GƏNCƏDƏ DƏLƏDUZ OLİQARX PEYDA OLUB

Son zamanlar bəzi iş adamlarının özbaşnalıqları sözün əsl mənasında baş alıb gedir.

GƏNCƏDƏ DƏLƏDUZ OLİQARX PEYDA OLUB
Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Gəncə şəhərinin sakinləri də belə dələduz, fırıldaqçı, hiyləgər iş adamlarının və ya özünü oliqarx kimi tanıdan bəzi iş adamlarının zülmündən əziyyət çəkir. Özünü Gəncənin sevilən və sayılan iş adamı kimi tanıdan Məmmədəli adlı bu şəxs görəsən kimə və nəyə güvənərək Gəncə şəhərində at oynadır, meydan sulayır. Bu cür insanların varı-dövləti və ya açılan obyekt, tikilən imarətləri nəyin hesabına əldə etdiyi yəqin ki, sizləri də düşündürməyə vadar edir. Onda bir anlıq fikirləşmək yaxşı olardı ki, Məmmədəli və ya Gəncənin oliqarx dələduz "iş adamı" bu varı-dövləti necə əldə edib. Redaksiyamıza daxil olan məktub əsasında deyə bilərik ki, bu iş adamı bəzi şəhər sakinlərindən dələduzluq yolu ilə külli miqdarda pul alaraq, onlara hədə-qorxu gəlir və bu puları mənimsəyərək ancaq şəxsi büdcəsini başqalarının hesabına doldurur. Təkcə bununla da kifayətlənmir şəhərin girəcəyində inşa etdirdiyi miqyasca böyük bəlkə də heç bir standartlara uyğun gəlməyən yanacaqdoldurma mərkəzi, inşa etdirdiyi villaları, bəzi iaşə obyektlətri və sadalamaqla bitməyən obyektlərin əsil gəlir mənbəyinin haradan qaynaqlanması sizin də maraqınıza səbəb olacaq. Şəhərin bir-neçə yerində özünə bina tikməklə də ad-san qazanan iş adamı kimi tanınan Məmmədəli ona inanan və etibar edən insanların etibar və etimadından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdən də çəkinmir, hətta bunu açıq-aşkar edir və etdiyi utancverici əməli dönə-dönə təkrar etməkdən də çəkinmir. Bizə müraciət edən Əli (ad şərtidir) Gəncə sakini bildirir ki, iş adamı onun səksən min (80000) dollarını iş adı ilə alsa da nədənsə indi qaytarmır, heç bu barədə fikirləşmirdə də! Dəfələrlə lazımi instansiyalara müraciət etməsinə baxmayaraq, özünü iş adamı adlandıran bu dələduz vətəndaşı incidir və məhkəmə zərər çəkənin xeyrinə qərar çıxartmasına baxmayaraq ona məxsus olan səksən min (80000) dolları da qaytarmır. Bu cür dələduz iş adamları, nəyinki, insanların pularını mənimsəyir, hətta qədim Gəncə şəhərinin adına belə ləkə gətirir! Bu dələduzluq faktı Məmmədəlinin nə ilk, nə də son işi deyil. Qeyd edək ki, redaksiyamıza şikayətçilər tərəfindən buna bənzər bir neçə faktı özündə əks etdirən ərizə də daxil olmuşdur. O, bir çox şəhər sakininə hədə-qorxu gələrək pulunu mənimsəyir, sözün əsl mənasında dələduzluq edir.

Ümüd edirik ki, Məmmədəli və onun kimi dələduzlar xalqın puluna, malına, dövlətinə göz dikən saxta iş adamları, oliqarxları ən əsası dələduzlar lazımi qaydada öz cəzalarını alacaqlar. Bu məsələni diqqət mərkəzimizdə saxlayacağıq. (dunyaxeber.info)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyevin Qətərə rəsmi səfəri başa çatıb
İlham Əliyevin Qətərə rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin Qətər Dövlətinə rəsmi səfəri başa çatıb.
Güclü külək Şəkidə sahibkarlara ziyan vurub
Güclü külək Şəkidə sahibkarlara ziyan vurub - FOTO
Ötən gün ölkə ərazisində anormal külək olub. Küləyin güclü olması
818 min dollarlıq dələduzluq
818 min dollarlıq dələduzluq
XİA.az xəbər verir ki, 55 yaşlı E.Ramazanov hüquq-mühafizə orqanlarına
reklam
Zərərçəkən:
Zərərçəkən: "Akif Çovdarov məni döyməklə və həbslə hədələyib" - YENİLƏNİB
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və
İran yeni qanadlı raketi sınaqdan keçirdi
İran yeni qanadlı raketi sınaqdan keçirdi
İran miqyaslı hərbi-dəniz qüvvələri təlimləri çərçivəsində yeni “Nasr”
Somalinin paytaxtında partlayış
Somalinin paytaxtında partlayış
Somalinin paytaxtı Moqadişoda güclü partlayış olub. Hadisənin səbəbləri
 
XİA.az - TƏQDİMAT