Samir Şərifovun Neftçaladakı adamı yerində deyil - Bir kadr olaraq…

Samir Şərifovun Neftçaladakı adamı yerində deyil

Neftçala Rayon Maliyyə İdarəsinin müdiri Rəşid Manafov və onun tabeçiliyində çalışan bir sıra əməkdaşlar yol verdikləri ciddi nöqsanlarla «Dövlət büdcəsi haqqında» Qanunun tələblərini kobud surətdə pozur, həmçinin rayonun idarə, müəssisə və təşkilat rəhbərlərini təngə gətirirlər.

Bu və digər önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxsin sözlərinə görə, Rəşid Manafovun rəhbərlik etdiyi qurumun əməkdaşları yoxlama adı altında kifayət qədər ciddi qanun pozuntularına imza atırlar. Mənbə iddia edir ki, Neftçala Rayon Maliyyə İdarəsinin yetkili şəxsləri bir sıra yollarla xeyli gəlir əldə etməyə müvəffəq olurlar:

«Deyilənlərə görə, Rəşid Manafovun rəhbərlik etdiyi qurumun əməkdaşları özləri yoxlama adı altında ölkənin qüvvədə olan qanunlarını pozur, əyrintilərə rəvac verirlər. Onlar yoxlama apardıqları idarə, müəssisə və təşkilatlarda ilk öncə şərəflərinə hazırlanmış ziyafətdə iştirak edir, daha sonra isə «şərt»lərini irəli sürür və beləliklə də işlərini yekunlaşdırırlar». Bu arada, Neftçalada böyük maliyyə yeyintisinin mövcud olduğunu qeyd edən məlumatlı şəxsin bildirdiyinə görə, rayonun sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitlər düzgün xərclənmir: «Son illər rayonun sosial-iqtisadi inkişafı üçün külli miqdarda vəsaitin ayrılmasına baxmayaraq, Neftçala Rayon Maliyyə İdarəsi həmin vəsaitlərin bir hissəsini bəzi şəxslərlə birlikdə tamam başqa istiqamətlərə yönəldilməsinə rəvac verir. Deyilənlərə görə, 14 ildir rayonun maliyyə idarəsinə rəhbərlik edən bu şəxs özü üçün böyük biznes imperiyası yaratmağa nail olmaqla yanaşı, rayonun idarəçiliyini də ələ alıb. Bu gün Neftçalada Rəşid Manafovun və ailə üzvlərinin adına olan obyektlərin sayı-hesabı yoxdur. Belə ki, Rəşid Manafovun biznes imperiyasına rayon avtovağzalının yanındakı mebel sexi, Neftçala bazarındakı məişət evi, rayonun mərkəzində 8 ticarət mərkəzi, tikinti-quraşdırma idarəsi, habelə tikintisi hələlik yarımçıq qalmış onlarla obyekt, 100 hektarlarla əkin sahəsi və s. daxildir.

Bu idarə rəhbərinin sahib olduğu biznes şəbəkəsinin bir hissəsidir. Onun mülklərinin sayı bundan qat-qat artıqdır. Bundan başqa, Rəşid Manafov bacısı oğlu Aydın Aslanovu Neftçala şəhər bələdiyyəsinin sədri təyin etdirib. Hətta Aydın Aslanov Neftçalada yayılan və hər kəsin izlədiyi video-görüntülərdə də dayısı tərəfindən bələdiyyə sədri təyin olunduğunu etiraf edib. Aydın Aslanov isə əvvəlcə Qarabağ Müharibəsi Veteranları və Şəhid ailələri İctimai Birliyinin Neftçala rayon təşkilatına sədr təyin edilib. Amma onun Qarabağ müharibəsində nə vaxt və hansı istiqamətdə aparılan döyüşlərdə iştirak etdiyini nə görən var, nə də eşidən. Əvəzində isə o, Neftçalanın icra başçısı İsmayıl Vəliyevdən yazdığı şikayət ərizələri ilə məşhurlaşıb. Sonradan isə dayısı Rəşid Manafovun köməkliyi nəticəsində icra başçısı ilə münasibətlərini yaxşılaşdırıb və onun sağ əlinə çevirilib. Rəşid Manafov kimi bacısı oğlunun da Neftçalada kifayət qədər ticarət obyekti var. Bundan başqa, rayonun uşaq bağçaları üçün ərzaq alınmasına ayrılan vəsaitlər də təyinatdankənar istiqamətlərə sərf olunur.

Bu isə onu deməyə əsas verir ki, Neftçala Rayon Maliyyə İdarəsi büdcə vəsaitlərinə nəzarət edə bilmir. Lakin nədənsə hələ ki, Maliyyə Nazirliyi, həmçinin digər müvafiq qurumlar Neftçala rayonunda baş verənlərlə bağlı hər hansı bir tədbirə əl atmayıb. Məhz elə bu səbəbdən də Neftçala Rayon Maliyyə İdarəsinin müdiri Rəşid Manafov öz bildiyini edir, büdcə vəsaitlərini talayır».dia.az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
​İŞİD-dən şok anons: İranı işğal edəcəyik...
​İŞİD-dən şok anons: İranı işğal edəcəyik...
Videoda İŞİD-in 3 nümayəndəsi çıxış edir. Bu şəxslər İrandan yaşayan fars,
Neftçalada balıqçı Kür çayında batdı
Neftçalada balıqçı Kür çayında batdı
Ötən gün axşam saatlarında Neftçalanın 2-ci Mayak kəndinin ərazisində
MTN polkovnikinin cinayət işinə xitam verilib
MTN polkovnikinin cinayət işinə xitam verilib
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin
reklam
Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət
 
XİA.az - TƏQDİMAT