Vilyam Hacıyev, susun, çünki faktlar danışır! - FOTOLAR

İmişlini bərbad hala salan icra başçısını sakinlər məhkəməyə veriblər
Vilyam Hacıyev, susun, çünki faktlar danışır!

Bir rayonda ki, Şəhidlər Xiyabanının ərazisi satılır, nə demək olar?..
İmişli rayon sakinləri icra başçısı Vilyam Hacıyevin tutduğu vəzifədən azad ediləcəyi günü səbirsizliklə gözləyirlər. Rayon camaatı icra başçısının əlindən o qədər təngə gəlib ki, hətta onun vəzifədən çıxarılacağı təqdirdə qurban kəsməyə hazır olanlar belə var. Nəyə görə? Ona görə ki, hörmətli Vilyam müəllim rayona rəhbərlik etdiyi 2012-ci ildən bu günə kimi imişlililəri narahat edən problemlərin aradan qaldırılması üçün heç bir iş görməyib. İcra başçısı işləyib, ancaq özü üçün.

Gundelik-baku.com-un apardığı araşdırmalar nəticəsində məlum olur ki, Vilyam Hacıyev məhz İmişli rayonuna icra başçısı təyin olunandan sonra şəxsi sərvətini birəbeş artırıb, Bakıda obyektlərə və dəyəri milyonlarla qiymətləndirilən mülklərə sahib çıxıb. Bizim icra hakiminin var-dövlətində zərrə qədər də olsa gözümüz yoxdur. Sadəcə bizə maraqlıdır ki, dövlət məmuru, aylıq vəzifə maaşı 1000 manatdan artıq olmayan bu şəxs on milyonluq əmlakı necə əldə edib. Vilyam Hacıyev yəqin ki, bu sirri heç kimə açmaz. O özü də yaxşı başa düşür ki, sahibi olduğu var-dövləti hansı yolla əldə etdiyini açıqlasa, yumşaq kreslodan birbaşa dəmir barmaqlıqlar arasına gedəcək. Apardığımız araşdırmalar nəticəsində isə məlum olub ki, Vilyam Hacıyev İmişliyə icra başçısı təyin olunandan sonra törətmədiyi özbaşınalıq qalmayıb. Belə ki, avropa.info saytında yayımlanan məlumata görə, başçı rayonda Şəhidlər Xiyabanının ərazisini satıb. Məlumatda bildirilir ki, 20 yanvar hadisəsinin ildönümündən sonra İmişli şəhərindəki Şəhidlər Xiyabanında tikinti işləri başlayıb. Sakinlərin dediyinə görə, Şəhidlər Xiyabanının ərazisini alan şəxs Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli idarəsinin rəisi, iş adamı Saleh Səmədovdur. Yerli sakinlərin dediyinə görə, həmin ərazini şəxsən icra başçısı külli miqdarda pul alaraq satıb. Ərazini alan iş adamı həmin yerdə motel və biznes işlərini inkişaf etdirmək üçün tikililər inşa etdirəcək. Həmin ərazidə tikinti işləri aparan işçilər binanın yalavac kənd camaatı üçün xeyir-şər evi tikildiyini desələr də, iş adamının yaxınlarının dediyinə görə həmin ərazidə disko-bar inşa edilərək istifadəyə veriləcək.

Qeyd edək ki, Şəhidlər Xiyabanının ərazisinin satılması barədə yayılan xəbərlər ciddi müzakirələrə səbəb olmuşdu. Lakin İmişli İcra Hakimiyyəti bu məlumatı təkzib edərək özlərini müdafiəyə keçdilər. Bundan başqa, İmişlidə 2.5 hektarlıq park ərazisinin 1.706 hektarının kommersiya məqsədi ilə yaradılmış bir MMC-yə verilməsi xəbəri də cəmiyyətdə maraqla qarşılandı. Bir qrup rayon ziyalısı Nazirlər Kabinetinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, Nəqliyyat Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, «Meliorasiya və Su Təsərrüfatı» ASC-yə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmələrinə baxmayaraq, onların səsini eşidən olmayıb.

Məsələ burasındadır ki, 2006-cı ildən üzü bəri İmişli ziyalılarından bir qrupu İmişli şəhərindəki parklarla bağlı ciddi qanun pozuntularına yol verilərək, parkların alqı-satqı predmetinə çevrilməsi, Araz çayının mühafizə zolaqlarında və otlaq sahələrində, üzərindəki körpünün mühafizə zonasında qum-çınqıl karxanalarının fəaliyyət göstərməsi, yeraltı sərvətin talan edilməsi, vəhşi fauna və floranın məhv edilməsi və sair qanunsuzluqlar barədə ərizə, müraciətlər və şikayətlər verib: «2006-cı il tarixdə İmişli MRX-nın qarşısındakı Mədəniyyət və Turizm Nazirliyinin balansında olan parkın 4 hektarını cəmi 2.5 hektar olan H.Əliyev adına parka köçürülməsi, 2 hektarını Qələbə parkı və Şəhidlər Xiyabanı cəmi 1.5 hektar olan sahəyə köçürülməsi və beləliklə, hər iki fəaliyyətdə olan parkın inkar edilməsi, üstəlik, öz adına olan parkda heykəli ucaldılmış Heydər Əliyevin heykəlinin xəritə cizgiyə salınmaması diqqət çəkir. Üstəlik, bu saxtakarlıqdan 2013-cü ildə edilən saxtakarlıq 2.5 hektarlıq park ərazisinin 1.706 hektarının kommersiya məqsədi ilə yaradılmış bir MMC-yə verilməsi, 2006 və 2013-cü il sərəncamlarının bir-birilərini inkar etməsi, parkda Gənclər Mərkəzi adı altında 30/70 % nisbətində Şadlıq Sarayının fəaliyyət göstərməsi korrupsiya mənbəyinin başlanğıcıdır».

Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, İmişli dövlət büdcəsindən ən çox vəsait ayrılan rayonlarımızdan biridir. Əfsuslar olsun ki, həmin vəsaitlərin böyük hissəsi təyinatı üzrə xərclənmədiyindən bu gün rayonda həlli müşkülə çevrilən problemlər hökm sürür. Vilyam Hacıyev abadlıq əvəzinə, İmişlini viran qoymaqla məşğuldur. Belə ki, rayonun mərkəzindəki parkın vəziyyəti olduqca acınacaqlıdır. Şəkildə görünən ərazi İmişli rayonundakı Sabir adına parkdır. Burada vəziyyət o qədər acınacaqlıdır ki, maşınlar belə keçə bilmirlər. Hətta gündə bir neçə avtomobil bataqlığa düşdüyü üçün insanların yardımı ilə oradan çıxarılır. Rayon camaatı isə deyir ki, icra başçısı Vilyam Hacıyev bu yerləri görmür. Çünki başı başqa işlərə qarışıb. Daha doğrusu, onun belə «xırda işlərə» baş qoşmağa vaxtı yoxdur.

Bu yaxınlarda isə İmişli rayonu Qızılkənd kəndinin sakinləri otlaq sahələrinin satıldığına görə heyvanlarını otarmağa yer tapmamalırndan şikayət ediblər. Onlar ümumi istifadəyə verilən ərazilərin qanunsuz satılması ilə bağlı İmişli rayon İcra Hakimiyyətinə müraciət ediblər. Amma müraciətlərinə baxılmadıqlarını deyirlər. Sakinlərin növbəti addımı məhkəməyə müraciət olub. Onlar torpaq sahələrinin ümumi istifadəyə verilməsini istəyirlər. Araşdırmalarımız davam edir. Yazının davamı mütləq olacaq. Qarşı tərəf münasibət bildirmək istəsə, şərait yaradarıq. (Gundelik-baku.com)

Vilyam Hacıyev, susun, çünki faktlar danışır!
Vilyam Hacıyev, susun, çünki faktlar danışır!
Vilyam Hacıyev, susun, çünki faktlar danışır!
Vilyam Hacıyev, susun, çünki faktlar danışır!

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dünya gözəli seçilən iranlı aktrisalar
Dünya gözəli seçilən iranlı aktrisalar
45 yaşlı Niki Kərimi siyahıda 14-ci yeri tutub. Onun həmyerlisi 33 yaşlı
Moskvada Qarabağ danışıqlarının gizli
Moskvada Qarabağ danışıqlarının gizli - Detalları
Bu sözləri politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə,
Ermənistan boşalır:
Ermənistan boşalır: - Ölkə əhalisi 13 min nəfər azaldı
2017-ci ilin yanvar-mart aylarında ölkədə yeni doğulan körpələrin sayı
reklam
Ermənilərin dünən atdığı OSA raketi nə qədər təhlükəlidir?
Ermənilərin dünən atdığı OSA raketi nə qədər təhlükəlidir?
Dünən axşam saatlarında Ermənistan müdafiə bölmələri tərəfindən cəbhənin
Ermənistanda ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olunub
Ermənistanda ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olunub
Ermənistan MTX-nın bundan əvvəl yaydığı məlumatda bildirirdi ki, üç özəl
Dünya birjalarında neft bahalaşıb
Dünya birjalarında neft bahalaşıb
XİA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən
 
XİA.az - TƏQDİMAT