkdaşlarıdır və özü də onlarla əlaqə saxlamışdır. Bu kimi digər maraqlı məqamlar səs yazılarında öz əksini tapmışdır. Mənim təqdim edəcəyim başqa sübutlarım da vardır ki, bunları işin gedişində təqdim etməyi nəzərdə tuturam. Məlumat üçün bildirəm ki, Ceyhun Şirinovuna qarşı başqa şikayətçilər də vardır. O, öz prokuror postundan istifadə edərək çox adamlara qarşı haqsızlıq və dələduzluq etməklə çoxlarını aldatmışdır. Bu gün həmin şəxslər də şikayətçidirlər. Xahiş edirəm Sabunçu rayon prokuroru Ceyhun Şirinovun fəaliyyətinin araşdırılması və onun qanunsuz hərəkətlərinin qarşısının alınması üçün aidiyyəti orqanlara öz göstərişlərinizi verəsiniz.
Onu da qeyd edirəm ki, həyat yoldaşım Qəhrəmanov Ələddinin səhhətində ciddi problemləri vardır. O, əvvəllər 2 dəfə cərahiyyə əməliyyatı keçirmişdir. Həm öd kisəsi kəsilərək götürülmüş, həm də mədəsində yırtıqla bağlı əməliyyat keçirilmişdir. Bundan əlavə onun prostat vəzisində şişlər vardır ki, ciddi narahatlıqlar yaradır.
Qeyd olunanları nəzərə alaraq, həyat yoldaşım Ələddin Qəhrəmanovun barəsində cinayət işinin istintaqının obyektiv, hərtərəfli araşdırılmasına və həbsdən azad olunmasına dair göstəriş verməyinizi Sizdən xahiş edirəm.


Qoşma: 1 ədəd diskdə yerləşdirilmiş səs yazıları

Hörmətlə, Qəhrəmanova Gülçin

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Meksika prezidenti ABŞ dövlət katibi ilə görüşüb
Meksika prezidenti ABŞ dövlət katibi ilə görüşüb
Meksika prezidenti Enrike Penya Nyeto ötən gün Mexikodakı iqamətgahında
İŞİD Əl-Babı tərk etməyə qərar verib
İŞİD Əl-Babı tərk etməyə qərar verib
İŞİD terrorçuları Suriyanın Əl-Bab şəhərini tərk etməyə qərar veriblər.
VİDEO
VİDEO - Üzünü göstərmir, kimliyini də demir, amma 300 manata onlayn fala baxır
Falçılar indi də sosial şəbəkələrdə baxıcılıq edir. Hətta üzləri
reklam
"Mehriban Əliyevanın təyinatı xalqımızın ürəyindəndir" - Fəttah Heydərov
F. Heydərov bildirib ki, Mehriban Əliyeva yorulmaz fəaliyyəti ilə
Masallıda molla həbs edildi
Masallıda molla həbs edildi
O bildirib ki, S.Babayev Masallıda pasport qeydiyyatında olsa da, əsasən
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT:
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT: - 96 yaşlı qadını zorladı
Zorlama və quldurluqda ittiham olunan 1969-cu il təvəllüdlü Zaqatala rayon
 
XİA.az - TƏQDİMAT